Son dəqiqə
5-07-2022, 12:21
353

“İrəvanda İstanbula aviabiletin qiyməti 50 avrodur, qalib dövlətdə 500 manat...” - ETİRAZ

“İrəvanda İstanbula aviabiletin qiyməti 50 avrodur, qalib dövlətdə 500 manat...” -
Azərbaycanın qəfildən Naxçıvan ərazisində İrana və Türkiyəyə quru sərhədlərini bağlaması vətəndaşların ciddi narazılığına səbəb olub. Bəziləri bunu Türkiyədə meymunçiçəyi xəstəliyinin qeydə alınması ilə əlaqələndirib, digərləri qərarın siyasi məqsəd güdməsi qənaətindədir.

Əsas məsələ budur ki, təkcə Türkiyədə 26 mindən çox azərbaycanlı tələbə təhsil alır və hazırkı yay tətilində onların ölkəyə qayıdışı problemə çevrilib. Xəbərtv.info-nun məlumatına görə, Yenisabah.az-a açıqlamasında araşdırmaçı-jurnalist Əvəz Zeynallı bildirib ki, Azərbaycan təcili olaraq quru sərhədlərini açmalıdır:

“DSX bir müddət əvvəl vətəndaşların sərhəd buraxılış məntəqələrindən keçidinin Nazirlər Kabinetinin 20 iyun 2022-ci il tarixli 232 nömrəli qərarına uyğun olaraq həyata keçirdiyini açıqlamışdı. Həmin qərara əsasən, 2022-ci il 1 sentyabr saat 06:00-dək yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü nəqliyyatla giriş-çıxışın dayandırılması qüvvədə qalırdı. Bununla belə, Naxçıvandan Türkiyəyə giriş-çıxış mümkün idi.

Sərhədin bağlanmasına görə hazırda Türkiyədə təhsil alan azərbaycanlı tələbələr ölkəyə daxil ola bilmir. Buna qədər Naxçıvan, Gürcüstan vasitəsilə, həm də həddindən artıq ucuz qiymətə tələbələr ölkəyə daxil ola bilirdi.

Azərbaycan vasitəsilə giriş-çıxış, daha doğrusu, təyyarə bileti 500-800 manat civarındadır. Bu, çox bahadır. Odur ki, məsələ hazırda ölkənin ən mühüm problemidir və ən böyük zərbə azərbaycanlı tələbələrə dəyir”.

Ə. Zeynallı son quru sərhəd-keçid məntəqəsinin bağlanmasına dair iddialara da münasibət bildirib:

“Sərhədlərin bağlanmasıyla bağlı bir neçə ehtimal irəli sürülür. Ən çox diqqət mərkəzində olan siyasi motivdir. Bəziləri bunu Azərbaycanın hərbi əməliyyatlar keçirmə planı ilə əlaqələndirirlər. Gümana görə, sərhədlər açılacağı təqdirdə təxribatçıların ölkəyə gəlişi baş tuta bilər.

Bunun baş verməsi mümkün ehtimal olsa da, şəxsən mən ciddi arqument hesab etmirəm.

İstənilən ehtimaldan asılı olmayaraq, tələbələrin ölkəyə girişi asandlaşdırılmalıdır”.

“Əslində, Cahangir Əsgərovun dövlət içində dövlətə çevrilməsi baş verir. AZAL dünyanın ən bahalı şirkətidir. Təsəvvür edin, Ermənistanla Türkiyə sərhədləri bu gün-sabah açılır. İrəvandan İstanbula aviabiletin qiyməti 50 avrodur. Amma qalib dövlətin aviabileti 500 manat. Dövlət bunu düşünməli və bilet qiymətlərini minimuma endirməlidir.

Gürcüstana belə aviabiletlərin qiyməti ucuz idi. Onu da 400 manat etdilər. Odur ki, AZAL-ın inhisarçı mövqeyinə son qoyulmalıdır”.

Digər xəbərlər

DİN-dən “Nida”çı gəncin saxlanılması ilə bağlı açıqlama
Bu gündən I sinfə qəbulla bağlı məktəb seçimi prosesinə başlanılır
Şamaxının Quşçu kənd sakinlərindən Prezidentə müraciət
Rusiya sülhməramlıları Xankəndiyə daxil oldu
Prezidentin Köməkçisi: “Paşinyan Səddam Hüseynin taktikasını təkrarlayır” - FOTO
Bu proqramları telefonunuzdan təcili silin...
Bu günün hava proqnozu
4 min manata satılmış bələdiyyə sədrliyinin təfərrüatları
Azərbaycan nefti ucuzlaşıb
BÖYÜK QƏLƏBƏ: Rusiyanın bütün hərbi gəmiləri Ukrayna sahillərindən uzaqlaşdı
Kömür mədənində qəza
Paşinyan reytinqdə sabiqləri geridə qoydu - RƏQƏMLƏR
İranda 11 deputat koronavirusa yoluxub
Kəlbəcərin Almalıq kəndindən görüntülər - VİDEO
Türkiyədə fransız qadın terrorçu saxlanıldı
Azərbaycanda gəncə dəhşətli sürpriz - VİDEO
İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlığı verdi
Toylar da təxirə salınacaq? - VİDEO
Bakıda qəzalı vəziyyətdə olan məktəb bağlanıb - Fotolar
ABŞ-ın məşhur supermarketlər şəbəkəsində Azərbaycan bayrağı asılıb
Prezident: “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq!”
"Prostokvaşinonun qayıdışı" cizgi filminin yeni seriyası "YouTube" kanalında
Azərbaycanda futbolçu dəhşətli qəzada öldü - FOTO
Qusarda toy mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Nazir icra başçısının oğluna yüksək vəzifə verdi -
Erməni döyüşçü: "Deyirlər ki, 1500 erməni əsgəri 5-6 Azərbaycan əsgərinin qarşısından qaçdı. Bəli, qaçırdıq"
Günün qoroskopu - 25.11.2019
Bakıya sərnişin daşımaq istəyirdi, həbs olundu - Foto
Tofiq Yaqublunun azadlığa buraxılmasına dair vəsatət verildi
Elmar Vəliyev ağlını itirib?
{sape_links}{sape_article}