Son dəqiqə
7-07-2022, 14:42
363

SOCAR və “Özbəkneftqaz” Azərbaycanda birgə hasilat imkanlarını araşdırırlar

SOCAR və “Özbəkneftqaz” Azərbaycanda birgə hasilat imkanlarını araşdırırlar
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Özbəkneftqaz” şirkəti Azərbaycanda karbohidrogenlərin birgə kəşfiyyatı və hasilatı imkanlarını öyrənirlər.

“Report” Özbəkistanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, iyulun 5-də SOCAR nümayəndələri ilə keçirilən görüşdə qarşılıqlı faydalı əməkdaşlığın bir sıra istiqamətləri müzakirə olunub.

Tərəflər xüsusilə təcrübə mübadiləsi və kadr hazırlığı sahəsində fəal əməkdaşlıq edirlər.

Belə ki, 2021-ci ilin sentyabr ayında “Özbəkneftqaz”ın mütəxəssislərinin Azərbaycana işgüzar səfəri zamanı SOCAR-ın proqram modullarının mərhələli tətbiqi ilə resursların idarə edilməsi sistemini, dispetçer idarəetmə sistemini, işlərin avtomatlaşdırılması, istehsal proseslərinin monitorinqi və nəzarəti sahəsində həlləri öyrəniblər.

Hazırda karbohidrogenlərin qabaqcıl emalı sahəsində təlimlərin təşkili məqsədilə SOCAR mütəxəssislərinin “Özbəkneftqaz”ın qaz-kimya komplekslərinə səfəri planlaşdırılır.

Görüş zamanı SOCAR nümayəndələri “Özbəkneftqaz”ın 10 mütəxəssisini şirkətin müəssisələrində ixtisasartırma kurslarına qəbul etməyə və iki əməkdaşın SOCAR Ali Məktəbinin magistratura pilləsində təhsil alması üçün təqaüd ayırmağa hazır olduqlarını bəyan ediblər.

Müzakirələr zamanı Dubayda hər iki tərəfə yeni bazarlara daha fəal çıxmağa imkan verəcək treydinq evinin açılması üzrə işlərin intensivləşdirilməsi barədə razılıq əldə olunub.

Dövlət-özəl tərəfdaşlıq əsasında bərpa olunan enerjinin istehsalı üzrə iri layihələrin hazırlanması və həyata keçirilməsində SOCAR ilə təcrübə mübadiləsinin yaradılması, habelə müvafiq tenderlərin keçirilməsi barədə qərarlar qəbul edilib.

Xəbərtv.info

Digər xəbərlər

İlham Əliyev: “Üç daimi üzv kiçik, yoxsullaşmış Ermənistana təsir edə bilmir? Sadəcə, istəmədilər”
Faiq Ağayev “Eurovision”da
Azərbaycanda koronavirusa yoluxanların sayı 10 662-yə, ölənlərin sayı 126-ya çatıb, 5 948 nəfər sağalıb
"Yataq şəraitindədir. Ayağının hər ikisi qırılıb"
Düşmənin minaatanlarının Göyarxdakı atış nöqtələrinə zərbələr endirildi - Video
Azərbaycan istehsalı olan maskaların satışa çıxarılacağı vaxt açıqlandı
Vəzifəli şəxslər işğaldan azad edilmiş ərazidə qəzaya düşüb
Ərdoğan: “Türkiyə-Uels qarşılaşmasını İlham Əliyev qardaşımla birlikdə izləyəcəyik” - VİDEO
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Naftalan İcra başçısının sevimli şirkəti qalib oldu
ABŞ Rusiyaya qarşı sanksiya tətbiq edib
İlham Əliyev və Mehriban Əliyeva “Füzuli” yarımstansiyasının açılışında
Türkiyəli məşhur jurnalistə 28 ilə yaxın həbs cəzası verildi
Putin Azərbaycan və Ermənistan XİN rəhbərlərini Rusiyaya dəvət etdi
"Evim dağılıb, BAXAN YOXDUR, 130 azn pensiya alıram" - VİDEO
Messi və Suares Bekhemin klubunda birlikdə oynaya bilər
Bu şəhərə hansı adla qayıdacaqsan
“Azərsu”dövlətin milyonlarını belə oğurlayıb - İLGİNC FAKTLAR
Ondan xəbərsiz toya gedən işçisinə töhmət verən Mürsəl İbrahimov bu cinayətlərdən necə xəbərsiz olur?
Xətai rayonunun sabiq prokurorunun qaynı qətlə yetirildi
Şahmat üzrə Avropa çempionatı: Gülnar Məmmədova 5-ci yerə yüksəlib
Bakıda məşhur marketə basqın: İki nəfər bıçaqlandı
Aleksandr Lukaşenko Azərbaycana səfər edəcək
İlham Əliyev Moskvada keçirilən üçtərəfli görüşü bölgənin inkişafı üçün vacib adlandırıb
Saakaşvili Gürcüstanın baş naziri olmaq istəyir
Maştağada evinin zirzəmisində çətənə kolları yetişdirən şəxs tutulub -
Yanvarın 10-u Qazaxıstanda matəm günü elan edilib
Ermənistan XİN rəhbəri istefa verəcək - İDDİAsi
Yoluxanların sayı yenidən 1000-i ötdü: 10 nəfər vəfat etdi
Xocalı soyqrımını törədən erməni general öldü
{sape_links}{sape_article}