Son dəqiqə
20-05-2022, 16:55
534

Lotu Qulini Kərəm Həsənovun otelində kim və niyə öldürtdürüb? - FOTO - VİDEO

Lotu Qulini Kərəm Həsənovun otelində kim və niyə öldürtdürüb?
Tanınmış iş adamı Mübariz Mənsimovun jurnalist Əvəz Zeynallıya müsahibəsi geniş rezonans doğurmaqla yanaşı, bir sıra yeni məqamları üzə çıxarıb.

AFN.az xatırladır ki, bir neçə gün öncə verdiyi müsahibəsində M.Mənsimov ötən il qətlə yetirilən Lotu Quli kimi tanınan kriminal avtoritet Nadir Səlifovla bağlı açıqlama verib. İş adamının sözlərinə görə, avtoritet onu öldürmək üçün görəvləndirilib, lakin tapşırığı yerinə yetirə bilməyib. Daha sonra İstanbul hüquq-mühafizə orqanları M.Mənsimovun ərizəsi ilə N.Səlifovu Türkiyədən deportasiya edib. Bütün bunlar 2018-ci ildə baş verib. Sonra isə N.Səlifov yenidən Türkiyəyə gedib və bir həftə sonra orada qətlə yetirilib.

Qətlin təfərrüatları haqda isə çox yazılıb. Bir daha xatırladaq ki, avtoritet keçmiş Dövlət Əmlak Komitəsinin sədri, hazırda isə Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri olan Kərəm Həsənova məxsus olduğu bildirilən “Alva Donna Exclusive Hotel & Spa” adlı turistik mərkəzdə qətlə yetirilib. Müsahibənin müəllifi jurnalist Əvəz Zeynallının sözlərinə görə, Nadir Səlifov qətlindən bir müddət öncə “Alva Donna” oteli, orada işçilərin hüquqlarının tapdanması, azərbaycanlıların otelə girişinin yasaqlanması və otelin K.Həsənova məxsus olması ilə bağlı sosial şəbəkələrdə yazdığı statusa görə ona zəng edib. Jurnalist bildirib ki, avtoritetlə əvvəldən münasibəti olduğu üçün onun xahişi ilə həmin statusu silib. Bundan bir qədər sonra isə Lotu Quli elə həmin oteldə qətlə yetirilib. Bununla bağlı aşağıda təqdim etdiyimiz videoda geniş işləyə bilərsiniz.

Qeyd etdiyimiz kimi, M.Mənsimovun və Ə.Zeynallının açıqlaması bəzi qaranlıq məqamların aydınlaşmasına səbəb olub. Görünən odur ki, Lotu Quli işini bacarmadığı üçün qətlə yetirilib. Hətta onu öldürən Xan Əhmədlinski adlı avtoritetə 4 milyon dollar verildiyi barədə də söz-söhbət bir müddət aktual oldu. Lakin bu “mükafat”ın ona kim tərəfindən verildiyi haqda dəqiq informasiyalar yoxdur. M.Mənsimovun açıqlamasından isə ortaya ciddi suallar çıxır: Xan Əhmədlinskiyə Lotu Qulini öldürmək üçün pulu Anar Əliyev verə bilərmi? Bu, həmin Anar Əliyevdir ki, 2018-ci ildə onun tapşırığı ilə N.Səlifov M.Mənsimova zəng edərək, onun haqqında pis danışmamağı tapşırıb. Bu haqda da iş adamı özü sözügedən müsahibəsində açıqlama verib: “2018-ci ilin yay aylarında mənə İtaliya nömrəsindən zəng gəldi. Açdım telefonu, dedilər ki, mən Lotu Quluyam. Dedim mən də Mübarizəm. Dedi ki, bizim qardaşımız haqqında çox pis şeylər danışırsan, danışmamaq lazımdır. Soruşdum kimdi sizin qardaşınız? Cavab verdi ki, Anar Əliyev. Mən söydüm və o məndən üzr istəyib telefonu qapatdı. Heç bir zaman heç bir mafiya bizə diş keçirə bilməz”.
Onu da xatırlatmaq yerinə düşər ki, Anar Əliyev SOCAR-ın sabiq prezidenti, iqtisadi inkişaf nazirinin müavini Rövnəq Abdullayevin dayısı oğludur. Eyni zamanda onun bir sıra işlərinin icraçısıdır, həmçinin də onun media siyasətini idarə edən şəxsdir.

