Son dəqiqə
4-07-2022, 10:43
278

Əhməd İsmayılovun narazılıq yaradan "media siyasəti"

Əhməd İsmayılovun narazılıq yaradan "media siyasəti"
Möhtərəm Prezident İlham Əliyev mediada islahatlar aparılması, müasir tələblərə cavvab verə bilən medianın formalaşdırılması üçün Media Agentliyini yaratdı. Yeni agentliyin rəhbərliyinə gənc hüquqşünas Əhməd İsmayılov təyin olunanda düşündük ki, bəli, media trollardan, həsənovçulardan, siyahı üzrə aylıq ənam alanlardan, qaranlıq mənbələrdən maliyyələşdirilən trol mediasından, siyahı üzrə tədbirlərdə başda oturnalardan, siyahı üzrə səfərlərə gəzməyə aparılanlardan təmizlənəcək, mediaya yeni baxış formalaşacaq. Amma əfsuslar olsun ki, gözləntilərimiz özünü doğrultmadı. Nə yeni agentliyin, nə də onun gənc rəhbərinin mediaya baxışı Əli Həsənovun dövründəki mediaya baxışdan heç nə ilə fərqlənmədi. Əli Həsənovun siyahısına cəmi bir neçə, amma yenə də oliqarx və məmur mediası əlavə olundu, vəssalam.

MEDİA artıq xeyli vaxtdır ki, saytlara və çap mediasına maliyyə ayırır. Amma baxaq görək həmin media qurumlarını kimlər təsis edib, haradan maliyyələşir və onların ümumiyyətlə dövlətin 3000-5000 manatına ehtiyacı varmı? Əgər onlara dövlətin vəsaitini “semiçka pulu” kimi verirsinizsə başqa məsələ, yox maliyyə dəstəyidirsə, qadan alım, onların sizin maliyyə dəstəyinə ehtiyacı yoxdur. Aylıq ofis icarəsi elə 5000 manat olan media qurumu neynir sizin 3000 manatı? Maliyyə ayrılan saytlar arasında elələri var ki, kiçik bir sorğu keçirək, heç adını eşidən olmayıb, tanımırlar. Amma 10 ildən çoxdur dövlətçiliyə xidmət edən Yenilik.Az saytı hələ də kənarda qalıb. Vaxtilə qaragüruh və radikal müxalifəti təmsil etdiyinə görə tənqid etdiyimiz adamlar mövqeyini dəyişdi, kimi mandat sahibi oldu, kimisi var-dövlət, onlara münasibət dəyişdi, amma bizə qarşı olan ayrı-seçkilik Əli Həsənovun vaxtında olduğu kimi tam gücü ilə davam edir. Budurmu sizin media siyasətiniz, hörmətli MEDİA rəhbərliyi və hörmətli Əhməd İsmayılov? Bu cürmü möhtərəm Prezidentin siyasətini və tapşırıqlarını həyata keçirirsiniz? Maliyyə vəsaiti o yana qalsın, təlimləri kimin üçün keçirirsiniz? Ancaq bir qrup media qurumu üçün. Bununla bağlı cənab Prezidentə də müraciət etdim və o zaman sizinlə çalışan, indi isə artıq sabiq əməkdaşınız olan Rüstəm müəllim zəng etdi, xeyli danışdıq və iradlarımın nəzərə alınacağını bildirdi, amma hələ də MEDİA-da “köhnə hamam, köhnə tas”dır. Rüstəm müəllim də daha ordan çıxıb, əslində düz edib. Haqsızlığa şərik olmasa yaxşıdır. Çünki vaxt gələcək bu haqsızlıqları edənlər də qanun qarşısında cavab verəcəklər. İşğaldan azad olunmuş torpaqlarımıza səfər olur, ancaq bəlli qrup həmişəki kimi “harda aş var, orda baş”dır, bir neçə nəfər də kimdən ehtiyat edirlərsə, onun adını da salırlar siyahıya, aparırlar səfərə, təlim keçirilir, şəkillərə baxırsan ki, bəlkə məlum simalardan bu dəfə kimsə əskik olar, amma görürsən ki, xeyr, onsuz, ya da onun təmsilçisi olmasa tədbir olmaz, maliyyə ayrılır, baxırsan, düşünürsən ki, yox bu dəfə heç olmasa obyektivlik olar, 100 minlik maşın sürənin, milyonluq villada yaşayanın saytına da 3000 verməzlər, o pulu həqiqətən maliyyə dəstəyinə ehtiyacı olan, kabab iyinə gələnlərdən fərqli olaraq əvvəldən dövlətçiliyə xidmət edənlərin rəhbərlik etdiyi media qurumlarına ayırarlar, amma yenə də əfsus ki, siyahı məlum adlarla tamamlanır, sanki aksiomadır, kimin pulu varsa maliyyə də ona verilir.

