Son dəqiqə
7-07-2022, 15:15
299

“Şərurlu İsfəndiyar“ Nəcməddin Sadıqovun qaynının evini girov qoyub

“Şərurlu İsfəndiyar“ Nəcməddin Sadıqovun qaynının evini girov qoyub
Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəminli küçəsi, ev 106Q ünvanında yaşayan Elmir Məmməd oğlu Məhərrəmov "Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundovdan şikayətlənib, onun tərəfindən aldadıldığını və nəticədə külli miqdarda ziyana uğradığını bildirib.

Xəbərtv.info xəbər verir ki, bu barədə o Hurriyyet.az-a açıqlamasında deyib. Şikayətçi bildirib ki, 15 iyul 2012-ci il tarixdə "Şərur İnşaat"a Yasamal rayonunda tikintisini apardığı bina üçün 26 520 manat dəyərində şifer məhsulu versə də, bu günədək qeyd olunan məbləği ala bilmir:

"Bu məqsədlə dəfələrlə "Şərur İnşaat"ın rəhbəri İsfəndiyar Axundovun qəbulunda olmuşam, dayımla birlikdə bir neçə dəfə müraciət etmişik ki, kasıb adamam mənim pulumu qaytarın. O isə mənə girov kimi bir başqasının adına olan mənzilin sənədini təqdim edib və bildirib ki, pulu verəndə sənədi qaytararsız".

Elmir Məhərrəmovla söhbət əsnasında məlum oldu ki, "Şərurlu İsfəndiyar" tərəfindən girov qismində olan təqdim olunan mənzil müdafiə nazirinin sabiq birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Nəcməddin Sadıkovun qaynı Gərəyxan Abdullayeviç Gərəyxanovun adınadır:

"İsfəndiyar Axundov girov qismində mənzilin sənədini verdikdə dedi ki, 26520 manat borcu 2 ay ərzində ödəyəcək. Lakin üzərindən 10 il keçməsinə baxmayaraq, hələ də pulumu ondan ala bilmirəm. Onu da qeyd edim ki, İsfəndiyar Axundov borcu 2 ay müddətinə qaytaracağına dair söz verdikdən bir müddət sonra öyrəndim ki, girov qismində sənədi verilən mənzil Nəcməddin Sadıkovun qaynı Gərəyxan Abdullayeviç Gərəyxanovun adınadır.

Sahəsi 62 kvadratmetr olan həmin mənzil mənim şifer veridiyim binanın, daha dəqiq desəm, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xiyabani küçəsi 18 ünvanındakı 14 mərtəbəli yaşayış evinin 1-ci blokunun 5-ci mərtəbəsində yerləşir. Bir qədər sonra isə məlum oldu ki, həmin mənzili 4-5 nəfərə satıblar. Beləcə, İsfəndiyar Axundov bu günə kimi aldadaraq pulumu vermir. Deyir ki, hara gedirsiniz, kimə şikayət edirsinizsə edin, pulu verməyəcəm, arxamda prezident və baş prokuror durur".

"Şərurlu İsfəndiyar" tərəfindən hədə-qorxuya məruz qaldığını iddia edən Elmir Məhərrəmov məsələ ilə bağlı ölkə başçısı İlham Əliyevə və baş prokuror Kamran Əliyevə rəsmi qaydada məktubla müraciət etdiyini də bildirib:

"Lakin bunun da heç bir faydası olmayıb. Bu ilin may ayının 27-də isə Bakı şəhər prokurorunun qəbulunda olmuşam. O deyir ki, bu iş mülki məsələdir. Halbuki, İsfəndiyar Axundov aldatma, etibardan sui-istifadə yolu ilə pulumu alıb və hələ də qaytarmır. "Şərurlu İsfəndiyar" kimi şəxslər onun-bunun adından istifadə etməklə var-dövlət yiyəsi olub. Onun o qədər pulu var ki, hara gedirik bütün qanunverici orqanları susdurur".

Digər xəbərlər

Bakıda kütləvi dava olub
Sahibə Qafarova Macarıstana getdi
MN: Ermənistan ərazisinin atəşə tutulması xəbəri düşmənin növbəti təxribatıdır
Rafael Dadaşovun xəstəxanadan görüntüsü
Qarayevin dağıdığıcı tamahı, rüşvət piramidası... - Deputatdan naziri bitirəcək yazı
İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində iştirak edib -
Daha üç yaşayış məntəqəsi atəşə tutuldu
Özünə başdaşı düzəltdirən kişi həmin daşla küçəni gəzdi - FOTO
Azərbaycanda bir gündə 167 nəfər COVID-19-dan sağalıb, 124 nəfər yoluxub, 2 nəfər vəfat edib
Rüşvətlə əsgərləri arxa cəbhəyə keçirən polkovnik saxlanıldı
Gəncəyə leysan yağdı - VİDEO
Zəngilandan 301 milyon manat qanunsuz gəlir əldə edən isveçrəlilər beynəlxalq axtarışa verildi
Allahşükür Paşazadə: “Mixail Qorbaçov cəzasını almalıdır”
Sabah hava çiskinli olacaq
Xocavənd istiqamətində düşmənin yüksək vəzifəli şəxsləri məhv edildi - VİDEO
Bakıda Zəfər atəşfəşanlığı - VİDEO
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır
“Barselona” iki məşhur futbolçusunu sata bilər
19 yaşlı ananın körpəsi həkim səhlənkarlığından öldü
İlham Əliyev: “Sülhməramlılar mərkəzində Rusiya və Türkiyə zabitləri  fəaliyyət göstərəcək”
Qarabağda cəsədlərin dəyişdirilməsinə başlanılıb
Elmar Məmmədyarovun kadrları niyə “evdə oturub” istintaqın sonunu gözləyir? - İLGİNC
ABŞ-ın birinci xanımının aparat rəhbəri toqquşmalara görə istefa verdi
Bakının bu ərazisində su olmayacaq
Bakıda səkkiz nəfər yıxılaraq xəsarət alıb
Azərbaycanda I dərəcə müddətsiz əlillik təyin olunan 2127 nəfər barəsində araşdırma aparılıb
Müdafiə Nazirliyi Türkiyə - Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimindən görüntülər paylaşdı - VİDEO
Şəhid və qazi ailələrinə “YAŞAT kart” veriləcək
Gəncədə xilasetmə işləri yekunlaşdı
İdman zalları niyə açılmır? - VİDEO
{sape_links}{sape_article}