Son dəqiqə
14-07-2022, 12:11
506

Qulu Məhərrəmli Mirşahini və telekanal rəhbərlərini debata çağırdı - VİDEO

Qulu Məhərrəmli Mirşahini və telekanal rəhbərlərini debata çağırdı - VİDEO
Tanınmış jurnalist Mirşahin Ağayev müəllif və aparıcısı olduğu “Mirşahinin vaxtı” verilişində bir sıra telekanalları sərt tənqid edib.

Aparıcı son zamanlar Azərbaycan teleməkanında inkişaf meyillərinin olduğunu, AzTV-nin, İTV-nin, ARB-24-ün timsalında müsbət dəyişikliklərin müşahidə olunduğunu, lakin qalan bir neçə kanalın ictimai zövqü korladıqlarını vurğulayıb: "Məndə olan dəqiq məlumatlara görə, bu kanalların rəhbərləri Prezident Administrasiyasına çağırılıb, onlara ən kəskin şəkildə iradlar bildirilib. Hətta bəzi verilişlərin oyunbazlıq məkanına, pul yığımı məntəqəsinə çevrilməsi, sonra da yığılan vəsaitin dəllallar arasında bölünməsi, bununla da bütün ölkə ictimaiyyətini aldatmaq, təhqir etmək kimi halların olduğu sərt şəkildə kanal rəhbərlərinə çatdırılıb. Məndə məsələnin hüquq-mühafizə müstəvisində araşdırma perspektivinin olması barəsində də məlumatlar var".

Mirşahin Ağayevin bu ittihamlarına reaksiya özünü çox gözlətmədi.

ATV prezidenti Azər Xəlilov sosial şəbəkədə Mirşahinə cavab verdi. Ardınca məsələ ilə bağlı ATV və ARB rəhbərliyi birgə bəyanat yayıb, Mirşahinin "bəzi verilişlərin oyunbazlıq məkanına, pul yığımı məntəqəsinə çevrilməsi, sonra da yığılan vəsaitin dəllallar arasında bölünməsi" barəsində ittihamının cəfəngiyat olduğunu bildirdilər və onu məhkəmə ilə hədələdilər.

Maraqlıdır, telekanal rəhbərləri arasında bu qarşıdurmanın əsl səbəbi nədir?

Mövzu ilə bağlı fikirlərini Bakupost.az -a bölüşən Əməkdar jurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli bildirib ki, televiziya kanallarının bir-biriləri ilə açıq şəkildə çarpışması xoşagələn deyil.

Onun fikrincə, tərəflər üz-üzə oturub müəyyən debatda məsələni həll edə bilərlər:

“Problemlər ola bilər, oturub sakit, rahat həll etmək mümkündür. Bunun müsbət tərəfi ondan ibarətdir ki, televiziyalarda hansı narahat məqamlar varsa, mübahisələrdə aşkar görünür. Burada tərəf tutmaq çox çətindir. Çünki hər iki tərəf müəyyən arqumentlərlə danışır. Arzulayardım ki, bu konflikt tezliklə sona yetsin. Televiziyalar özlərinin əsas işi ilə, yəni, maraqlı, keyfiyyətli verilişlər hazırlamaqla məşğul olsunlar.

Tamaşaçıların tələbatına cavab verən yüksək səviyyəli, reytinqli verilişlərlə ekranda görüşə bilək.

Tərəflərdən kimin haqlı, kimin haqsız olduğunu söyləmək çətindir. Amma vəziyyətdən çıxış yolu müəyyən bir debatda üz-üzə oturub, problemi çözmək və tamaşaçıları da bununla bağlı məlumatlandırmaqdır. Bütün hallarda hesab edirəm ki, televiziyaların ictimai rəyə təsiri var. Eyni zamanda insanların televiziyalardan gözləntiləri daha çoxdur. Televiziya kanalları diqqətlərini daha çox həmin gözləntilərin reallaşdırılmasına yönəltməlidir”.



Xəbərtv.info

Digər xəbərlər

Alim Qasımovun kürəkəninin məhkəməsində polis əməkdaşı ifadə verib
Cahangir Əsgərova heç kimin gücü çatmır - deputatdan BƏYANAT
Qurban Qurbanovun səhhətində problem yaranıb
Sənubər İsgəndərli Operativ Qərargahın bu qərarına etiraz etdi
Türkiyəli deputat: "Ən qısa zamanda əsgərlərimiz Qarabağda olacaqlar”.
Bakıda restoranda toy edənlər saxlanıldı - VİDEO
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan iki erməni hərbçisini beynəlxalq axtarışa verdi
Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər keçirilib, 25 Nepal vətəndaşı saxlanılıb -
Bu dairədə toqquşan milyonçu oğlu və məmur oğlu geri çəkildi - İLGİNC GƏLİŞMƏ
Bazarda saxta brendlər: Yağ adına nə alırıq?
Çingiz Əsgərov Ali Məhkəmənin sədr müavini təyin edildi
190 manata görə qeydiyyatdan keçənlərin nəzərinə - VİDEO
Marketə oğurluğa girdi, sahibi ilə qarşılaşdı - Əlbəyaxa davanın videosu
Ərdoğan ABŞ-ı terrorçuları dəstəkləməkdə ittiham etdi
Fazil Məmmədovun köməkçisi beynəlxalq axtarışa verildi
Düşmənin çoxlu sayda hərbi texnikası məhv edildi - SİYAHI
“Space”ə yeni rəhbər təyin olundu - FOTO
“Hər gün uşaq dərsə gedəndə məktəb uçacaq deyə qorxuruq” - Fotolar
“Ölkəyə ucuz, amma keyfiyyətli dərman preparatlarının gətirilməsi firmalara sərf etmir”
Neftin qiyməti cüzi azalıb
Gülbahar Şükürlünün vəziyyəti pisləşdi - Heç kimi tanımır
İran hərbi bazasının partlayışdan sonrakı görüntüləri yayıldı
Sabah güclü külək olacaq - Xəbərdarlıq
Gürcüstandan Azərbaycana gizli yolla tibbi ləvazimatlar gətirən şəxs saxlanılıb
Parlament qələbə münasibətilə orden və medalların təsis olunması barədə layihəni II oxunuşda qəbul etdi
Mehriban Əliyeva Cəbrayıla edilən səfərdən video paylaşdı
Erməni təcavüzü nəticəsində ziyan dəymiş 6 mindən çox ailəyə yardım ediləcək
Azərbaycanda kart məlumatlarının oğurlanması ilə bağlı XƏBƏRDARLIQ
Yaralı qazilərdən etiraz: “Bizi xəstəxanadan çıxarmaq istəyirlər”
{sape_links}{sape_article}