Son dəqiqə
21-07-2022, 10:28
1 214

Məşhur gömrük “brokeri”ni dəstəkləyən erməni milyarder kimdir?

Məşhur gömrük “brokeri”ni dəstəkləyən erməni milyarder kimdir?
Uzun müddət ölkə mediasında adı çəkilən Əbülfəz Məlikov “yoxa çıxıb”. Əslən Şamaxıdan olan, gömrük işinin mahir bilicisi sayılan, bu səbəbdən də uzun illər gömrükdə rüsumların yığılmasından tutmuş, idarə edilməsinə qədər bütün proseslərdə başda dayanan “Broker” MMC-nin sahibi bir müddətdir “radardan itib”. Onun harada olduğu, nə işlərlə məşğul olması barədə heç bir məlumat almaq mümkün deyil.


Xəbərtv.info JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, Əbülfəz Məlikovun hazırda Rusiyada olduğunu deyələr var. Amma onun Moskvada olmasını təsdiq edən heç bir dəqiq bilgi yoxdur. Bəzi məlumatlarda onun gömrük işlərinədən çəkildiyi, özünün biznesini idarə etmək üçün holdinq qurduğu bildirilir. Lakin həmin holdinqin konkret olaraq nəişlərlə məşğul olduğu da naməlumdur.

Qeyd edək ki, “Broker” MMC-nin rəhbəriolan sözügedən şəxs uzun müddət gömrük sisteminə nəzarət edib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ən etibarlı adamı olmaqla yanaşı, onun bütün işlərini görən Məlikov, bu səbəbdən də uzun müddət gömrükdə öz ağırlığını qoruyub saxlamağa nail olmuşdu. Son zamanlar onun gömrük sistemindən “qaçaq” düşməsi isə keçmiş DGK sədri Səfər Mehdiyevlə yola getməməsi göstərilir. Məlumatlara görə, Məlikov hələ 2016-cı ildən 2018-ci ilə qədər gömrükdə bir sıra araşdırmalar apararaq, mövcud pulların necə, hansı yolla və kimlərin əliylə yayındırıldığını müəyyən etməyə çalışıb. Bunun üçün o, yeni bir sistem belə müəyyən edib.

İddialara görə, Məlikov bu araşdırmalardan sonra gömrükdə yığılan, lakin ayrı-ayrı adamlar tərəfindən “kassadan” yayındırlan pulların izinə düşüb. Hətta onun qısa müddətdə hər il 1 milyard manata yaxın “kənar ciblərə qaçan” pulları müəyyən etdiyi və onların “kassaya” yönəltdiyi də deyilir. Səfər Mehdiyev Gömrük Komitəsinə sədr təyin edildikdən sonra isə durum dəyişir. O, ilk olaraq Kəmaləddin Heydərovun “kurasiyasından” çıxmağa nail olur. Ardından isə Əbülfəz Məlikova bütün qapıları bağlayır. Yalnız kiçik bir pay verməklə, onu işlərə qarışmamasını tövsiyyə edir. Həmin olaylardan sonra isə Əbülfəz Məlikov “Broker” MMC-nin fəaliyyətini məhdudlaşdıraraq, prosesdən uzaqlaşır. Və özünün şirkətlərini idarə etməyə başlayır.

JAMAZ.İNFO-nun araşdırmalarına görə, həmin vaxt Əbülfəz Məlikov “kənar ciblərə qaçan” pulların yerini müəyyən edib, həmin “kanalları” bağlasa da, yenə heç də kiçik olmayan məbləğlərin gizlədildiyini müəyyən edir. Lakin Gömrük Komitəsindəki “Nehrəm mafiyası”nın qarşısını almaq mümkün olmur. Hətta iddia edilir ki, həmin vaxt Məlikov Heydərovla görüşərək, “nehrəmlilər gömrükdən getmədən quruma nəzarət mümkün deyil” sözünü deyib.

Qayıdaq, Məlikovun hazırda harada olmasına. Yuxarıda yazdığımız iki versiyadan biri daha inandırıcıdır. Yəni, Əbülfəzin hazırda Moskvada olması ehtimalı daha böyükdür. Ona görə ki, uzun müddət gömrükdən yığdıqları hesabına Rrusiyada özünə böyük biznes qurmağa nail olan şamaxılı balası, həm də oradakı biznes tərəfdaşlarının da dəstəyini qazanıb. Gələn xəbərlərə görə, Məlikov Azərbaycan və Özbəkistandan Rusiyaya meyvə və tərəvəz gətirdərək, onun satışını həyata keçirir. Bundan başqa, Dağıstan və Çeçenistandan da mal-qara gətirərək, Moskvada ət satışını təşkil etməklə məşğuldur. Onun həmçinin marketlərinin olduğu, böyük meyvə-tərəvəz anbarlarına sahibləndiyi də verilən məlumatlar sırasındadır.

Bəs, Məlikova Moskvada dəstək verən kimdir və ya kimlərdir? Bu sualın cavabı elə də qəliz deyil. Hələ bir xeyli əvvəl də bu barədə mediada bir xeyli məlumatlar yayılmışdı. Həmin məlumatlara istinadə edərək demək mümkündür ki, Əbülfəz Məlikovu himayə edən əsas adam və ya adamları elə yaxın qohumlarıdır.

Məlumatlara görə, Əbülfəz Məlikovun həyat yoldaşı Rəna Məlikova əslən ermənidir. Onun əsl soyadı Məlikova deyil, Ovanesyandır. Rəna familiyasını Məlikovla evlədnikdən sonra dəyişdirib. Bu eyni zamanda, “Broker” MMC-nin sahibini ictimai qınaqdan, onun ermənilərlə qohum olması məsələsindən qaynaqlanacaq diskamfortdan yayınmaq üçün atılmış addım olub.

