Son dəqiqə
11-07-2022, 21:22
282

Kabla Musadan Naxçıvana çeşmə qalıb, Vasif Talıbovdan nə qalacaq?

Kabla Musadan Naxçıvana çeşmə qalıb, Vasif Talıbovdan nə qalacaq?
Kabla Musa çeşməsi 120 ildən artıqdır ki, Naxçıvan camaatına xidmət göstərir.

Su, təbii ki, hər yerdə həyatın əsas mənbəyidir. Su olmayan yerdə həyat da yoxdur. Təbiəti, iqlimi etibarilə quraq zonada yerləşən Naxçıvanda isə suyun özgə bir dəyəri var. Buxarlanmanın yüksək dərəcədə olduğu Naxçıvanda ta qədimdən bəri yerli sakinlər suya olan tələbatlarını su anbarları, göllər, kəhrizlər vasitəsilə təmin ediblər. Naxçıvanda hazırda xeyirxah insanlar tərəfindən salınmış 500-ə qədər kəhrizin olduğu bildirilir. Onlardan biri də Kabla Musa çeşməsidir.

Xeyriyyəçi iş adamı Kabla Musa 1901-ci ildə Naxçıvan şəhərinin əsaslı su təminatını yaratmaq üçün 3 kilometr aralıdakı Şıxmahmud kəndinin yanında, Naxçıvan çayının sağ yatağında quyular qazdırıb şəhərə çeşmə çəkmək planını həyata keçirməyə başlayır. O dövrün ən təcrübəli, bacarıqlı kankanları ətrafına toplayan xeyriyyəçi, Şıxmahmudda azı 130-140 quyu qazdırır. Dərinliyi 30-35 metrə çatan bu quyuları yeraltı lağımlarla bir-birinə bağlayaraq şirin suyu öz axarı ilə şəhərə gətirə bilir. Bu işdə ən çətin məsələ o dövrdə lazımi alət və texniki vasitələr olmaması idi. Bu çətinlik bir-birindən 60-80 metr aralıda yerləşən quyuların yeraltı xətlərlə birləşdirilməsində ciddi problem yaradırdı. Balaca əl torbalarında uzun kəndir-sicimlərlə bu qədər torpağı yerin dərinliyindən qazıb-çıxaran kankanların işi, sözün əsl mənasında, böyük fədakarlıq idi. Səkkiz il sərasər 135-dək quyu qazılır və lağım vasitəsilə birləşdirilir. Külli miqdarda vəsait hesabına görülən bu iş 1909-cu ildə tamamlanır. Həmin il çeşmənin gözü açılır və Naxçıvan şəhərinin sakinləri tər-təmiz, sərin suyla təchiz olunurlar.

Kabla Musanın dövründən bu günə qədər 120 il keçir. Hələ də Naxçıvan sakinləri bu çeşmədən su götürərək Kabla Musanın ruhuna rəhmətlər oxuyurlar.

Naxçıvanın indiki “xan”ı Vasif Talıbovun zamanında isə Muxtar Respublikada cəmi 1 su anbarı – Vayxır gölü tikilərək təhvil verilib. Həmin su anbarının əsası isə 1980-ci illərdə sovet hakimiyyəti illərində qoyulub. SSRİ-nin dağılması ilə sözügedən layihə dayandırılıb. Sonra Heydər Əliyev tərəfindən 2002-ci ildə su anbarının tikintisi davam etdirilib. 2005-ci ildə İlham Əliyev tərəfindən açılıb. Yəni Vayxır gölünün belə, Vasif Talıbova az dəxli var. Daha doğrusu, heç bir dəxli yoxdur.

Bəs, Vasif Talıbov 25 illik hakimiyyəti ilə Naxçıvanlıların yaddaşında hansı əməlləri ilə qalacaq?

