Son dəqiqə
21-06-2022, 11:21
377

Veteran şahmatçımız: “Dünya çempionatına bir qədər hazırlaşmağım yaxşı olardı”

Veteran şahmatçımız: “Dünya çempionatına bir qədər hazırlaşmağım yaxşı olardı”
“Əvvəllər veteranların yarışında iştirak etməmişəm. İlk dəfə iştirak etmək barədə qərar qəbul etdim”.

Xəbərtv.info xəbər verir ki, bunu veteran şahmatçılar arasında Azərbaycan çempionu, tanınmış məşqçi Fikrət Sideifzadə deyib.

O, 14-27 noyabr tarixlərində İtaliyanın Assizi şəhərində FIDE tərəfindən təşkil olunan dünya çempionatında iştirak edəcək. F.Sideifzadə yarışla bağlı təəssüratlarını bildirib:

“Uzun illərdən sonra yenidən şahmat oynamaq o qədər asan deyil. Bu illər ərzində məşqçiliklə məşğul olmuşam. Ona görə çempionatda ciddi çətinliklə üzləşmədim. Hərçənd kifayət qədər çətin partiyalar oldu. Lütfiyar Rüstəmov, Asəf Abdullayev çox yaxşı mübarizə nümayiş etdirdi. Yeganə xanım iştirakçımız Elmira Əliyeva dördüncü yeri tutmaqla yaxşı formada olduğunu göstərdi.

Əvvəlcədən elan olunduğu kimi, Azərbaycan Şahmat Federasiyası qalib şahmatçını və qadınlar arasında ən yaxşı nəticənin sahibini dünya çempionatına göndərəcək. Orada çox maraqlı və gərgin mübarizə gözləyirəm. Böyük fasilədən sonra yenidən qələbə uğrunda yarışmalıyıq. Dünya çempionatında iştirak etmək hər zaman xoşdur. Düşünürəm ki, bir qədər hazırlaşmağım yaxşı olardı. Dünya çempionatı barədə proqnoz vermək düzgün olmaz”.

Qeyd edək ki, beynəlxalq usta və SSSR-i idman ustası olan Fikrət Sideifzadə sovet dönəmində altı dəfə Azərbaycan çempionu olub. 1992-ci ildən isə məşqçilik fəaliyyətinə başlayan Sideifzadə Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə “Əməkdar məşqçi” və “Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adlarına layiq görülüb.

Digər xəbərlər

Saç salonunun rəhbəri jurnalist vəsiqəsiylə saxlanıldı - Foto
Şəmkirdə yol qəzası
"Mançester Yunayted" "Başakşehir"lə bacarmadı: III turun son nəticələri
"Kənd soveti deyir 200 manat, ya da bir quzu gətir, sənədlərini düzəldim-İDDİA/VİDEO
Rayondan gələn maşınlar postlardan belə qaytarılır - Video
Rusiya və Ermənistan XİN başçıları Qarabağ nizamlanmasını müzakirə edib
Ulduz metrostansiyası yaxınlığında yanğın başlayıb
Ukrayna Prezident Aparatı: “Zelenski Putinlə danışıqlar masasına oturmağa hazırdır”
Bu qəsəbədə kanalizasiya sistemi və marşrut xətti yoxdur - VİDEO
Ölkə üzrə neçə nəfər COVID-19 əleyhinə peyvənd olunub?
Moskvada azərbaycanlıların iştirakı ilə kütləvi dava - VİDEO
Su üstündə dava düşdü, 53 yaşlı kişi döyüldü
Bakıdan cəbhəyə yollanan müəllimlərin sayı açıqlandı
"Övladlarınızı səhnəyə buraxmayın" - Floradan sərt sözlər
Süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayı açıqlandı
İlham Əliyev: “İndi Şuşada su yoxdur, xətti sıradan çıxarıblar”
Əfqanıstana endirilən hava zərbəsi nəticəsində 18 nəfər həlak olub
Rusiya XİN: “Moskvadakı görüşdən sonra ümidlərimiz doğrulmadı”
Namiq Zeynalov həbs edildi
Deputat toylar və metronun açılması ilə bağlı danışdı - VİDEO
ABŞ və Rusiya qarşıdurması: Ukraynadan Qafqaza, Suriyadan Nigerədək –
Marketdə 33 yaşlı kişinin qabırğasını sındırdılar
Bakıda iş adamı başqasını xilas edərkən öldü
“Mənimlə bərabər 300-dən çox şəxsi işdən azad ediblər” - Açıqlama
Texnopark məhkəmə qərarını niyə icra etmir?
Şuşada necə otellər tikiləcək? - Prezident açıqladı
Məktəbə hücum olundu: 317 qız şagird qaçırıldı
Azərbaycanda ən çox hansı sosial şəbəkələrə maraq olub? - STATİSTİKA
“Azərsun” həyatımızı necə təhlükəyə atır... - VİDEOFAKT
Su Polisi intihar etmək istəyən şəxsi xilas etdi
{sape_links}{sape_article}