Son dəqiqə
İqtisadiyyat
21-07-2022, 10:57
999
Dünya bazarlarında neftin qiyməti azalıb

Dünya bazarında neftin qiyməti azalıb.
Xəbərtv.info xəbər verir ki, “ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,82 azalaraq 1 barelə görə 106,04 dollar təşkil edib.
Nyu-Yorkun “NYMEX” əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti 1,88% azalaraq 102,26 dollar təşkil edib.