Son dəqiqə
İdman
26-05-2022, 11:17
339
UEFA Konfrans Liqasının ilk qalibi bəlli olub
UEFA Konfrans Liqasında 2021/2022 mövsümünün qalibi İtaliya "Roma"sı olub.
Xəbərtv.info xəbər verir ki, Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçirilən turnirin final oyununu 1 qol həll edib. Belə ki, 32-ci dəqiqədə fərqlənən Nikola Zaniolo Niderland "Feyenoord"unun qapısından qol keçirərək "Roma"ya qələbə qazandırıb.
Bu, "Roma"nın 95 illik tarixində 2-ci, komandanın baş məşqçisi Joze Mourinyonun isə 5-ci avrokubok titulu olub.