Son dəqiqə
21-06-2022, 11:38
342

Əliyev Özbəkistana gedir: Danışıqlar masasına qoyulacaq mövzular – TƏHLİL

Əliyev Özbəkistana gedir: Danışıqlar masasına qoyulacaq mövzular –
Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 21-22-də Özbəkistana səfər edəcəyi gözlənilir.

İlham Əliyevin özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə keçmişdə imzalanan sənədlərin yeni reallıqlara uyğunlaşdırılması kontekstində müzakirə aparacağını deyə bilərik.

Həmçinin ikitərəfli münasibətlər lövhəsində perspektiv üçün tərəfdaşlığı genişləndirmək mexanizmləri danışıqların mövzusu olacaq.

Öncəliklə, nəzərə almaq lazımdır ki, dövlətlər arasında ikitərəfli münasibətlərin inkişafına təkan verən amillərin başında iqtisadi əlaqələrin gücləndirilməsi dayanır.

Bakı-Daşkənd iqtisadi marşrutunda 2021-ci il üzrə ticarət dövriyyəsinin həcmi 20 milyon manatdan çox təşkil edib və amma ixrac-idxal balansında kəskin fərq mövcuddur.

Belə ki, ticarət dövriyyəsinin həcmində Özbəkistandan Azərbaycana idxal edilən mallar daha çoxdur, bunun dəyəri 2021-ci il üçün 17 milyon manatdan çox olub.

Azərbaycan isə Özbəkistana cəmi 3 milyon manatdan çox mal ixrac edib, indi isə ikitərəfli münasibətlərin gündəliyində ticarət dövriyyəsinin həcminin genişləndirilməsi ilə yanaşı idxal-ixrac balansındakı fərqin aradan götürülməsi də müzakirə mövzusu ola bilər.

İqtisadi münasibətlərdə boşalan bağların bərkidilməsi Mərkəzi Asiya uğrunda sürətlə böyüyən qlobal rəqabət fonunda dəyər qazanacaq bu regionda Türk Dövlətləri Təşkilatının maraqlarının güclənməsinə gətirib çıxaracaq.

Azərbaycanla Türkiyənin strateji müttəfiqlik müstəvisindəki birgə xarici siyasət xəttində Türk Dövlətləri Təşkilatının kollektiv hərbi güc yarada bilməsi planları var və İlham Əliyevin səfərində hərbi əməkdaşlıqda yeni səhifələrin açılması da müzakirə olunacaq.

Azərbaycanla Özbəkistanın münasibətlərinin strateji ruhu 2004-cü ildə imzalanan “Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında” Bəyannamədə öz əksini tapıb, hərçənd ki, indi onun təzələnməsinə və maddələrinə hərbi əməkdaşlıqla bağlı məsələlərin daxil edilməsi ehtiyacı da yaranır.

Azərbaycanla Özbəkistan xüsusi və hərbi daşınmaların, beynəlxalq nəqliyyat, telekommunikasiyalar və rabitənin təhlükəsizliyinin təmin edilməsində hüquqi bazaya sahibdir, ancaq bu münasibətlər hələ ki, özünün qədəmlərini hərbi sfera sahəsinə əhəmiyyətli dərəcədə keçirə bilməyib.

2018-ci ilin oktyabrında iki ölkə arasında Hərbi Əməkdaşlıq Planı imzalansa da, bunun sazişə çevrilməsi prosesi baş tutmayıb, bu baxımdan deyə bilərik ki, Əliyev-Mirziyoyev görüşündə həmin məsələ müzakirə predmeti olacaq.

Obyektivi bir az da böyütsək, geniş planda Azərbaycan-Özbəkistan əlaqələrinin dərinləşməsi Rusiya, Qərb və Çinlə münasibətlərdə tarazlaşdırıcı alternativ rolu oynayacaq.

Bu alternativlik Türkiyənin Mərkəzi Asiyada rolunu artırmasının fonunda Türk Dövlətləri Təşkilatının əhəmiyyətini çoxaldacaq.

