Son dəqiqə
20-06-2022, 18:17
197

“Rektor Elçin Babayevin yeri yaxın vaxtlarda ya “Bandotdel”, ya da “DTX” olacaq”

“Rektor Elçin Babayevin yeri yaxın vaxtlarda ya “Bandotdel”, ya da “DTX” olacaq”
Dünyada rüşvət və korrupsiyanın mövcud olmadığı ölkə çətin tapılar. Lakin bəzi sahələr var ki, burada rüşvət və korrupsiyanın tüğyan etməsi millətin gələcəyini ciddi təhlükə altına qoyur. Bunlardan ən birincisi məhz təhsil sahəsidir. Çünki bir millətin gələcəyini məhv etməyin ən asan yolu onun təhsilini bərbad vəziyyətə salmaqdan keçir. Təəssüflər olsun ki, Azərbaycanın təhsil sektorunda mövcud olan problemlər gənclərimizin gələcəyinə ağır zərbə vurur. Ölkənin ən aparıcı təhsil müəssisələrindən olan Bakı Dövlət Universitetində (BDU) baş verənlər isə millət olaraq bizə utancdan başqa bir şey qazandırmır. Belə ki, universitetin rektoru Elçin Babayevin təhsil müəssisəsini böyük rüşvət yuvasına çevirməsi haqqında iddialar var. Tələbələrin bilərəkdən imtahandan kəsilməsi, sonradan rüşvət tələb olunması, bir sözlə onların incidilməsi və psixologiyasına ağır zərbə vurulması məhz BDU rəhbərliyinin idarəçilik prinsipinin əsasını təşkil edir. Bütün bunları təkcə sözügedən universitetin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədovanın tələbələrdən rüşvət tələb etməsi və bu səbəbdən işdən kənarlaşdırılması faktı təsdiqləyir. Millət vəkili Etibar Əliyevin “Univeristet islahatları ilk növbədə BDU-dan başlamalıdır” fikirləri isə bu universitetin rektorunun yerində olmadığına dəlalət edir. Qısacası rektor Elçin Babayev öz əməlləri ilə sələfi Abel Məhərrəmovun atasına rəhmət oxutdurur.

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, bu insanların məqsədi gənc nəsli incidib dövlətin əleyhinə qaldırmaqdır: “Çox ağıllı və müdrikcəsinə aparılan ideoloji siyasətdir. Ona görə də, bu universitetin rektoru haqqında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət ünvanlamaq lazımdır. Tələbələrdən rüşvət alan yerdə tutmaq lazımdır ki, ağılları başlarına gəlsin. Çünki bu cür rektorlar Azərbaycanın üz qarasıdır. Təhsil müəssisəsində tələbədən pul tələb etmək Azərbaycan gəncliyinin tərbiyəsinin pozulmasına səbəb olan amildir. Eyni zamanda təhsil sisteminə ən böyük xəyanətdir”.

Hafiz Hacıyev əlavə edib ki, rektor Elçin Babayev o yerə layiq olmayan adamdır: “Dövləti və dövlətçiliyi sevdiyimizə, eləcə də gələcək nəslin tərbiyyəli-savadlı olmasına görə deyirik ki, Bakı Dövlət Universiteti kimi bir təhsil ocağı bu adamın (Rektor Elçin Babayev – red) yeri deyil. Onun yaxın vaxtlarda yeri ya “Bandotdel”, ya da “DTX” olacaq”. Çünki bu cür insanlara qarşı çox ciddi mübarizə aparmaq lazımdır”.

Partiya sədrinin sözlərinə görə, Ramiz Mehdiyevin kadrları bu gün Azərbaycanda “at oynadır”lar. Prezident dəfələrlə rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə aparıldığını vurğulayır. Amma Mehdiyevin komandasının çox hissəsi hələ də müxtəlif vəzifələrdə oturublar. Bu insanlar da ölkədə qarışıqlıq salmaq, insanları incitmək, xalq-dövlət arasında uçurum yaratmaq üçün əllərindən gələni edirlər. Bunlardan biri də Ramiz Mehdiyevin vaxtilə BDU-ya rektor təyin etdirdiyi Elçin Babayevdir. Ona görə də, bunların hamısı tutduğu postlardan kənarlaşdırılmalıdır”.

Xəbərtv.info

Digər xəbərlər

Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI
Etirazçılar Ermənistan parlamentinin sədrini döydülər - FOTO
Qazinin həbsi ilə bağlı apellyasiya protesti verildi
İşğaldan azad olunmuş bu kəndlərin də adları dəyişdirildi
Tibb işçilərinin sertifikasiya imtahanına yenidən start verilir
Müəllimlərin sertifikasiyası pandemiyadan sonra başlayacaq - Nazir
Ermənilər Tovuzun Ağdam kəndini yenidən atəşə tutdu
İlham Əliyev Moskvada Paşinyanla görüşə bilər
Qələbəyə görə veriləcək orden-medalların adları açıqlandı - SİYAHI
Əfqanıstanda polis məntəqəsinə hücum - 4 ölü, 2 yaralı
Arsurun Ovannisyana hücum etdilər
Azərbaycanda 20-yə yaxın rayonda qaz kəsintisi ilə bağlı “Azəriqaz”dan AÇIQLAMA
Paşinyanla Putin arasında telefon danışığı olub
Səhiyyə vahid mərkəzdən idarə ediləcək? -
Məscidlərdə COVİD pasportunun olub-olmamasını kim yoxlayacaq?
Bakıda İran vətəndaşı özünü 6-cı mərtəbədən atıb
Yaponiyada yenidən rekord yoluxma qeydə alındı
Sabahın hava proqnozu açıqlandı
Paşinyan hansı dünya liderlərinə neçə dəfə zəng edib? - SİYAHI
Prezident İlham Əliyev 2020-ci il dövlət büdcəsini təsdiqlədi
Düşmənin xarabalığa çevirdiyi daha bir Ağdam kəndi - VİDEO
Azərbaycanlıların Xankəndiyə gedən yolda görünməsi erməniləri qorxutdu
Xarici jurnalistlər Xankəndindən çıxarılır
"20 yaşdan aşağı insanlar ətrafa ölüm saçırlar, siqaret tüstüsü koronavirusa yoluxdurur"
Fərman İsmayılovun öldürülmə anı - VİDEO
Türkiyə millisinin potensial rəqibləri müəyyənləşdi - DÇ-2022
Hikmət Hacıyev: “Tərtərə gedirik, atırlarsa, atsınlar”
"DSMF rayon şöbəsinə müraciət etsəm də..." - GİLEY
Sentyabrın 8-dən bu məhdudiyyətlər götürülür - RƏSMİ
Nazilə Səfərli oğlunun toyuna gəlməyən sənətçiləri hədələdi - VİDEO
{sape_links}{sape_article}