Son 25 ildə aparılan sistemli siyasət nəticəsində Naxçıvan insanları babalarından qalan su qaynaqlarından da məhrum olunublar. Vaxtilə Naxçıvan şəhərini içməli su ilə təchiz edən Uzunoba gölü plyaja çevrilib (Məşhur atalar sözündə deyildiyi kimi, "var idi hər yarağımız, çatmırdı plyaj darağımız"). Sirab, Cəhri, Qahab gölləri istifadəyə yarasız hala gətirilib. Vayxır gölü belə, Naxçıvan şəhərini içməli su ilə təchiz etdiyindən əkin sahələrinin suvarılması işində maksimum gücü ilə işləyə bilmir. Batabatın 3 göldən ikisinin bəndi xarab olduğundan onlar da əkin sahələrinin suvarılmasında öz missiyasını icra etmək gücündə deyil.

Bunlar azmış kimi, Kabla Musa çeşməsinin suyu da davamlı boş yerə axaraq havaya buxarlandırılır. Halbuki, bu suyu bir anbara toplayaraq, ondan daha verimli istifadə etmək olardı.

Azərbaycan prezidenti İlham Əliyev məhz bu amili nəzərə alıb Naxçıvanın su təminatını yaxşılaşdırmaq üçün hər il ölkə büdcəsindən milyonlarla manat vəsait ayırır. Naxçıvanda isə bu pulların haraya xərcləndiyini bilən yoxdur. Halbuki Kabla Musa öz adını daşıyan çeşməni dövlətin yox, şəxsi pulu ilə ərsəyə gətirmişdi.

Allah sənə rəhmət eləsin, Kabla Musa, yaman yerin görünür. (ovqat.com)

Xəbərtv.info

Digər xəbərlər

Saç salonunun rəhbəri jurnalist vəsiqəsiylə saxlanıldı - Foto
Şəmkirdə yol qəzası
"Mançester Yunayted" "Başakşehir"lə bacarmadı: III turun son nəticələri
"Kənd soveti deyir 200 manat, ya da bir quzu gətir, sənədlərini düzəldim-İDDİA/VİDEO
Rayondan gələn maşınlar postlardan belə qaytarılır - Video
Rusiya və Ermənistan XİN başçıları Qarabağ nizamlanmasını müzakirə edib
Ulduz metrostansiyası yaxınlığında yanğın başlayıb
Ukrayna Prezident Aparatı: “Zelenski Putinlə danışıqlar masasına oturmağa hazırdır”
Bu qəsəbədə kanalizasiya sistemi və marşrut xətti yoxdur - VİDEO
Ölkə üzrə neçə nəfər COVID-19 əleyhinə peyvənd olunub?
Moskvada azərbaycanlıların iştirakı ilə kütləvi dava - VİDEO
Su üstündə dava düşdü, 53 yaşlı kişi döyüldü
Bakıdan cəbhəyə yollanan müəllimlərin sayı açıqlandı
"Övladlarınızı səhnəyə buraxmayın" - Floradan sərt sözlər
Süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayı açıqlandı
İlham Əliyev: “İndi Şuşada su yoxdur, xətti sıradan çıxarıblar”
Əfqanıstana endirilən hava zərbəsi nəticəsində 18 nəfər həlak olub
Rusiya XİN: “Moskvadakı görüşdən sonra ümidlərimiz doğrulmadı”
Namiq Zeynalov həbs edildi
Deputat toylar və metronun açılması ilə bağlı danışdı - VİDEO
ABŞ və Rusiya qarşıdurması: Ukraynadan Qafqaza, Suriyadan Nigerədək –
Marketdə 33 yaşlı kişinin qabırğasını sındırdılar
Bakıda iş adamı başqasını xilas edərkən öldü
“Mənimlə bərabər 300-dən çox şəxsi işdən azad ediblər” - Açıqlama
Texnopark məhkəmə qərarını niyə icra etmir?
Şuşada necə otellər tikiləcək? - Prezident açıqladı
Məktəbə hücum olundu: 317 qız şagird qaçırıldı
Azərbaycanda ən çox hansı sosial şəbəkələrə maraq olub? - STATİSTİKA
“Azərsun” həyatımızı necə təhlükəyə atır... - VİDEOFAKT
Su Polisi intihar etmək istəyən şəxsi xilas etdi
{sape_links}{sape_article}