Amma Rəna Ovanesyan da heç də kiçik adam sayıla bilməz. JAMAZ.İNFO-ya daxil olan məlumatlardan belə aydın olur ki, sözügedən şəxs məşhur erməni milyonçu Ara Abramyanın doğmaca bacısı qızıdır. Belə ki, Rəna Ovanesyanın anası Raisa Ovanesyan Aabramyanın doğmaca bacısıdır. Bunu elə Abramyan da təsdiq edib və o mətbuata açıqlamasında da deyib ki, onun bacısı qızı hazırda Bakıda yaşayır, kürəkəni də azərbaycanlıdır. Hərçənd erməni milyarder öz açıqlamasında kürəkəninin Azərbaycanda nazir olduğunu söyləmişdi. “Ona sual veriləndə ki, kürəkəni hansı sahənin naziridir, o da cavabında bildirmişdi ki, “monopoliya naziri”.

Əbülfəz Məlikovu yaxından tanıyan adamlar deyirlər ki, o həyat yoldaşının erməni olmasına baxmayaraq, heç vaxt ermənilərlə biznesdən kənar əlaqə qurmayıb. Əksinə, Ara Abramyanın dəfələrlə dəstək verməsi təkliflərini də geri qaytarıb.

Məlumata görə, Aara Abramyan Əbülfəz Məlikova Azərbaycan, Gürcüstan və Ermənistanı əhatə edən böyük bir biznes şəbəkəsinin qurulmasını təklif edib. Lakin Məlikov bundan boyun qaçırıb. Daha doğrusu, Ermənistan və Gürcüstanda bunu etməyin mümkün, Azərbaycanda isə namümkün olduğunu deyib. Bunu da belə əsaslandırıb ki, Azərbaycanda erməni məhsullarının kütləvi şəkildə satışının təşkil edilməsi, onun karyerasının sonunu gətirə bilər. Amma Məlikov buna qarşılıq olaraq, Ermənistandan Azərbaycana ətlik və südlük mal-qara, xırda buynuzlu davarlar, habelə başqa adlar altında erməni konyakları gətirməkdə Abramyanla razılaşıb. Bütün bunların hamısı isə Gürcüstan üzərindən həyata keçirilib. Ki, həm Ermənistandan birbaşa keçid olmayıb, həm də Gürcüstan üzərindən həyata keçirməklə iz itirilib.

Əslində, Abramyanın Məlikov haqqında “monopoliya naziridir” sözü yalan ifadə deyil. Əksinə, o, həqiqətən də gömrükdə inhisar yaratmışdı və onun icazəsi olmadan bir ədəd məhsul belə Azərbaycan ərazisinə daxil ola bilməzdi. Bəzi məlumatlara görə, Səfər Mehdiyev də onun yaratdığı sistemdən səmərəli istifadə etməyə çalışıb. Lakin bəzi düzəlişlər etməklə daha çox pul qazanmaq fikrinə düşüb ki, nəticədə, buna görə, vəzifəsindən oldu.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Digər xəbərlər

Həbib Nurməhəmmədov Maskı Zukerberqə qarşı hazırlaşdırmaqdan imtina edib
Sevindik Hətəmovun yüksələn karyerası - “karyer müdiri” kreslosundan uzanan bir yol...
Azərbaycanlı qardaşların milyardlarına həbs qoyuldu
Eskalatorda biabırçılıq: Qadının ətəyinin altını telefona çəkdi - foto
G7 Rusiyanı zəiflətmək üçün yeni sanksiyalar tətbiq edəcək
Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO
KİV: Ermənistan müdafiə naziri istefa verib
Sabirabadda ağır qəza: 1 nəfər öldü, 2 nəfər yaralandı
Prezident İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşü olub -
Azərbaycanda koronavirusa daha 542 yeni yoluxma, 9 ölüm
Kərim Babayevin bazarlarına görə gərgin vəziyyət
Naxçıvan istiqamətində düşmən PUA-sı məhv edildi
Azərbaycan tərəfinin hücum cəhdi olmayıb
Bələdiyyə sədrinə cinayət işi başlanıldı
Ukrayna artıq ABŞ-dan ən mükəmməl kəşfiyyat-zərbə PUA-nın ilk partiyasını aldı -
Bakıda ər arvadını moteldə qətlə yetirdi
Mərdəkanda yerləşən "Tandirloin" restoranında müştəriyə qarşı soyğunçuluq - Hər adama 30 manatlıq sifariş verməlisiz
DYP əhaliyə müraciət etdi: Terror və təxribatlar törədilməsi ehtimalı ilə bağlı...
MN-dən ermənilərin yaydığı video ilə bağlı AÇIQLAMA
Arda Turan koronavirusa yoluxub
Baş Nazir qərarı təsdiqlədi - Dərslər bu formada keçiriləcək
Azərbaycanda radikal partiya rəhbərləri 20 Yanvar hüzn izdihamını da siyasiləşdirməyə cəhd etdilər
Birinci MDB Oyunları başa çatıb
Türkiyədə benzin UCUZLAŞDI
Şəmkirdə “Aşura” mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Xalq artisti Ramiz Əzizbəyli vəfat edib
“Polad Həşimovun məzarına gül qoymaq istəyirdi, özü də onun yanında dəfn olundu” - VİDEO
Əli Həsənov bu vəzifəsini də itirdi
Mərziyyə Ramazanova 123 saylı dövlət baxçasını özəlləşdirib?
Gələn il pensiya yaşı belə olacaq (CƏDVƏL)
{sape_links}{sape_article}