Son dəqiqə
İqtisadiyyat
22-07-2022, 10:23
1 087
"Brent" neftin qiyməti artıb

Dünya bazarında neftin qiyməti artıb.
Xəbərtv.info xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,86 artaraq 1 barelə görə 104,75 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,87% artaraq 97,19 dollar təşkil edib.