Maraqlıdır ki, Lotu Quli kifayət qədər tanınmış kriminal avtoritet idi. Onun qətli kriminal aləmdə ciddi çaxnaşmalara səbəb olmalı idi. Təbii ki, əgər qətlin səbəbi kriminal aləmdəki intriqalar olsaydı. Lakin bunlar müşahidə edilmədi. Məsələn, Lotu Qulinin dəfninə Rövşən Lənkəranski kimi dünya avtoritetləri axışmadı. Heç o aləmdə hüzrü də tutulmadı. Bunlar bəlkə ilk baxışdan xırda məsələ təsiri bağışlaya bilər, amma əslində kifayət qədər ciddi təfərrüatlardır. Bir kriminal avtoritet üzərinə götürdüyü işi bacarmadığı üçün qətlə yetirilirsə o aləmdə ardınca sadəcə susqunluq yaşanar. Lotu Qulinin qardaşı 2013-cü ilin avqustunda qanuni oğru statusu almış Namiq Bakinski kimi tanınan Namiq Səlifov özünü onun varisi elan etsə də, hələlik kriminal aləmdə bunun qəbul olunması haqda ciddi məlumatlar yoxdur. Əskinə, bir müddət əvvəl Namiq Səlifovun oğru adından məhrum edilməsinə “proqon” verilməsilə bağlı məlumat yer alıb. Namiq Səlifovun “oğru” titulundan məhrum edilməsi barədə qərarın Rusiya yeraltı dünyasının lideri, “qanuni oğru” Zaxari Kalaşovun (Şakro Molodoy) rəhbərlik etdiyi 20 tanınmış kriminal avtoritet tərəfindən verildiyi bildirilib. Müvafiq “proqon” üçün bütün cinayət dünyasına müraciət olunduğu iddia edilib. Düzdür, bu məlumat sonradan təkzib edildi, amma əksi də sübut olunmayıb. Sual yaranır: Lotu Quli Kərəm Həsənovun otelinin təəssübünü çəkirsə, necə olur elə orada da qətlə yetirilir? Hər bir halda, bu proseslər idarə olunub desək, yanılmarıq. Kim tərəfindən idarə olunub? Cavabın axtarışları isə izi məhz Anar Əliyevə doğru istiqamətləndirir. Avtoritetin qətlinin üstündən “su içilməsi” də bunu deməyə əsas verir.
Mövzunu diqqətdə saxlayacağıq.

Xəbərtv.info

Digər xəbərlər

İlham Əliyev: "Atəşkəs istəyən Ermənistana silah verər?!"
Azərbaycanlı aktyorun evində PARTLAYIŞ - Durumu AĞIRDIR
Moskvada Azərbaycanın sovet dövrünə aid xalça və tikmələri SƏRGİLƏNƏCƏK
Qarabağda Ermənistan tərəfdən Azərbaycana qarşı vuruşan terrorçuların haradan gəldiyi məlum olub
“Salyan OİL” şirkətinin fəhlələri etiraz aksiyası keçirdilər
"Narkoz verilən xəstəni palatada əməliyyat etmək olarmı?" - Oğlunu itirən atanın FƏRYADI
Rövşən Əkbərov məhkəmə qarşısında... BƏS NƏCMƏDDİN SADIQOV?
Həbs edilən məmur icra başçısının əleyhinə ifadə verdi - FOTO
Bağdadda partlayış: 8 ölü, 10 yaralı
İmişlidə 11 yaşlı qızı zorlamaqda şübhəli bilinən şəxs saxlanılıb
II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək
Sabah Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
Azərbaycan nefti bahalaşır
Azərbaycanda xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb
Ermənistanda koronavirusa yoluxma kəskin şəkildə artıb
Kür çayının aşağı axınında suyun səviyyəsinin azalmasının səbəbləri açıqlanıb
Prezident: “Biz heç bir muxtar rayon razılığına gəlməmişik”
Karantin rejimində taksi fəaliyyəti ilə bağlı müraciət edənlər arasında sui-istifadə halı qeydə alınıb
“Abid Şərifov, oğurluğun xırdası və irisi olmur, hamısı oğurluqdur…”
Suqovuşan kəndindən VİDEOREPORTAJ
Tanınmış həkim od püskürdü: Sertifikat imtahanları Azərbaycanda necə keçirilir?
Sona çatan 28 illik həsrət, şəhidlərin qisası və şanlı QƏLƏBƏ! - Qarabağ Azərbaycandır!
Paşinyanın can qorxusu ona cangüdənlərinin sayını artırmağa sövq edib - VİDEO
İlham Əliyev və Vladimir Putin Bəyannamə imzalayacaq
MN: “Cəbhənin Ağdam istiqamətində ordumuzun zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib”
Sabah yağış yağacaq
Sabiq deputata cinayət işi açıldı
“Qəfildən tappıltı eşidildi, qızlar bax o gördüyünüz yerə çırpıldı...”
Hadrut və bir neçə kənd işğaldan azad edildi
Azərbaycanda ilk dəfə elektrobus istehsal olunub - FOTO
{sape_links}{sape_article}