Son dəqiqə
19-07-2022, 13:02
857

Suraxanıda son 1 ayda 115 nəfər saxlanılıb - VİDEO

Suraxanıda son 1 ayda 115 nəfər saxlanılıb -
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 ayda rayon ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, quldurluq, dələduzluq cinayətləri edən və üzərində qanunsuz olaraq silah saxlayan ümumilikdə 115 nəfər saxlanılıb.

Bu barədə Xəbərtv.info-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Həmin şəxslərdən 75-i narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Narkotiklə bağlı saxlanılan şəxslərdən 40-ı barəsində məhkəmə tərəfindən həbs, 35-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Onlardan ümumilikdə 24 kiloqram narkotik vasitə, psixotrop maddə və 500 ədəd kultivasiya edilən çətənə kolu aşkar edilib. Narkotiklə bağlı saxlanılardan 11-i Suraxanı və paytaxtın digər ərazilərində narkotik maddələrin satışına nəzarət edən şəxslər olublar.

Qeyd edilən dövr ərzində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Hövsan, Qaraçuxur, Əmircan, Bülbülə və Binə qəsəbələrində yerləşən evlərdən, mağazalardan, avtomobillərdən silsilə oğurluqlar edən, habelə sosial şəbəkələrdə mebel satışı ilə bağlı saxta elan verərək 16 nəfəri dələduzluq yolu ilə aldadan və quldurluq edən 37 nəfər saxlanılıb. Bu şəxslərin həmin ərazilərdə yerləşən 41 obyektdən pul, məişət və digər əşyalar oğurladıqları, habelə 5 nəfər qarşı quldurluq etdikləri müəyyən edilib.

Hesabat dövründə Suraxanı rayonunda üzərində qanunsuz olaraq silah saxlayan 3 nəfər də tutularaq istintaqa cəlb edilib. Onlardan 2 ədəd avtomat silah və 1 ədəd “Makarov” markalı tapança aşkar edilib.

Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.


Digər xəbərlər

Əməkdar artist vəfat etdi - FOTO
Ermənistanın xarici işlər nazirinin Qarabağa qanunsuz səfəri ilə bağlı XİN-dən AÇIQLAMA
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Əslən Azərbaycandan olan fransalı aktyor vəfat etdi
“Beşiktaş”dan 6 qollu qələbə - VİDEO
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (18.03.2020)
Pandemiya yalandır, insanları öldürən kimyəvi maddədir, peyvəndlərdə 3 heyvanın geni var - VİDEO
Lalə Dadaşova mərhum həyat yoldaşı ilə bağlı: “Dəfninə getmədim, istəyirdim ki...”
Məşhur idmançı millimizə baş məşqçi təyin olundu
Nərmanov rayonunda inşa edilən naməlum obyekt problemlər yaradır -
Vilayət Eyvazov töhmət verdiyi rəisi İŞDƏN ÇIXARDI -
Azərbaycanlı diaspor rəhbəri COVID-19-dan vəfat etdi
Bu gün Aşuradır
SON DƏQİQƏ! Bakıda 2 avtobus toqquşdu — çox sayda yaralı var
Valideyn himayəsindən məhrum olmuş uşaqlara yaşayış sahələri veriləcək
Mövlud Çavuşoğlu Vətən müharibəsi şəhidlərini yad etdi
İstanbul Bələdiyyəsinin keçmiş sədri koronavirusdan öldü
Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi
Tarkandan xanımına sürpriz - FOTO
Bərdə raket atəşinə tutuldu ölən və yaralananlar var
Lerikə qar yağdı
Kikboksinq üzrə dünya çempionu Zaur Yusifov mağazada güllələndi
İstanbulda meşə yanğını oldu - VİDEO
Hərbçilərin maaşlarına əlavələr ediləcək
“Aztelekom”un sədri vəzifəsindən azad edilib? - AÇIQLAMA
Karantin rejimini pozan 14 min 980 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
Birinci sinfə qəbul prosesində tədris digər dildə aparılan bölmə üzrə müsahibələr təxirə salınıb
Nazir Əli Həsənovun oğlunu işdən çıxardı
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Ermənistanın Gəncəni atəşə tutması nəticəsində bir nəfər ölüb, 4 nəfər yaralanıb
{sape_links}{sape_article}