Son dəqiqə
6-07-2022, 13:29
354

"Yeni Müsavat"ın baş redaktoru İSTEFA VERDİ

"Yeni Müsavat"ın baş redaktoru İSTEFA VERDİ
“Yeni Müsavat" qəzetinin baş redaktoru Azər Ayxan tutduğu vəzifədən istefa verib.

Modern.az-ın məlumatına görə, bu barədə Azər Ayxanın özü bildirib:

“"Yeni Müsavat" Media Qrupu ilə yollarımı ayırdım. "Yeni Müsavat"ın baş redaktoru vəzifəsindən istefa verdim.
Bəzən yaranan fikir ayrılıqları, mübahisələr bir tərəfin getməsi ilə daha asan həllini tapır. Qalıb dirəşmək, üz-göz olmaq çıxış yolu deyil. Əksinə, bu, durumu daha da gərginləşdirir. Anlaşa bilmirsənsə, uzaqlaşacaqsan. Yanlış qərarların verilməsinin qarşısını ala bilmirsənsə, yapacaq bir şey qalmır - gedəcəksən. Əlverişiz mənəvi-psixoloji mühit insanı usandırır, enerjisini alır və yorur.

Maddi itkilərə rəğmən imtina edə bilmək və zamanında çəkilmək insanı ərdəmli qılar, hörmətli tutar. Ən əsas, öz gözündə yüksəldər.

Bir müddət istirahət edəcəm. Sonrasına sonra baxacağıq”.
Qeyd edək ki, Azər Ayxan "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlunun qardaşıdır. O, uzun illərdi ki, bu qəzetin rəhbərliyində çalışırdı.
Azər Ayxan “Yeni Müsavat” qəzetindən əvvəl “7 Gün” və “Müxalifət” qəzetlərində çalışıb. 2005-ci ilin yanvarında “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini təyin olunub. Daha sonra "Yeni Müsavat" Media Qrupunun rəhbəri tərəfindən baş redaktor vəzifəsinə gətirilib.
A.Ayxan 2015-ci ildə Müsavat Partiyasının üzvülüyündən də istefa verib. O, ölkə başçısının sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adı alıb.

Xəbərtv.info

Digər xəbərlər

Gürcüstanın səhiyyə naziri istefa verdi
Millət vəkili Yevda Abramov dünyasını dəyişdi
"Məni həbs etdirən generalın adını tezliklə açıqlayacam" - Kamil Zeynallı
Narkotiklərin satışını həyata keçirən 28 nəfər saxlanıldı
Sabiq deputat "Yeni Müsavat”ı məhkəməyə verdi
Deputat: “Dayanmadan “çakkaçak” çəkib qaçırlar”
Türkiyədə sərtləşmə ilə bağlı yeni qərar elan olundu
Qalmaqallı direktor 67 müəllimi işdən çıxardı
“Partlayışdan sonra Livandakı erməni ailələri Şuşada məskunlaşdırılır”
GORANBOYDA QAZİNİ DÖYƏN İCRA HAKİMİYYƏTİ İŞÇİSİNƏ VƏZİFƏ VERİLDİ
Təhsil naziri şagird və valideynlərə videomüraciət edib
Məhv edilən düşmən texnikalarının nömrələrindən ibarət nəhəng lövhə hazırlandı
Azərbaycan Uruqvaya nota verdi
Sabah Bakıya qar yağacaq - PROQNOZ
CNN: “Putinin mayın 9-da rəsmi şəkildə müharibə elan etmək planının arxasında nə dayanır?”
Röya: Oğlumun bu hərəkətinə görə üzr istəyirəm
Xəlil Göyüşovu bu yaxınlarda “Qıl Körpüsü”ndən keçirdilər…
Sabirabadda büdcə pulları BELƏ YEYİLİR... - VİDEOFAKT
Rəcəbov yenə  Aronyanla qarşılaşacaq
Təltif olunanlar arasında Xudayar da var
Əməliyyatdan sonra ölən qadınla bağlı RƏSMİ AÇIQLAMA
Qazaxda gənc qadın intihara cəhd edib
Ağdamın mərkəzinə bayrağımız sancıldı - VİDEO
“Sülhməramlılar bunu etsə, ordumuz hərəkətə keçib Laçın dəhlizini bağlamalıdır”
Deputat: “Sülhməramlılar yerləşdiriləndən sonra gücü olanlar çevriliş niyyətinə düşdü”
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi başa çatır
“Keşlə” 10 futbolçu barədə qərar verdi
Oktyabrın 1-i doğulub elə həmin gün də şəhid olan Elvin...
Təhsil Nazirliyindən dərslikdə erməni bayrağının rənglərinin olması iddiası ilə bağlı AÇIQLAMA
TƏBİB-in sözçüsü koronavirusa yoluxub
{sape_links}{sape_article}