Son dəqiqə
14-07-2022, 10:48
347

Vidadi İsayevin qazi və şəhid ailələri ilə düşmənçiliyi var?

Vidadi İsayevin qazi və şəhid ailələri ilə düşmənçiliyi var?
Bərdə qazi və şəhid ailələri ilə bağlı ən gərgin ocaqlardan biri hesab olunur. Hətta bu şəhəri episentr və sosial partlayış üçün potensial bölgə də adlandırmaq olar.

Hərçənd qazilərlə bağlı proses Sabirabaddan başlayıb, lakin Anaxeber.info dəfələrlə faktlarla yazıb ki, Bərdə "barıt çəlləyi" nə oxşayır. Çünki rayon icra başçısı Vidadi İsayev həmişə şəhid ailəsini qapıdan qovub, aşağılayıb, rayonda şəhid məzarlarına laqeyd yanaşıb, 20 Yanvar guşəsini sökdürüb, onlarla qazi problemini dilə gətirsə də həll etməyib, sonuncu belə nümunə isə vaqonda yatan qazi olmuşdu, amma onu belə saymayıb, yəni kəsəsi, V. İsayevin fəaliyyəti daha çox qazi intiharlarına yol açıb, təhrik edib. Odur ki, Sabirabad hadisəsi bir presedent yaratdı və Bərdəyə sıçraması istisna deyil. Necə ki artıq Gəncədə qazi intihara cəhd edib. Bütün səbəblər isə icra hakimlərinin əməlləridir. Əldə etdiyimiz məlumata görə, V. İsayev Sabirabadda qazi Elvin Cəfərovun özünü yandırmasından sonra qorxuya düşüb. İddialara görə, İH rəhbəri müavinlərinə tapşırıb ki, bu aralar diqqətli işləsinlər, həssas olsunlar. Bərdə icra başçısı bu gərgin dövrü zərərsiz ötmək istəyir və indi müraciətləri qəbul edir. Əslində, V. İsayev qazi və şəhid ailələrinə, məcburi köçkünlərə kobud münasibəti ilə yadda qalıb. Hətta Laçından olan şəhid ailəsini qəbuldan qovmuş, sonra onu təhdid etmişdi. Bu günlərdə isə qazinin vaqonda yaşadığını deməsi, Bərdə şefinə etdiyi müraciətlərin nəticəsiz qaldığını söyləməsi sübut etdi ki, Qarabağ döyüşçülərindən kimsə özünü öldürəcək, yaxud yandıracaq. O baxımdan Sabirabad İH önündəki intihar Bərdə İH binası qarşısında hər an təkrarlana bilər. Ona görə hakimiyyət orqanları müvafiq araşdırma aparmalı, Bərdədə İsayevdən narazılıqların səbəblərini öyrənməlidir. Bu, dövlət üçün vacib eksperimentdir. Məmurlar və onlardan şikayətin ölçüsü müəyyən ediləndə, ictimai rəy üzə çıxarılanda idarəetmə də düzgün qurulur. Bərdədə idarəetmə bərbaddı, İsayev sanki səhv düşüb, əhali ilə maraqlanmır, aztəminatlı təbəqəni saymır, qazilərlə görüşmür, dərdlərini soruşmur. Nəticədə bax, intiharlar baş verir. Əgər başçı Bərdədə qaziləri çağırıb müzakirə aparsa, onlarla görüşdə məsələlər qaldırılsa, inanın həm gərginlik sovuşar, həm də dövlətin yükü azalar. Misal üçün Qarabağ qazisi Sadiq Əliyev Vətən uğrunda döyüşməsinin "mükafatı" olaraq Bərdə rayonunda yük vaqonunda yaşamağa məhkum olub. Döyüşlər zamanı iki dəfə yaralanmış qazi ilə Vidadi İsayev görüşüb danışsa, necə ciddi hörmət qazanmış olar. Axı bu harınlıq, müştəbehlik hardan qaynaqlanır? Hakimiyyət İsayevi niyə 10 ildən çoxdur ki, vəzifədə saxlayır? Hansısa keyfiyyətinə və fəaliyyətinə görə? Madam ki, bir başçıdan bu qədər şikayət gəlir, onu əvəzləmək çoxmu çətindir?! Ümumiyyətlə, Bərdədə elə bir qazi görməzsiniz ki, icra başçısından dəstək görsün. Onun hansısa qazi və şəhid ailəsi ilə xatirə fotosu belə yoxdur. Bütün bunlar İsayevin biganə məmur olmasından irəli gəlir. Başçı rayonda hansısa ünvanda hansı obyektinin olduğunu yadda saxlaya bilir, amma bir şəhid evi, bir qazi qapısı tanımır. Odur ki, hakimiyyət Bərdə başda olmaqla bir çox rayonları silkələməlidir.

Xəbərtv.info

Digər xəbərlər

Alim Qasımovun kürəkəninin məhkəməsində polis əməkdaşı ifadə verib
Cahangir Əsgərova heç kimin gücü çatmır - deputatdan BƏYANAT
Qurban Qurbanovun səhhətində problem yaranıb
Sənubər İsgəndərli Operativ Qərargahın bu qərarına etiraz etdi
Türkiyəli deputat: "Ən qısa zamanda əsgərlərimiz Qarabağda olacaqlar”.
Bakıda restoranda toy edənlər saxlanıldı - VİDEO
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan iki erməni hərbçisini beynəlxalq axtarışa verdi
Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər keçirilib, 25 Nepal vətəndaşı saxlanılıb -
Bu dairədə toqquşan milyonçu oğlu və məmur oğlu geri çəkildi - İLGİNC GƏLİŞMƏ
Bazarda saxta brendlər: Yağ adına nə alırıq?
Çingiz Əsgərov Ali Məhkəmənin sədr müavini təyin edildi
190 manata görə qeydiyyatdan keçənlərin nəzərinə - VİDEO
Marketə oğurluğa girdi, sahibi ilə qarşılaşdı - Əlbəyaxa davanın videosu
Ərdoğan ABŞ-ı terrorçuları dəstəkləməkdə ittiham etdi
Fazil Məmmədovun köməkçisi beynəlxalq axtarışa verildi
Düşmənin çoxlu sayda hərbi texnikası məhv edildi - SİYAHI
“Space”ə yeni rəhbər təyin olundu - FOTO
“Hər gün uşaq dərsə gedəndə məktəb uçacaq deyə qorxuruq” - Fotolar
“Ölkəyə ucuz, amma keyfiyyətli dərman preparatlarının gətirilməsi firmalara sərf etmir”
Neftin qiyməti cüzi azalıb
Gülbahar Şükürlünün vəziyyəti pisləşdi - Heç kimi tanımır
İran hərbi bazasının partlayışdan sonrakı görüntüləri yayıldı
Sabah güclü külək olacaq - Xəbərdarlıq
Gürcüstandan Azərbaycana gizli yolla tibbi ləvazimatlar gətirən şəxs saxlanılıb
Parlament qələbə münasibətilə orden və medalların təsis olunması barədə layihəni II oxunuşda qəbul etdi
Mehriban Əliyeva Cəbrayıla edilən səfərdən video paylaşdı
Erməni təcavüzü nəticəsində ziyan dəymiş 6 mindən çox ailəyə yardım ediləcək
Azərbaycanda kart məlumatlarının oğurlanması ilə bağlı XƏBƏRDARLIQ
Yaralı qazilərdən etiraz: “Bizi xəstəxanadan çıxarmaq istəyirlər”
{sape_links}{sape_article}