Son dəqiqə
5-07-2022, 16:09
291

Bakı metrosunda qatarların yubanması nə ilə əlaqədardır?

Bakı metrosunda qatarların yubanması nə ilə əlaqədardır?
“Bakı metropoliteninin xətlərinin ayrılması tam başa çatdıqdan sonra qatarların hərəkət qrafiki tam fərqli qaydada təşkil olunacaq”.

Bunu “Report”a açıqlamasında son zamanlar qatarların yubanması ilə bağlı sərnişinlərin iddialarına aydınlıq gətirən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, metronun elektrik deposunun xəttin ortasında yerləşməsi və iki xəttə xidmət etməsi qatarların müəyyən stansiyalara vaxtında çatmasına mane olur:

“Bəzən sərnişinlərin gecikmə dedikləri 1-3 dəqiqəlik yubanmalar olur. Ümumiyyətlə, metro nəqliyyatı sistemində qatarın 1 dəqiqə yubanması ciddi nöqsan sayılmır. Belə yubanmaların olmasına səbəb elektrik deposunun xəttin ortasında qalmasıdır. Qatar xəttə qrafikə uyğun olaraq “Nərimanov” stansiyasından daxil olursa, bu o deməkdir ki, həmin vaxt “Həzi Aslanov-Ulduz” sahəsində interval elan edilmiş 2,5 dəqiqə deyil, daha çoxdur. Həmin vaxt sərnişin “Ulduz” stansiyasına qədər 4-5 dəqiqəlik interval gördükdə problem olduğunu zənn edir. Metronun “qırmızı” və “yaşıl” xətlərinin ayrılmasından sonra bu problem tam aradan qaldırılacaq.

Hazırda qatarların qrafikə uyğun hərəkət etməsi üçün elektrik deposu ilə yanaşı, zərurət yarandıqda, “Neftçilər” və “Memar Əcəmi” stansiyalarından ehtiyat qatarlar xəttə buraxılır. Bu səbəbdən də metro xətlərində hərəkət edən qatarların yubanması deyilən, əslində intervalın daha artıq olması halları daha çox “Memar Əcəmi” və “Neftçilər” stansiyalarından sonrakı sahələrdə (“Nəsimi-Dərnəgül” və “Xalqlar dostluğu-Əhmədli”) baş verə bilər”.

“Bakı Metropoliteni” sözçüsü əlavə edib ki, Bakının Baş Planı təsdiq olunduqdan sonra metronun xətlərinin ayrılması ilə bağlı məsələlər də konkretləşəcək.

B.Məmmədov həmçinin nasaz qatarların xəttə çıxarılması ilə bağlı iddialara da aydınlıq gətirib:

“Jurnalist həmkarlarımız, yaxud sərnişinlər tərəfindən qatarlarda nasazlıqla bağlı göndərilən bütün məlumatlar xüsusi həssaslıqla araşdırılır. Amma bəzən bu iddialar əksini tapmır. Stansiyalarda sərnişinlərin təhlükəsizliyi baxımından qatarlardan düşürülməsi və qatarın yoxlama üçün depoya göndərilməsi zamanı bir sıra hallarda nasazlıq aşkar edilmir. Əlbəttə, nasazlıqların yaranmadığını iddia etmək doğru olmaz və bu hallar ictimaiyyətdən gizli saxlanılmır. Zəruri hallarda ətraflı izahat verilir və səbəbləri bildirilir.

Son bir neçə halda yeni nəsil və yaxud modernləşdirilmiş qatarların stansiyalarda olarkən qapıları ilə bağlı problemlər yaranıb və araşdırmalar nəticəsində bunun sərnişin müdaxiləsi nəticəsində baş verdiyi aydınlaşıb. Onu qeyd edim ki, Bakı metropoliteninin xətlərində hərəkət edən 19 ədəd yeni nəsil qatar ən müasir standartlara cavab verir və burada təhlükəsizlik tələbləri maksimum nəzərə alınıb. Bəzən bilərəkdən, əksər hallarda isə sərnişinlərin bilməyərəkdən qapılarla ehtiyatsız davranmaları belə hallara gətirib çıxarır”.

Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə Bakı metrosunda qatarların hərəkəti ilə bağlı sərnişinlər tərəfindən çəkilmiş görüntülər tez-tez yayılır. Sosial şəbəkə istifadəçiləri ya qatarların qrafikdən 3-5 dəqiqə gecikməsi, ya da nasazlıq səbəbindən qatarların stansiyalarda boşaldılmasını iddia edirlər.

Əlavə edək ki, “Bakı Metropoliteni” QSC-nin balansında 315 vaqon, yaxud 63 qatar var ki, onların da 95 vaqon, yaxud 19 qatar kondisionerlə təmin edilmiş yeni nəsil qatarlardır. Gün ərzində isə xəttə 40-45 arası qatar çıxarılır.

Xəbərtv.info

Digər xəbərlər

DİN-dən “Nida”çı gəncin saxlanılması ilə bağlı açıqlama
Bu gündən I sinfə qəbulla bağlı məktəb seçimi prosesinə başlanılır
Şamaxının Quşçu kənd sakinlərindən Prezidentə müraciət
Rusiya sülhməramlıları Xankəndiyə daxil oldu
Prezidentin Köməkçisi: “Paşinyan Səddam Hüseynin taktikasını təkrarlayır” - FOTO
Bu proqramları telefonunuzdan təcili silin...
Bu günün hava proqnozu
4 min manata satılmış bələdiyyə sədrliyinin təfərrüatları
Azərbaycan nefti ucuzlaşıb
BÖYÜK QƏLƏBƏ: Rusiyanın bütün hərbi gəmiləri Ukrayna sahillərindən uzaqlaşdı
Kömür mədənində qəza
Paşinyan reytinqdə sabiqləri geridə qoydu - RƏQƏMLƏR
İranda 11 deputat koronavirusa yoluxub
Kəlbəcərin Almalıq kəndindən görüntülər - VİDEO
Türkiyədə fransız qadın terrorçu saxlanıldı
Azərbaycanda gəncə dəhşətli sürpriz - VİDEO
İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlığı verdi
Toylar da təxirə salınacaq? - VİDEO
Bakıda qəzalı vəziyyətdə olan məktəb bağlanıb - Fotolar
ABŞ-ın məşhur supermarketlər şəbəkəsində Azərbaycan bayrağı asılıb
Prezident: “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq!”
"Prostokvaşinonun qayıdışı" cizgi filminin yeni seriyası "YouTube" kanalında
Azərbaycanda futbolçu dəhşətli qəzada öldü - FOTO
Qusarda toy mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Nazir icra başçısının oğluna yüksək vəzifə verdi -
Erməni döyüşçü: "Deyirlər ki, 1500 erməni əsgəri 5-6 Azərbaycan əsgərinin qarşısından qaçdı. Bəli, qaçırdıq"
Günün qoroskopu - 25.11.2019
Bakıya sərnişin daşımaq istəyirdi, həbs olundu - Foto
Tofiq Yaqublunun azadlığa buraxılmasına dair vəsatət verildi
Elmar Vəliyev ağlını itirib?
{sape_links}{sape_article}