Son dəqiqə
15-06-2022, 11:56
219

İlham Əliyev Şuşadakı beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

İlham Əliyev Şuşadakı beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev “Azərbaycan – Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Prezident.az xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli konfrans iştirakçıları!

Sizi – “Azərbaycan – Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarını səmimi qəlbdən salamlayır, konfransın işinə uğurlar arzulayıram.

Bir il əvvəl – 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə dost, qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir.

Şuşa Bəyannaməsinin Azərbaycan xalqı və dövləti üçün əlamətdar tarix olan 15 İyun – Milli Qurtuluş Günündə imzalanmasının və bir il sonra bununla bağlı beynəlxalq konfransın təşkil olunmasının rəmzi xarakteri, mənəvi önəmi də vardır. İki qardaş ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi Türk dünyasının parlaq şəxsiyyətləri – “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən Mustafa Kamal Atatürkün və “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” deyən Heydər Əliyevin irsinə sadiqliyin ifadəsi, gələcək nəsillər üçün örnəkdir.

Şuşa Bəyannaməsi çoxşaxəli münasibətlərimizin ən yüksək zirvədə olduğunu göstərən mühüm sənəddir.

Qars müqaviləsindən 100 il sonra imzalanmış Şuşa Bəyannaməsi ortaq tariximizə əsaslanmaqla yanaşı, müasir reallıqları əks etdirir, eləcə də Azərbaycan ilə Türkiyə arasında mövcud və gələcək işbirliyinin strateji istiqamətlərini müəyyənləşdirir. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir.

Qürurverici haldır ki, Azərbaycan və Türkiyə dünya miqyasında mənəvi-siyasi cəhətdən bir-birinə ən yaxın ölkələrdir. Bizi birləşdirən bir çox amil vardır: tarix, mədəniyyət, etnik köklər, dil, din, milli dəyərlər, milli maraqlar və xalqlarımızın qardaşlığı. Bütün bunlar bizim sarsılmaz birliyimizi təmin edir. Bu gün Azərbaycan və Türkiyə ortaq siyasi iradə və birgə fəaliyyətlə gələcək hədəflərə çatmaq əzmində olan nadir müttəfiqlik nümunəsidirlər.

Məmnuniyyət hissi ilə qeyd etmək istərdim ki, iki ölkə arasındakı möhkəm həmrəylik Türk dünyasında əlaqələrin inkişafı baxımından da önəmlidir. Bu, yeni dünya nizamının yarandığı şəraitdə türk dövlətlərinin dövrün çağırışlarına cavab verməklə milli-strateji hədəflərə çatması üçün zəmin və fürsət yaradır, türkdilli ölkələrin qarşısında yeni perspektivlər açır.

Əminəm ki, xalqlarımızın sarsılmaz etimadını qazanmış Yeni Azərbaycan Partiyasının və Ədalət və İnkişaf Partiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda müttəfiqliyimizin daha da gücləndirilməsi ilə bağlı səmərəli müzakirələr aparılacaq, faydalı təkliflər irəli sürüləcəkdir. Həmçinin ümidvaram ki, konfrans Türk dünyasında həmrəyliyin, dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi işinə də öz layiqli töhfəsini verəcəkdir.

Sizi bir daha ürəkdən salamlayır və fəaliyyətinizdə uğurlar arzulayıram”.

Xəbərtv.info

Digər xəbərlər

Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI
Etirazçılar Ermənistan parlamentinin sədrini döydülər - FOTO
Qazinin həbsi ilə bağlı apellyasiya protesti verildi
İşğaldan azad olunmuş bu kəndlərin də adları dəyişdirildi
Tibb işçilərinin sertifikasiya imtahanına yenidən start verilir
Müəllimlərin sertifikasiyası pandemiyadan sonra başlayacaq - Nazir
Ermənilər Tovuzun Ağdam kəndini yenidən atəşə tutdu
İlham Əliyev Moskvada Paşinyanla görüşə bilər
Qələbəyə görə veriləcək orden-medalların adları açıqlandı - SİYAHI
Əfqanıstanda polis məntəqəsinə hücum - 4 ölü, 2 yaralı
Arsurun Ovannisyana hücum etdilər
Azərbaycanda 20-yə yaxın rayonda qaz kəsintisi ilə bağlı “Azəriqaz”dan AÇIQLAMA
Paşinyanla Putin arasında telefon danışığı olub
Səhiyyə vahid mərkəzdən idarə ediləcək? -
Məscidlərdə COVİD pasportunun olub-olmamasını kim yoxlayacaq?
Bakıda İran vətəndaşı özünü 6-cı mərtəbədən atıb
Yaponiyada yenidən rekord yoluxma qeydə alındı
Sabahın hava proqnozu açıqlandı
Paşinyan hansı dünya liderlərinə neçə dəfə zəng edib? - SİYAHI
Prezident İlham Əliyev 2020-ci il dövlət büdcəsini təsdiqlədi
Düşmənin xarabalığa çevirdiyi daha bir Ağdam kəndi - VİDEO
Azərbaycanlıların Xankəndiyə gedən yolda görünməsi erməniləri qorxutdu
Xarici jurnalistlər Xankəndindən çıxarılır
"20 yaşdan aşağı insanlar ətrafa ölüm saçırlar, siqaret tüstüsü koronavirusa yoluxdurur"
Fərman İsmayılovun öldürülmə anı - VİDEO
Türkiyə millisinin potensial rəqibləri müəyyənləşdi - DÇ-2022
Hikmət Hacıyev: “Tərtərə gedirik, atırlarsa, atsınlar”
"DSMF rayon şöbəsinə müraciət etsəm də..." - GİLEY
Sentyabrın 8-dən bu məhdudiyyətlər götürülür - RƏSMİ
Nazilə Səfərli oğlunun toyuna gəlməyən sənətçiləri hədələdi - VİDEO
{sape_links}{sape_article}