Son dəqiqə
İqtisadiyyat
14-06-2022, 11:04
368
Azərbaycan neftinin bu günə olan qiyməti AÇIQLANDI
Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb.
Xəbərtv.info xəbər verir ki, Azərbaycan neftinin bir barelə olan qiyməti 0,16 ABŞ dolları və ya 0,12% ucuzlaşaraq 128,77 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.