Son dəqiqə
30-06-2022, 13:14
339

YDM-lərin bitməyən fırıldağı - həm cibə girirlər, həm də maşına ziyan vururlar

YDM-lərin bitməyən fırıldağı - həm cibə girirlər, həm də maşına ziyan vururlar
Ekspert: “Dövlət qurumlarının sərt tədbirlərinə ehtiyac var”

Uzun illərdir ölkəmizdə yanacaqdoldurma məntəqələrində (YDM) benzinin əskik vurulması, litrdə kələk gəlinməsinə dair iddialar, ittihamlar və faktlar var. Bugünlərdə bir vətəndaş video çəkib paylaşıb və buradan görünür ki, rəsmən 68 litr yanacaq çəni olan maşına 75 litr benzin doldurulur. Sürücü hələ öncədən çəndə də 5-6 litr benzin olduğunu bildirir.

Bu məsələyə dair illərdir danışılır, yazılır, ancaq problem qalmaqdadır. Həmçinin bəzi YDM-lərdə yanacağa əlavə maddələr (onlar benzindən çox ucuzdur, məsələn, sıxılmış maye qaz) qatırlar. Belə qənaət yaranır ki, bu məsələni rəqabət siyasəti ilə, ictimai qınaqla həll etmək mümkün olmur.

Nəqliyyat eksperti Eldəniz Cəfərov təsdiq edir ki, Azərbaycanda YDM-də benzinin az vurulması, keyfiyyətsiz olması ilə bağlı vətəndaşların çoxsaylı şikayətləri var: “Bu problemlər uzun illərdir mövcuddur. Vətəndaşlar YDM-dən hər hansı növ qabda, ”konistr" də benzin ala bilməzlər. Əməkdaşlar deyirlər ki, bu, qadağandır. Bu da əsaslı şübhələr yaradır, çünki qanunda belə qadağa ilə bağlı heç nə yoxdur. YDM əməkdaşının vətəndaşa benzin satmamaq hüququ yoxdur. Sadəcə, “plastik kanistr”lərin baqajda daşınması xüsusilə yay aylarında təhlükə yarada bilər. Vətəndaşın istənilən qablaşdırmada benzin almaq hüququ var. YDM əməkdaşlarının satışdan imtina etməsinin iki səbəbi ola bilər: ya satışda saxtakarlığa yol verilir, ya da vətəndaş benzini laboratoriyada yoxlatdırıb, keyfiyyətsiz olduğunu sübut edə bilər".

Ekspert qeyd etdi ki, problemin ictimai qınaq yolu ilə həll olunması mümkün deyil: “Dövlət qurumlarının sərt tədbirlərinə ehtiyac var. Eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsinə dair qanun mövcuddur. Bu qanuna əsaslanaraq bütün vətəndaşlara çağırış edirəm ki, YDM-də fırıldaqla üzləşdiklərinə dair şübhələri varsa, istədikləri qablaşdırmada 5-10 litr benzin alsınlar və çənə töksünlər. Başqa yolu yoxdur”.

Nəqliyyat eksperti Elməddin Muradlı mövzunu “Yeni Müsavat”a şərh edərkən YDM-lərdə sürücülərə qarşı fırıldaqları cinayət kimi dəyərləndirib: “İstehlakçının hüquqlarının pozulması, ona zərər vurulması cinayət əməlidir. Sürücülər aldadılır. 70 litrlik çənə 80-85 litr yanacaq vurulması iddialarını tez-tez eşidirik. Halbuki avtomobil YDM-ə qədər müəyyən miqdarda yanacaq sərf edir. Belə çıxır ki, hər litr üçün 2-5 faiz kəsinti var. Üstəlik, dərman qatmaqla, qaz vurmaqla və s. başqa üsullarla yanacağın keyfiyyətini aşağı salırlar. Nəticə etibarilə həm cibimizə girirlər, həm də avtomobilimizə ziyan vururlar. Aylar sonra mühərrikdə problem yarandıqda ustaya gedirik, usta da problemin yanacaq sistemi ilə bağlı olduğunu deyir”.

