Son dəqiqə
16-06-2022, 13:37
604

Prezidentin mesajları: Hərbi güc tətbiqi ehtimalları, yeni birlik ideyası, Laçındakı “dəhlizin sonu” – TƏHLİL

Prezidentin mesajları: Hərbi güc tətbiqi ehtimalları, yeni birlik ideyası, Laçındakı “dəhlizin sonu” –
Prezident İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində çıxış etdi.

İlham Əliyevin beynəlxalq təmsilçilər önündə etdiyi çıxışın əsas hissəsi Azərbaycan-Ermənistan münasibətlərinə həsr olundu.

Prezidentin nitqində bu mövzuda ən çox diqqət çəkən məqamları çatdırmaq istərdik.

İlham Əliyev Ermənistanın 10 noyabr üçtərəfli bəyanatının icrasına yaratmaq istədiyi maneələrdən söz açdı.

İrəvan ən çox Zəngəzur dəhlizinin açılması və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən erməni silahlılarının çıxarılması məsələsində sürüşkən mövqe nümayiş etdirir.

Hərçənd ki, Azərbaycan 10 noyabr bəyanatının icrası ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirir, Ermənistanla Laçın yolu vasitəsilə Qarabağdakı erməni əhalinin əlaqəsini təmin edir.

Bu, Azərbaycan dövlətinin postmünaqişə dövründə humanitar missiya ilə çıxış etdiyinin sübutudur, lakin Ermənistan üzərinə qoyulan kapitulyant öhdəliklərindən qaçmağa cəhd edir.

Həmçinin Azərbaycanla Naxçıvan Muxtar Respublikasının quru əlaqəsini təmin edən kommunikasiya xəttinin – Zəngəzur dəhlizinin açılması məsələsində yaxasını kənara çəkir.

Prezident İlham Əliyevin bu mövzudan danışarkən apardığı bir paraleli önə çıxara bilərik.

İlham Əliyev bizim adət etdiyimiz Laçın dəhlizi ifadəsi əvəzinə, “Laçın yolu” ifadəsini işlədir, lakin Zəngəzur mövzusunda dəhliz termininə müraciət edir.

Hesab etmək mümkündür ki, Laçın yolunda dəhliz rejiminin tətbiq olunmayacağı müzakirələr masasındadır.

Azərbaycan bununla yanaşı, Zəngəzur keçidinin dəhliz məntiqi ilə istifadəyə verilməsində israrlıdır və təkid çəkicini Ermənistanın başı üzərində fırladır.

10 noyabr bəyanatının 4-cü maddəsinə gəlincə, Ermənistan bunu da manipulyasiya edərək “status” mövzusuna istinad edir, həmin əraziləri hərbiləşdirmək sevdasına düşür, hərçənd ki, bu mövqenin özü də çoxbaşlıdır.

Azərbaycan “status” mövzusuna nöqtəni qoyub və həmin ifadəni tarixin arxivinə göndərən hərbi-siyasi şərait yaradıb və hüquqi addımlarla bunu gücləndirib.

İndi Ermənistanın mövcud olmayan bir subyektdən yapışması yalnız xəyali təsəvvürlərə söykənir.

Amma xam xəyalların rəsmi səviyyədə elanı belə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmətsizlik əlamətidir.

Bu hörmətsizliyi isə güc yolu ilə aradan qaldırmaq zərurəti sürətli şəkildə böyüyür.

İlham Əliyev deyib ki, Ermənistanın status mövzusuna istinad etməsi yeni konfrontasiyanın yaranmasına gətirib çıxara bilər.

Həmin ssenarinin hərbi mənzərəsini yaratsaq, deyə bilərik:

1. Azərbaycan güc yolu ilə Qarabağdakı separatçıların başını əzir,

2. Paralel olaraq Ermənistandakı Azərbaycanın tarixi ərazilərinin geri qaytarılmasını təmin edir. Bunun üçün Azərbaycan ordusunun Ermənistanın istənilən dərinliyinə sıza biləcək elit qüvvələri mövcuddur.

