Son dəqiqə
18-07-2022, 14:52
267

Vilyam Hacıyevə vəkilləri bəraət istədi

Vilyam Hacıyevə vəkilləri bəraət istədi
İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə Vilyam Hacıyevin vəkili Yusif İsmayılov zalda iştirak edən şəxslərdən birinə etiraz edib.

Vəkil bildirib ki, həmin şəxs Nəsrulla Nəsirov zalda çəkilişlər edib, onların işlərinə mane olur: "Bu şəxs mülki qaydada axtarışdadır. Onun zaldan kənarlaşdırılmasını istəyirik".

Hakim deyib ki, qaydanı pozsa, tədbir görüləcək.

Daha sonra Yusif İsmayılov müdafiə nitqi ilə çıxış edib. O bildirib ki, ittiham tərəfi ağır cəza istəyib və bu cəza başa düşülən deyil. Onun sözlərinə görə, Azərbaycan dövlətinə xidmətləri olub və buna görə də təltif olunub.

Vəkil qeyd edib ki, Vilyam Hacıyevin beynəlxalq məsələlər üzrə də xidmətləri olub: "Bunu etmək üçün etməyib. Bunun üçün etimad göstərilib. Vilyam Hacıyev də bu etimadı doğruldub. Bütün bu hallara qiymət verilməlidir. Bir səhfə görə xidmətlərin üstündən xətt çəkmək olmaz. Cəzanın təyin olunması da islah olunmaq deməkdir. Prokuror çıxışında Cinayət Məcəlləsinin 52 və 70-ci maddələrinin tələblərini nəzərə almayıb".

Vəkilin sözlərinə görə, Vilyam Hacıyevin səhhətində problemlər var: "Məhkəmə prosesi bir neçə dəfə Vilyam Hacıyevin səhhəti ilə bağlı dayandırılıb. Bununla bağlı məhkəməyə rəsmi cavab da verilib".

Vəkil çıxışının sonunda Vilyam Hacıyevin barəsində olan cinayət işinə bəraət verici əsaslarla xitam verilməsini istəyib.

Vilyam Hacıyevin digər vəkili Elmar Kərimov da çıxış edərək Vilyam Hacıyevin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bundan sonra Vilyam Hacıyev son sözünə hazırlaşmaq üçün hakimdən 10 gün vaxt istəyib.

Növbəti proses iyulun 25-də davam edəcək.

Qeyd edək ki, prokuror Vilyam Hacıyevin verilmiş maddələrlə təsirli bilinərək 13 il azadlıqdan məhrum olunmasını istəyib.

Prokuror həmçinin sabiq icra başçının üzərinə həbs qoyulmuş əmlaklarının da dövlət nəfinə müsadirə olunmasını istəyib.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Daha sonra o, həbs edilib.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsasılı şübhələr müəyyən olunub.

Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.

İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Xəbərtv.info

Digər xəbərlər

Qaz təchizatı dayandırıla bilər: Əhaliyə XƏBƏRDARLIQ
Nuşirəvan Səfərovun yerinə yeni rəis təyin edildi
Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəfat etdi
“Azərsu” abonentlərə müraciət edib
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
İlham Əliyev dövlət agentliyinə 3,1 milyon manat ayırdı
Düşmən Tərtərdə daha bir mülki vətəndaşı öldürdü
Ermənistanlı hakim-inspektor azərbaycanlı referilərə qiymət verəcək
31 maydan metroda gediş haqqı 97 qəpik olacaq?
Baş Prokurorluq: Bərdədə həkim səhlənkarlığı ilə bağlı fakt araşdırılır
Abid Şərifovun şirkəti borc içində batır –
İnsan alveri ilə məşğul olan üç cinayətkar qrup zərərsizləşdirildi (RƏSMİ)
Azərbaycanda son sutkada vaksinasiya olunanların sayı açıqlandı
Prezident Qarabağın statusu məsələsinə nöqtə qoydu - VİDEO
Ermənilər yenidən Gəncəni atəşə tutur - RƏSMİ
10 ildir gedən "Bacanaqlar" bağlanır
Bu il Azərbaycan əhalisi ən çox nəyə pul xərcləyib?
Ermənistan millisindən biabırçı məğlubiyyət: Qapılarında 10 qol gördülər
Səsvermənin nəticələri açıqlanır – SON DƏQİQƏ
Azərbaycan 2016-cı ilin aprel müharibəsini niyə dayandırıb? - ƏTRAFLI
Çili sahillərində 6.2 ballıq zəlzələ
DİN rəsmisi: "Polis postlarının sayının azaldılması barədə məlumatlar əsassızdır"
Çində koronavirusa yoluxanların 90%-dən çoxu sağalıb
Portuqaliyalı cüdoçu yerə düşən telefona görə Bakı turnirindən uzaqlaşdırıldı - VİDEO
Hərarəti olan şagird buraxılış imtahanına buraxılmayıb
Bir sıra sahələrdə yerində xidmət dayandırılır
“Şuşa da, Qarabağ da Azərbaycanındır” - Ermənidən etiraf + VİDEO
Ermənistan tikinti materialları adı altında Qarabağa əsgər daşıyırmış... - VİDEO
Azərbaycanlı qardaşların milyardlarına həbs qoyuldu
İşsiz qalan şou əhli: Evini, maşınını, qızıllarını satanlar - SİYAHI
{sape_links}{sape_article}