Son dəqiqə
20-07-2022, 15:41
884

DTX və Ədliyyə Nazirliyindən birgə ƏMƏLİYYAT - VİDEO

DTX və Ədliyyə Nazirliyindən birgə ƏMƏLİYYAT -
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Ədliyyə Nazirliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Qaynarinfo DTX-nin saytına istinadla xəbər verir ki, məlumatda deyilir:
“Ölkəmizdə cinayətkarlığın bütün təzahürlərinə, o cümlədən yeni təhlükəli növü olan, kompüter sistemlərinə qanunsuz müdaxilə hallarını özündə ehtiva edən kibercinayətkarlığa qarşı qəti mübarizə tədbirləri görülür və cəzanın labüdlüyü prinsipi təmin edilir.
Məhkumların cəza çəkdikləri dövrdə həqiqi islah olunmaları, törətdikləri əməllərdən səmimi peşmanlıq hissi keçirmələri, zərərçəkmiş şəxslə barışığa nail olunması və dəymiş ziyanın aradan qaldırılması həmin şəxslərin daha yüngül rejimli müəssisəyə keçirilməsi və cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun tətbiqində əsas yaradan hallardandır. Lakin bununla belə hüquq mühafizə və məhkəmə orqanları tərəfindən tətbiq olunan bu humanist yanaşmadan sui-istifadə edilərək zərərçəkmiş şəxslərin adından saxta barışıq ərizələrinin tərtib olunması, cəzanın yüngülləşdirilməsi məqsədilə qeyri-qanuni hazırlanmış sənədlərin təqdim edilməsi halları müşahidə olunmaqdadır.
Belə ki, ağır cinayət törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Elgün Hüseynovun cəzasının yüngülləşdirilməsi məqsədilə təqdim olunmuş zərərçəkmiş şəxsin hüquqi varisinin barışıq ərizəsi şübhə doğurduğundan Ədliyyə Nazirliyi tərəfindən araşdırılaraq belə bir razılığın əldə olunmadığı, müvafiq sənədin kompüter proqramı vasitəsilə saxta yolla hazırlandığı müəyyən edilmişdir. Həmin əməldə kibercinayətin əlamətləri olduğundan materiallar aidiyyəti üzrə araşdırılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim olunmuşdur.
Faktla bağlı başlanılmış cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, əvvəllər eyni cəzaçəkmə müəssisəsində cəza çəkmiş Sənan Mehdiyev, Ehtibar Mehdiyev və Vasif İsmayılov azadlıqda olarkən cinayət əlaqəsinə girərək müxtəlif məhkumların sifarişi ilə bir sıra işlər üzrə zərərçəkmiş tərəflərin adından ziyanın ödənildiyi və barışığın olduğu barədə guya notariat qaydasında təsdiq olunmuş, üzərində QR kod yerləşdirilmiş saxta ərizələr hazırlamaqla bu sənədləri internetdə müvafiq rəsmi saytın interfeysinə bənzər, həqiqi olmayan səhifə yaradaraq orada yerləşdirilməsini təmin etmiş və bununla da həmin ərizələr məhkəmə prosesləri zamanı rəsmi saytda yerləşdirilmiş və həqiqiliyi QR kodla təsdiq edilən sənədlər adı altında təqdim olunmuşdur.
Eyni zamanda müəyyənləşdirilmişdir ki, həmin cinayətkar qrup eyni üsullarla bir sıra digər məhkumların vaxtından əvvəl cəzadan azad olunması məqsədilə guya zərərçəkən tərəflə barışıq əldə olunduğu, ziyanın ödənildiyini göstərən saxta sənədləri kompüter texnologiyalarından istifadə etməklə hazırlamış və məhkəmə prosesləri zamanı istinad edilməsi üçün aidiyyəti üzrə təqdim edərək cinayət əməllərinə yol vermişdir.
Sənan Mehdiyev, Ehtibar Mehdiyev və Vasif İsmayılov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədləri qanunsuz hazırlama, satma), 273-2-ci (kompüter məlumatlarını saxtalaşdırma) və 294.3-cü (sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuş, yaratdıqları müvafiq elektron səhifənin fəaliyyəti isə dayandırılmışdır.
Hazırda Dövlət Təhlükəsizliyi Xidməti və Ədliyyə Nazirliyi tərəfindən saxta sənədlərdən istifadə etmiş şəxslərin tam dairəsinin müəyyən olunması və digər əlaqəli xüsusatlar üzrə araşdırmalar davam etdirilir”.



Xəbərtv.info

Digər xəbərlər

Alim Qasımovun kürəkəninin məhkəməsində polis əməkdaşı ifadə verib
Cahangir Əsgərova heç kimin gücü çatmır - deputatdan BƏYANAT
Qurban Qurbanovun səhhətində problem yaranıb
Sənubər İsgəndərli Operativ Qərargahın bu qərarına etiraz etdi
Türkiyəli deputat: "Ən qısa zamanda əsgərlərimiz Qarabağda olacaqlar”.
Bakıda restoranda toy edənlər saxlanıldı - VİDEO
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan iki erməni hərbçisini beynəlxalq axtarışa verdi
Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər keçirilib, 25 Nepal vətəndaşı saxlanılıb -
Bu dairədə toqquşan milyonçu oğlu və məmur oğlu geri çəkildi - İLGİNC GƏLİŞMƏ
Bazarda saxta brendlər: Yağ adına nə alırıq?
Çingiz Əsgərov Ali Məhkəmənin sədr müavini təyin edildi
190 manata görə qeydiyyatdan keçənlərin nəzərinə - VİDEO
Marketə oğurluğa girdi, sahibi ilə qarşılaşdı - Əlbəyaxa davanın videosu
Ərdoğan ABŞ-ı terrorçuları dəstəkləməkdə ittiham etdi
Fazil Məmmədovun köməkçisi beynəlxalq axtarışa verildi
Düşmənin çoxlu sayda hərbi texnikası məhv edildi - SİYAHI
“Space”ə yeni rəhbər təyin olundu - FOTO
“Hər gün uşaq dərsə gedəndə məktəb uçacaq deyə qorxuruq” - Fotolar
“Ölkəyə ucuz, amma keyfiyyətli dərman preparatlarının gətirilməsi firmalara sərf etmir”
Neftin qiyməti cüzi azalıb
Gülbahar Şükürlünün vəziyyəti pisləşdi - Heç kimi tanımır
İran hərbi bazasının partlayışdan sonrakı görüntüləri yayıldı
Sabah güclü külək olacaq - Xəbərdarlıq
Gürcüstandan Azərbaycana gizli yolla tibbi ləvazimatlar gətirən şəxs saxlanılıb
Parlament qələbə münasibətilə orden və medalların təsis olunması barədə layihəni II oxunuşda qəbul etdi
Mehriban Əliyeva Cəbrayıla edilən səfərdən video paylaşdı
Erməni təcavüzü nəticəsində ziyan dəymiş 6 mindən çox ailəyə yardım ediləcək
Azərbaycanda kart məlumatlarının oğurlanması ilə bağlı XƏBƏRDARLIQ
Yaralı qazilərdən etiraz: “Bizi xəstəxanadan çıxarmaq istəyirlər”
{sape_links}{sape_article}