İlham Əliyevin “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoysa, bizim başqa seçimimiz qalmayacaq. Biz də həmçinin Ermənistanın ərazi bütövlüyünü sual altına qoyacağıq” deməsi həmin kontekstlər əsasında dəyərləndirilməlidir.

İlham Əliyevin çıxışında bir yeni detal da rəsmi şəkildə bildirildi: Cənubi Qafqaz ölkələrinin – Azərbaycan, Gürcüstan və Ermənistan - əməkdaşlıq formatının təsis edilməsi.

Prezident deyib ki, Azərbaycanla Gürcüstan bu formatda xarici işlər nazirləri səviyyəsində ilk dialoqun başlanması üçün görüş təklif etsə də, Ermənistan bundan imtina edir.

Görünür ki, Ermənistan regional üçlük formatına gəlmək istəmir, olsun, bu, onun öz başında çatlayan səbəblər gətirir.

Azərbaycanın bu təklifini “Cənubi Qafqazda birlik ideyası” adlandıra bilərik və bu digər ölkələrlə əməkdaşlığı da inkişaf etdirən platforma hesab olunur.

İlham Əliyevin nitqinin həmin hissələri üzrə gələ biləcəyimiz QƏNAƏT:

1. Azərbaycan Ermənistanın “çək-çevir”lərinə strateji təmkinlə adekvat cavablar verəcək,

2. Bakı Cənubi Qafqazda yaranan reallığı yeni əməkdaşlıq platformasına inteqrasiya etmək planları üzərində işləyir.

Xəbərtv.info

Digər xəbərlər

Kamran Əliyev Naxçıvanda hərbi qulluqçularla görüşüb -
İşğaldan azad olunmuş torpaqlarımızın hansı müddətə minalardan təmizlənəcəyi açıqlandı
Sərt karantin günlərində itləri gəzdirmək olar? - AÇIQLAMA
Azərbaycan nefti bahalaşıb
Ata 15 yaşlı oğlunu dörd il zorladı - Ana həqiqəti biləndə şoka düşdü - FOTO
Azərbaycan Prezidenti Almaniyada səfərdədir
“Əsrin müqaviləsi”nin bağlanmasından 26 il ötür
Neftin qiyməti 80 dolları keçdi
Şəkinin icra başçısının topdağıtmaz sərvəti – SİYAHI
SON DƏQİQƏ: Gəncədə silahlı şəxslərlə polis arasında atışma: Yaralı var
Azərbaycanda bələdiyyə sədri barəsində cinayət işi başlandı
Olimpiya Oyunlarının təxirə salınmasının vurduğu ziyanın məbləği açıqlanıb
Araratın baş məşqçisi: “Azərbaycan Ermənistanın yaşayış məntəqələrinə atəş açmır”
Xəzər dənizində 4,6 bal gücündə zəlzələ olub
Azərbaycanlı aktyor vəfat etdi
İlham Əliyevin “CNN International” televiziya kanalına müsahibəsi - Tam Mətn
Türkiyə PUA-ları Ermənistan sərhədində (FOTO)
Tofiq Yaqublunun məhkəməsi sabaha təyin edilə bilər
FHN Xaçmazdakı yanğınla bağlı məlumat yayıb -
Ermənilər Şuşaya yalnız bundan sonra Şuşi deməyə başladılar – MÜSAHİBƏ
İsrail və Fələstin koronavirusla mübarizə üçün birləşdilər
Qiymətlər bahalaşır, inhisarçılar meydan sulayır... – Bəs, dövlət nə etməlidir?
"Dini etiqad azadlığı haqqında” qanun birinci oxunuşda qəbul edilib
Bayraktardan İLGİNC MÜJDƏ -
Atışma oldu: Briqada komandiri öldürüldü
Türkan icra nümayəndəsinin oğlu öz bacısını öldürdü
Ermənilər 27 günə 2156 evi dağıdıb - 63 mülki şəxs öldürülüb
Fövqəladə Hallar Nazirliyi 126 min manatlıq it yemi alır
İlham Əliyev: “Paşinyan hər gün dünya liderlərinə zəng edir, amma mən heç kimə zəng etməmişəm”
"Uşaqdan heç bir yaxma götürülmədən onun xəstə olduğunu bildirdilər..."
{sape_links}{sape_article}