E.Muradlı yanacağın keyfiyyətsiz olmasının ekologiyaya da zərər vurduğunu qeyd etdi: “Yanacağın tərkibində oktan o səviyyədə olmalıdır ki, mühərrik onu rahat alışdıra bilsin. Əks halda, zəhərli qazlar daha çox ixrac olunur, nəticədə ətraf mühit çirklənməyə məruz qalır. Bakı şəhərində atmosfer çirklənməsinin 80%-i nəqliyyat vasitələri ilə bağlıdır. Bu da müxtəlif xəstəliklərə səbəb olur. Hesab edirəm ki, xüsusi xidmət, hüquq-mühafizə orqanlarının bu məsələyə diqqət yetirməsi məqsədəuyğun olar. Görünən odur ki, müvafiq qurumlar istehlakçıların hüquqlarını qoruya bilmir. Əvvəlki Sənaye və Energetika Nazirliyi az tanınan YDM-də reyd keçirmişdi. Halbuki problemlər böyük YDM-dədir: ”AZPETROL", “LUKOİL”, bəzən “SOCAR”ın YDM ilə bağlı da şikayətlər olur. Bu, insanlara qarşı məqsədli cinayətdir".

Ekspert vurğuladı ki, sadalananlar problemin görünən tərəfidir. Heç kimə güzəşt edilməməlidir, aidiyyəti qurumlar ciddi tədbirlər görməlidirlər.
(“Yeni Müsavat”)

Xəbərtv.info

Digər xəbərlər

Gürcüstanda koronavirusa yoluxanların sayı kəskin şəkildə artıb
Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi
YAP-ın rayon təşkilatının sədri vəfat etdi
Sabahın hava proqnozu AÇIQLANDI
190 manat yenidən veriləcəkak
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı işçi qrup yaradılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən küləkli hava ilə bağlı XƏBƏRDARLIQ
“Abidin Fərzəliyevin qanunsuz əməllərinin qurbanına çevrilmişəm”
Nazir əvəzi Şirəliyevdən qalma müavinlərə İNANMIR...
Bur tibb ocağı yox, qəssabxana imiş... - GİLEY
""Space"də oğlumu şəhid kimi təqdim etdilər, sonra dedilər ki, intihar edib" — FOTOREPORTAJ
Ermənistan millisindən biabırçı məğlubiyyət: Qapılarında 10 qol gördülər
Tural Abbaslı dənizi hasarlayanlara OD PÜSKÜRDÜ: -
Azərbaycanda vəzifəli şəxs vəfat etdi
“İnfiniti” və “Extra” gecə klublarının rəhbərləri saxlanıldı - VİDEO
Azərbaycanda daha 1151 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
“Neftçi” Emin Mahmudovu liqamızın ən çox qazanan yerli futbolçusu edir: Kapitan komandaya nə vaxt qoşulacaq?
Dövlət Komissiyasının katibi hospitalda olan erməni əsirlərə baş çəkdi - Fotolar
Kəmaləddin Heydərovun Bosniyadakı 40 milyon avroluq şirə zavodunun tikintisi tamamilə dayandırıla bilər
“Azərenerji” dənizdə böyük estakada tikir - VİDEO
Bakıda faciə: İşçilər öldü
Şuşada avtomobil qəzasında xəsarət alan hərbçi 13 gün sonra vəfat etdi
İlham Əliyev və Mehriban Əliyevanın Romada rəsmi qarşılanma mərasimi olub
Azərbaycanda məktəb direktoru koronavirusdan vəfat etdi
DİN: Hökməlidə hər hansı bir şəxsə qarşı fiziki təzyiq göstərilməyib
"Ərim gecə saat 4-də məni döyüb çılpaq halda küçəyə atdı" - Evdən qaçan 5 uşaq anası - FOTOLAR
Respublika Uşaq Kitabxanasında “ölü canlar“ – Büdcə necə talanır?
Bakıda tələbə qız faciəvi şəkildə öldü - FOTO
Ödənişli təhsil alanlara güzəşt ediləcək?
Vaşinqtonda atışma zamanı öldürülənlərin sayı 4-ə çatdı
{sape_links}{sape_article}