Son dəqiqə
İdman
15-07-2022, 09:46
874
Suaresdən “Fənərbaxça”ya GÖZLƏNİLMƏZ CAVAB
Luis Suaresi transfer etmək üçün səy göstərən “Fənərbaxça” klubunun cəhdləri uğursuz alınıb.
Xəbərtv.info xəbər verir ki, bu barədə “As” qəzeti məlumat yayıb. Bildirilir ki, türk təmsilçisi Suaresə məvacibi yaxşı olan təklif göndərib. Suares ilə yaxşı əlaqələri olan FİFA meneceri Marko Kırdemir “Fənərbaxça”dan yaxşı təklif gəldiyini təsdiq edib. Lakin Suares təklifi rədd edib. Türklər Suaresin təklifi qəbul edəcəyini güman edirdi. İddialara görə, Suares İtaliyada futbol oynamaq istəyir.