Son dəqiqə
10-06-2022, 10:32
604

"Fatimeyi-zəhra" adı verilən sanatoriyada nə HOQQA ÇIXARIRLAR?

"Fatimeyi-zəhra" adı verilən sanatoriyada nə HOQQA ÇIXARIRLAR?
Artıq yay fəslidir. Uzun və gərgin iş aylarından sonra gözəl bir məkanda, təbiət qoynunda istirahət etmək, həmçinin sanatoriyalara gedib, Tanrının bizə bəxş etdiyi təbii müalicəvi vasitələrdən yararlanmaq üçün ən gözəl zamandır. Şükürlər olsun ki, Azərbaycanımızın ərazisində müalicəvi əhəmiyyətə malik müxtəlif ərazilərdə, müxtəlif sanatoriyalar fəaliyyət göstərir ki, bunlardan biri də Masallı rayonunda yerləşən İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyasıdır.

İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyası həm Masallı şəhərindən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə qərar tutmuş Dəmbəlov dağının döşündə, Viləş çayının sahilində yerləşir. Tərkibində hidrogen-sulfid, natrium-xlor kalsium, maqnezium-hidrokarbonat və hər litrində 30 milliqram yod var. Yerin çox dərin qatlarından 60 dərəcədən də yuxarı isti halda məhlul çıxır. Bu məhlul xəstəlikləri dava-dərmansız sağaldır. Qədim dövrlərdən yerli sakinlər bu sudan müalicə kimi istifadə ediblər.

"DogruXeber.az" bildirir ki, məlumatlar bura qədər normaldır. Amma, gəlin etiraf edək ki, çoxumuz elə internet üzərindən araşdırıb, internetdə gözəl çəkilmiş şəkillərə aldanıb, sözügedən məkana dincəlmək və müalicə almaq məqsədilə gedib, əsəb sarsıntıları ilə geri dönmüşük. Dincəlmək məqsədilə üz tutduğumuz məkanda əsəblərimizi gərən isə gələn turistlərə (müştərilərə) göstərilən xidmət səviyyəsinin olduqca aşağı olması, həmçinin "dəvə belində"ki qiymətlər və ən əsası gecələdiyimiz otaqların natəmizliyi, çirkab, üfunət, toz içində olmasıdır və sair...

Yeri gəlmişkən, bir zamanlar sosial medialarda "Fatimeyi-zəhra" adı verilən sanatoriyanın əxlaqsızlıq yuvasına çevrilməsi barəsində məlumatlar yayımlanmışdı. Sonra hansısa "müəmmalı səbəblər"dən birdən-birə o məlumatlar saytların çoxundan silindi. Amma, deyəsən silinən təkcə o məlumatlardır, məkanın fəaliyyətində o qədər də ciddi dəyişiklik yoxdur.

Belə ki, sözügedən məkanda müştəri olan şəxslər tərəfindən "DogruXeber.az"a verilən məlumata görə sanatoriyada iki nəfərlik otaqlar (koteclər) fəaliyyət göstərir ki, orada dincəlmək istəyən cütlüklərdən heç nə soruşulmadan bir neçə saatlıq, yaxud günlük açarlar təhvil verilir. Eynilə, heç bir qəbz təqdim etmədən aldıqları pul kimi. Bu mövzuya birazdan qayıdacağıq. Hələlik isə kimlikləri bəlli olmayan "cütlüklərə" maneəsiz verilən otaqların şəraitindən danışırıq. Demək, mövcud durumun şahidlərinin sözlərinə görə otaqların qısamüddətli kirayə ödənişi aşağı olmasa da, göstərdikləri xidmətlər və otaqların təmizlik səviyyəsi olduqca aşağıdır. Çirkli və üfunət qoxuyan, iyrənc ləkəli yataqlar, toz içində qalmış döşəmələr, oturacaqlar, natəmiz hamam otaqları və sair. Belə şəraitsiz otaqlarda adam özünü də itirər, nəinki şəxsi əşyalarını. Ona görə də həmin otaqlarda dincəlmək istəyənlərin itən əşyalarını tapıb vermək də xidməti işçiləri üçün müşkül olub. Bütün bunlar azmış kimi, üstəlik məkan müxtəlif üsullarla dövlət vergisindən də yayınır. Məsələn, yuxarıda qeyd etdiyimiz otaqların kirayəsi, fərqi yoxdur istər bir gün, istərsə də bir neçə saatlıq olsun 50 AZN-dir və bu ödənişə görə kimsələrə ödəniş qəbzi təqdim edilmir. Bundan əlavə 10 dəqiqəlik isti su vannasına görə ödənilən 5 AZN üçün də ödəniş qəbzi verilmir. Maraqlıdır, bapbalaca bərbərxana, dönərxana və digər bu kimi iaşə obyektlərinin hamısından xəbərdar olub, onlardan kassa aparatı tələb edən, olmadıqda obyekt sahibinin bir neçə illik gəliri mislində cərimə edən Vergilər Nazirliyi əməkdaşları istisu sanatoriyasından xəbərsizdirmi?