Biz KİVDF-nin ləğv olunmasını, Ə-Həsənov-V.Səfərli cütlüyünün mediaya qarşı ayrıseçkilik siyasətinə son qoyulmasını arzulayanda belə olacağını düşünmürdük, hörmətli MEDİA və hörmətli Əhməd İsmayılov! Biz düşünürdük ki, oliqarxların, bəzi məmurların və deputatların mediası kənara çəkiləcək, əsl müstəqil mediaya yaşıl işıq yandırılacaq. Çünki onların onsuz da məmur ağası var, onlara ofis də ayırıb, aylığını da verir. Hər halda biz də bu cameənin içindəyik, yaxşı bilirik ki, kim hansı havaya, hansı qiymətə oynayır. Bir gün gələr hər şey üzə çıxacaq, onda artıq gec olacaq. Heç kimin ahını almaq olmaz. Vaxtilə Ə.Həsənov və V.Səfərli də möhtərəm Prezidentin jurnalistlər üçün tikdirdiyi evləri öz bildikləri kimi pay-püş edəndə, maliyyə vəsaitlərini kefləri istəyən kimi ayıranda, tədbirlərə də özlərinıə yaxın bildikləri adamları dəvət edəndə bizim əllərimiz göydə idi, çünki bizi yerdə eşitməyə qoymurdular, yazdıqlarımıza cavab verilmirdi, imkan verilmirdi yazdıqlarımız gedib ünvanına çatsın, bu gün də bir az fərqlidir, sizdən Prezidentə etdiyimiz şikayətlər yenə sizə göndərilir və nəticəsiz qalır. Siz yenə də bizim ahımızı almaqda belə davam edin, pulu olana pul ayırın, tədbirlərdə başda oturdun, avtobusa mindirib azad olunmuş torpaqlara aparın, ayrı-seçkilik edin, amma gün gələcək inşAllah biz sizin xəbərlərinizi heç bir ayrı-seçkilik etmədən manşetdən verəcəyik. Sağlıq olsun.
(Yenilik.az)

Xəbərtv.info

Digər xəbərlər

İlham Əliyev Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi
“Zəfər” ordeninin statusu məlum oldu
Bakıda iki qızı vəhşicəsinə döyüb yola atdılar
Sabah YAP MSK üzvlüyünə namizədlərini müəyyənləşdirəcək
Erməni silahlılar Bəyanatdan sonra Qarabağa gəlib - FAKT
ŞÖBƏ RƏİSİ GÜNAHI GENERALA, O DA QARALOVA ATDI -
Vüqar Bayramov qardaşının həbsindən DANIŞDI
Qayınana hadisə yerində, qayınata isə xəstəxanada öldü: Prokurorluq dəhşətli cinayət barədə məlumat yaydı
İyulun 15-nə olan hava proqnozu
Rafiq Bayramovla Zakir Sultanovun da həbs müddəti uzadıldı
Xəzərdə zəlzələ oldu
“Ayaks” çempionluq kubokunu əridib
Şuşa şəhərinə içməli suyun verilməsinə başlanıldı - FOTOLAR
DTX açıqladı: Neftçaladakı əməliyatda kimlər tutuldu... - Adlar və vəzifələr/Video
Azərbaycanda general qardaşının özünü ürəyindən güllələməsi ilə bağlı cinayət işi açıldı
Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi keçirilib
Sabah 25 dərəcə isti olacaq
Bakıda vəkil intihar etdi
Saleh Məmmədovun işçisindən ŞOK AÇIQLAMA
Model dəfilə zamanı podiumda yıxılıb öldü - Video
"Kiyevdə 50-yə yaxın səfirlik fəaliyyətini bərpa edir" - Zelenski
Rəsmi iş yeri olmayanlar ömürlük kirayədə qalacaq? -
`QARA MASKALI`lar SDU rektorunun QAPISINI DÖYƏCƏKMİ? -
Zaur Mikayılov kollektivə təqdim edildi
MİDA yeni BAZARLIĞA HAZIRLAŞIR... - Əliniz cibinizdə olsun...
Xudatda narkotik satışına görə iki nəfər TUTULDU
Prezident işdən çıxarılan icra başçılarından danışdı
İpoteka və Kredit Zəmanət Fondundan kirayə mənzillərlə bağlı MÜHÜM AÇIQLAMA
Sakinlər su problemi ilə bağlı yolu bağlamağa cəhd etdi: Saxlanılanlar var
Novxanıda gənclər və yeniyetmələr arasında narkotiki təbliğ edən şəxs saxlanılıb - FOTO - VİDEO
{sape_links}{sape_article}