Son dəqiqə
31-05-2022, 19:32
352

“Aİ-95” markalı benzinin bahalaşacağı xəbərinə SOCAR-dan - Cavab

“Aİ-95” markalı benzinin bahalaşacağı xəbərinə SOCAR-dan -
Son vaxtlar ölkədə “Aİ-95 Premium” markalı avtomobil benzininin satışında məhdudiyyətlərin olması və yaxın zamanlarda qiymətinin bahalaşması ilə bağlı məlumatlar yayılır.


Məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya xidmətindən Oxu.az-a bildirilib ki, yayılan məlumatlar doğru deyil:

“Heç bir məhdudiyyətdən, bahalaşmadan söhbət belə gedə bilməz. Çox güman ki məhdudiyyət hər hansı yanacaqdoldurma məntəqəsində yaranmış texniki problemlə bağlı olub”.

Məlumatda o da qeyd edilib ki, ölkəmizdə fəaliyyət göstərən bütün “SOCAR” brendli yanacaqdoldurma məntəqələrində, eyni zamanda Siyəzəndə fəaliyyət göstərən hər iki YDM-də Aİ-92 və digər yanacaq növlərinin satışı ilə bağlı heç bir çətinlik yoxdur. Hazırda qeyd olunan yanacaq növünün satışı fasiləsiz olaraq həyata keçirilir.

Qeyd edək ki, respublikamızda fəaliyyət göstərən başqa yanacaqdoldurma məntəqələri və yerli sahibkarlar neft məhsullarına olan tələbatlarını ödəmək üçün “SOCAR Petroleum” QSC-yə məxsus, qeyd olunan neft terminalı bazalarından lazımi qədər neft məhsullarını eyni zamanda, dizel yanacağını əldə edərək öz tələbatlarını ödəyə bilirlər.

Xatırladaq ki, “Aİ-95 Premium” və “Aİ-98 Super” markalı yanacaq növləri ölkədə istehsal olunmur. Hazırda SOCAR-ın balansında olan Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda ancaq “Aİ-92” markalı benzin istehsal olunur, yuxarıda isə qeyd olunan benzin markaları ölkəyə idxal olunur.

“Aİ-92” markalı benzinin qiyməti Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Digər benzin markalarının qiymətləri isə onların alış bazarındakı qiymətlərdən asılıdır.

“Aİ-95 Premium” və “Aİ-98 Super” markalı yanacaq növlərinə olan qiymətlər axırıncı dəfə ötən ilin sentyabrın 15-də artıma doğru dəyişib. Hazırda “Aİ-98” 1,9 manata, “Aİ-95” isə 1,6 manata satılır. Bundan öncə “Aİ-95 Premium”un 1 litrinin qiyməti 1,45 manat, “Aİ-98 Super” markalı benzinin qiyməti isə 1,6 manat təşkil edirdi.

Xəbərtv.info

Digər xəbərlər

Heydərovun "Gilan"ı TƏNƏZZÜLDƏ...
Əsas məqsəd saxta və əsassız əlillik təyinatlarının aşkar edilərək ləğv olunmasıdır.
Əhaliyə qazla bağlı ŞAD XƏBƏR - VİDEO
Bu şəxslərin xərçəngə tutulma riski yüksəkdir
Bakıda "bomj"ların qadınla yatmaq uğrunda qanlı mübarizəsi - TƏFƏRRÜAT
Azərbaycan əhalisinin sayı açıqlandı
Azərbaycan Minatəmizləmə Agentliyi yaradıldı
BU `MAHAL` KİMİNDİR BELƏ?.. - ETİRAZ
Düşmən gün ərzində ikinci dəfə yeni itkilərinin sayını açıqladı
“Brilyant əl”in ulduzu psixiatrik klinikaya yerləşdirildi
İcra başçısının həbs müddəti artırılır
“Virtual məktəb” portalında verilən tapşırıqlar şagirdlərin qiymətləndirməsinə təsir etməyəcək
Azərbaycanda icra başçısının müavini saxta peyvənd sənədi tələb edib (RƏSMİ)
Maştağada evinin zirzəmisində çətənə kolları yetişdirən şəxs tutulub -
İki icra başçısı həbs oluna bilər - İlginc faktlar
Düşmənin xarabalığa çevirdiyi daha bir Ağdam kəndi - VİDEO
Mehriban Əliyeva haqqında sənədli film hazırlanıb - VİDEO
Gecələdiyi avtobusda ölüsü tapılan azərbaycanlı aktyor - FOTO
"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovun biznes imperiyası -
Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda bağçalar fəaliyyətini davam etdirəcək
Ac qarına 1 stəkan içən 100 il yaşayacaq
Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub
Neftin qiyməti bahalaşır
Kəlbəcər rayonunun Daşbulaq kəndindən görüntülər - VİDEO
“Putinin yerinə o gələcək” – Daha bir polkovnik
İbrahimoviç koronavirusa yoluxdu
Hikmət Hacıyev: “Tonayan cinayət əməllərinə görə cavab verməlidir”
"Bu şəhərdə"nin məşhur aktyoru oğlu ilə - foto
Kəlbəcərdə azərbaycanlı və erməni hərbçilər arasında münaqişə yaşanıb
DTX əməliyyat keçirdi, həbs olunanlar var - Video
{sape_links}{sape_article}