Ankaranın formulu regionda qlobal təzyiqləri aşağı endirməklə paralel əlaqələri şaxələndirməkdən ibarətdir.

Azərbaycan-Özbəkistan münasibətlərindəki xoş hərarət həmin şaxələndirilmənin hərəkətverici qüvvəsinin bir detalına çevrilə bilər.

Türkiyə mexanizmi bu cür qurur:

- Mərkəzi Asiyada elm-təhsil, iqtisadiyyat sahələrinə sərmayəni artırır,

- Azərbaycanla birgə Türk Dövlətləri Təşkilatının maraq dairəsini Mərkəzi Asiya regionuna yönəldir,

- Bununla strateji maraqlarını təmin edir və regionda Rusiya, Çin və Qərbin tələblərinə qarşı balanslaşdırıcı amil kimi çıxır.

Əliyevin Özbəkistana səfəri kontekstində verə biləcəyimiz PROQNOZLAR:

Azərbaycanla Özbəkistanın əməkdaşlıq mətnində səhifələr çevriləcək. Bu, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edən yeni tezisləri formalaşdıracaq.

Türk Dövlətləri Təşkilatında Özbəkistanın hansı zəruri addımlar ata biləcəyi dəqiqləşdiriləcək və görüşün nəticələri barədə Türkiyə ilə fikir mübadiləsi aparılacaq.

Xəbərtv.info

Digər xəbərlər

Özəl şirkətlərin ölkəyə qazandırdığı gəlir həcmi açıqlandı - FOTO
Azərbaycan cəmiyyətində qadınların payı - STATİSTİKA
Müdafiə Nazirliyi döyüşlərə qatılmaq istəyən könüllülərə müraciət etdi
İcra başçısı koronavirusa yoluxdu - İcra Hakimiyyəti karantində
DİM-dən imtahan verəcək şəxslərə MÜRACİƏT
“AzerTelekom” rəhbərindən seçki təxribatı - FAKT
Azərbaycan Prezidenti: “Mən hesab edirəm, artıq hər kəs başa düşüb ki, dövlət məmuru nümunə olmalıdır”
Halil Sezai saxlanıldı
Kərim Babayevin bazarlarına görə gərgin vəziyyət
Ölkə üzrə neçə nəfər COVID-19 əleyhinə peyvənd olunub?
Adil Əliyev: Şərəf salnaməsi və Zəfər dastanı
Poliklinikanın baş həkimi Xəzər TV-nin xanım əməkdaşına hücum etdi
Ötən gün ölkədə heç kim vaksin olunmayıb
Milli Məclisin deputatı moldovalı biznesmenin qızını Bakıda evində gizlədir – VİDEO
Paşinyanın gizləndiyi yer məlum oldu
Türkiyə hərbçiləri Bakıda Qələbə paradında iştirak edəcək
Məşhur olmaq istədi, özünü YANDIRDI - VİDEO
Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb
Ermənistan MN-nin Hərbi Nəzarət Xidmətinin rəisi də istefa verib
Milli Məclisdə koronavirusla bağlı distant təhsilə dair təklif irəli sürülüb
Gürcüstan Baş naziri istefa verdi
Rəşad Sadıqov 50 min manat… - İdman camiəsi də yardıma başladı
Daha 2 məktəb distant tədrisə keçdi
Bu gündən Azərbaycan vətəndaşları Gürcüstana yeni qaydalarla gedə biləcək
Azərbaycan hərbçiləri Ağdamda erməni ailəsinə kömək etdi - VİDEO
Azərbaycanda tanınmış bankir daha bir vəzifədən İSTEFA VERİR - Eldar Mahmudovun yaxınıdır...
Bu rayonlarda iki gün qaz olmayacaq
Rusiyanın iki şəhərindən Lənkərana aviareyslər açılıb
Ağdamı tərk etmək istəməyən erməni əsgərlərinə xəbərdarlıq edildi - VİDEO
Pekində Azərbaycan və Rusiya prezidentləri arasında görüş olub
{sape_links}{sape_article}