Son dəqiqə
15-01-2020, 11:24
447

"İndi biz çörəyimizi kimdən istəyək?" - Laçınlı müəllim rayon təhsilində baş alıb gedən korrupsiyadan danışır

"İndi biz çörəyimizi kimdən istəyək?" - Laçınlı müəllim rayon təhsilində baş alıb gedən korrupsiyadan danışır

Deyirlər ki, get hara müraciət edirsən et. Dərs vermirlər. Hər saata görə 6 manat haqq verməliyik. Bu sözləri Laçın rayonundan məcburi köçkün, rayonun Əfətli kənd ümumi orta məktəbində 11 il direktor işləmiş məcburi köçkün Şahməmmədov Elmurad Qərib oğlu "Yutub" kanalında yerləşdirilmiş vidematerialda səsləndirib: "2006-cı ildə ali məktəbi bitirərək, hərbi xidmətə getmişəm. Əsgərlii başa vurandan sonra 2007-ci ilin sentabr aında raonun 23 salı tam orta məktəbinə riaziyyat-informatika fənləri üzrə müəllim təin edilmişəm. 2008-ci ilin sentyabr aının 10-dan 2019-cu ilin yanvar ayının 28-dək Laçın rayonunun Əfətli kənd orta məktəbinin direktoru vəzifəsində çalışmışam". Onun sözlərinə görə, Nicat Həsənov Laçın rayon Təhsil Şöbəsinə rəhbər təyin olunandan sonra müəllimlərə göz verib işıq vermir.

E. Şahməmmədov bildirir ki, öncəki şöbə müdirləri Şahlar Xəlilov və Malik Vəliyevlə işlədii vaxt heç bir problemi olmayıb. Ancaq Nicat Həsənov gələn kimi ondan aylıq haqq istəyib və o da ödəyə bilmədiyi üçün işdən çıxıb.

Hazırda Laçın rayonunda 11 il direktor olduğu həmin məktəbdə riyaziyyat müəllimi işləyən Ş. Elmurad ölkə rəhbərliyinə və təhsil nazirinə müraciət edib kömək istəyir. Bildirir ki, Ağcabədi rayonunda yaşadığı üçün müəllim maaşı ilə işə gedib-gəlməyin yol pulunu çatdıra bilmir. İki məktəbli uşağı olan ailəsinin maddi vəziyəti qeyri-qənaətbəxş olduğuna görə, təhsil müdiri Nicat Həsənovdan dərs saatlarının artırılmasını, yaxud, Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən Laçın məktəblərindən birinə təinat verilməsini xahiş edib. Şöbə müdiri Ağacabədidəki məktəblərdə öz qohumlarının işləməsi səbəbindən Elmurad müəllimin Ağcabədiyə təyinat almasının mümkünsüzlüyünü deyib, dərs saatları barədə ona Əfətli məktəbinə müvəqqəti təyin olunmuş məktəb direktoru ilə söhbət etməyi məsləhət görüb. Müvəqqəti direktor isə artırılacaq hər dərs saatı üçün müəyyən məbləğ rüşvət istəyib.

"Təhsil naziri Ceyhun Bayramov Nicat Həsənovu şöbə müdiri təyin edəndə ona hansı vəzifəni tapşırıb - müəllimlərin maaşına göz dikməyi, yoxsa, müəllimlərin əmək şəraitini yaxşılaşdırmağı, təhsilin səviyyəsini yüksəltməyi?" - deyə haqlı sual ortaya qoyan Elmurad müəllim Laçın rayon təhsil sistemində "papka məktəblərdən", kağız üzərində adı gedən, dərslərə gəlməyən şagirdlərdən danışıb.

Haqsızlığa məruz qalmış Elmurad müəllim dəfələrlə Laçın RİH-nin başçısı cənab Aqil Nəzərlininqəbulunda olduğunu, rayon rəhbəri tərəfindən Nicat Həsənova göstəriş verildiyi, lakin şöbə müdirinin başçının kabinetindən çıxan kimi həmin göstərişləri yadından çıxardığını deyir: "Nicat Həsənovun qohumları arasında elə ailələr vardır ki, ər bir məktəbin, arvad digər müəssisənin rəhbəridir. Deyir ki, onların adını çəkmə. səni o məktəblərə yollaya bilmərəm. İndi biz çörəyimizi kimdən istəyək?"
Nyus.Az

Digər xəbərlər

Məzahir Pənahov: “Kişi namizədlərin hamısı haqqında bunu demək olmaz”
"Baku Medical Plaza”da tüstülənmə olub - VİDEO
Beşqat dünya çempionu Bakıda zəhərlənib -
Ərdoğan: “Makron siyasəti öyrənə bilməyib”
Ermənistanın keçmiş müdafiə naziri döyüşlərdə ağır yaralandı
Cəbhəyanı ərazilərdə partlamamış hərbi sursat, minalar aşkarlandı - FOTOLAR
Təhsil Nazirliyi: "Virtual məktəb" layihəsinə qoşulmayan müəllimlərə maaş verilməyəcəyinə dair məlumatlar yanlışdır
"İTV-nin fantastik qiymətləri namizədlərin əksəriyyəti üçün əlçatan deyil" - ETİRAZ
Çay həvəskarları üçün faydalı məsləhətlər
Ermənilər mövqelərimizi atəşə tutdu
Ötən gün general rütbəsi verilən erməni hərbçi məhv edildi
Putin Serbiya prezidentindən üzr istədi - SƏBƏB
Cəbrayılın daha bir kəndindən görüntülər - VİDEO
Bakıda avtomobil evakuatorla toqquşdu
İlham Əliyev: “Peyvəndi gözləyirik, ondan sonra normal həyat bərpa ediləcək”
Zakir Həsənovla Rusiyanın Müdafiə naziri arasında telefon danışığı olub
Ekvador həbsxanalarında qiyam: 50-dən çox məhkum öldü
Qonşuların davası qanla bitdi
“Yüz min manatdan çox olan pullar vergiyə cəlb edilməlidir” – Millət vəkili
Daha bir Qazimiz ədalətsizliyin QURBANIDIR... - VIDEO
Müharibə Ukraynaya nə qədər zərər vurub?
Paşinyan xarici işlər naziri Ara Ayvazyanı vəzifəsindən azad etmək istəyir
Fateh Terim Bakıda mətbuat konfransı keçirdi - Video
Nobel mükafatçısı dünyasını dəyişdi
Azərbaycan yığmasının Rusiya ilə oyunlarının nəticələri ləğv olunub
Metro stansiyalarının sayı 25-dən 51-ə çatdırılacaq
ATV Şuşa, Laçın və Kəlbəcərdə yayım üçün MTRŞ-yə müraciət etdi
ADU Gülnarə Cəfərovanın vergi borcu olan şirkətini tenderində qalib elan etdi
Dünyanı mat qoyan kadrlar – VİDEO
“Bayraktar” niyə rus HHM sistemləri tərəfindən yaxalana bilmir? - Bir uğurun iki sirri
{sape_links}{sape_article}