Hələ bu harasıdır, hazırda çayın hövzəsində böyük hovuz inşa etdirilir. Bundan da deyəsən Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərsizdir.
İnandırıcı deyil. Çünki, elə bir məmur, yaxud ən kiçik vəzifələrdə çalışan şəxs yoxdur ki, Masallı istisu sanatoriyasında olmasın. Hətta, bizə deyilən məlumata görə sözügedən məkanın qanuni sahibi İldırım Allahyarovun əksər yüksək çinli məmurlarla dostluq münasibətləri var ki, bu da sözügedən məmurların məkanda istirahət etdikləri zaman yaranıb. Bəlkə də onların sayəsindədir ki, sanatoriyanın sənədli sahəsi 4 hektar olduğu halda, əlavə iki hektardan çox ərazini zəbt edərək, 6 hektardan çox ərazidə fəaliyyət göstərir və buna görə İldırım Allahyarova heç bir qurum əməkdaşı "gözün üstdə qaşın var" demir. Hətta, deyilənə görə İldırım Allahyarovun qardaşı, eyni zamanda sanatoriyanın ərazisini yarı-yariya böldüyü Qardaşəli Allahyarov dost-tanis arasında "adam öldürsə belə, qanını batıracaq gücə malik olduqları" ilə qürrələnirmiş. Təbii ki, Qardaşəli Allahyarova bu sözləri hər kəsin yanında söyləmə cəsarətini verən yüksək çinli məmur dostlarıdır.

P.S: Qeyd edək ki, bütün məlumatlarla qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə Qardaşəli Allahyarova zəng etdik. Qardaşəli bəy birmənalı olaraq inkar etdi və sanatoriya ilə ümumiyyətlə heç bir əlaqəsi olmadığını dedi. İldırım Allahyarov isə birneçə dəfə zəng etməyimizə baxmayaraq, telefonu açmadı.

QEYD: Deyilən məlumatlarla bağlı aidiyyatı üzrə dövlət qurumlarına göndərilməsi üçün "DogruXeber.az" redaksiyası tərəfindən müraciətlər hazırlanır.

Yeri gəlmişkən, növbəti yayımımızda "Fatimeyi-Zəhra" adı verilən şəfa sanatoriyasında istirahət edən məmurlar, iş adamları və digər şəxslərə fərqli "xidmət göstərən" "qadın dəllalları"nın adlarını açıqlayacağıq.
Diqqətiniz bizdə olsun.

Qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Xəbərtv.info

Digər xəbərlər

Gürcüstanda azərbaycanlılarla svanlar arasında kütləvi dava olub - VİDEO
Qalmaqallı `Sipark` şirkətinin İŞİ MƏHKƏMƏDƏ... -
Ramiz Mehdiyev və Əli Həsənov Əli İnsanovla görüşüblər — SENSASİYA
Bu şəhərə hansı adla qayıdacaqsan
Cavid Qurbanov öz kadrını QORUYA BİLƏCƏKMİ? - VİDEO
Füzulidən Şuşaya çəkilən yolun ərazisi minalardan təmizlənir - VİDEO
Təhsil Naziri "Facebook"da intihar etdiyi deyilən müəllimə barədə yazdı
ABŞ Navalnıya görə Rusiyaya qarşı sanksiyalar hazırlayır
Oğurladığı maşını evakuatorla geri qaytardı
Prezident işğaldan azad edilən yeni yaşayış məntəqələrinin adını açıqladı
Şəkidə 4 yaşlı uşağı maşın vurub öldürdü
DİN: Sərt karantin günlərində Bakını icazəsiz tərk edənlərlə bağlı araşdırmalara başlanılıb
Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın: sakinlər təxliyə edildilər
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Nigar özünü və iki azyaşlı uşağını binadan aşağı niyə atıb, daha əvvəl nələr baş verib... - HƏTTA HAKİM GÖRDÜKLƏRİNDƏN ŞOKA DÜŞÜB
Ermənilər daha bir mülkini yaraladı
ABB-nin Mastercard kartları ilə təmassız ödənişlər apar, hədiyyələr qazan!
Azərbaycanda vaksinasiyadan keçənlərin sayı açıqlanıb
Avropa Liqasında gecənin nəticələri
Fəvvarələr meydanında 3 gün iftar süfrəsi təşkil ediləcək
Qarlı havaya görə bəzi məktəblərdə dərslər TƏXİRƏ SALINDI
Faktiki hava açıqlandı
Britaniya Qarabağda minatəmizləməyə kömək edəcək
Nazir icra başçısının oğluna yüksək vəzifə verdi -
Düşmənə məxsus Su-25 təyyarəsi məhv edildi
Sumqayıtda sexdən 31 ton metal oğurlanıb
Ölkədaxili icazəsi olanlar Bakıdan rayonlara gedə biləcək - DİN-dən açıqlama
2020-ci ildə dövlət şirkətləri Azərbaycana nə qədər gəlir gətirib? - REYTİNQ + FOTO
Sirkdə faciə: ilan gənci tamaşaçıların gözü qarşısında boğdu - VİDEO
Eldar Həsənov öz istəyi ilə DTX-nin təcridxanasında qaldı
{sape_links}{sape_article}