Son dəqiqə
22-07-2022, 10:33
1 062

Goranboyda SUVARMA ŞEFİNİN İŞLƏKLƏRİ...

Goranboyda SUVARMA ŞEFİNİN İŞLƏKLƏRİ...
Goranboy rayon Qəzılhacılı qəsəbəsinin sakini, 1948 -ci ildə anadan olmuş, 2 -ci qrup əlil (320418 saylı vəsiqə) Musayev Eldar Cabbar oğlu 300 - dən çox ailənin yaşadığı ərazidə süni surətdə yaradılan su qıtlığından şikayətçidir. Eldar Musayev bildirir ki, qəsəbə sakinləri içməli suyun 6 kub metrinə 25 manat ödəyib alırlar. Qızılhacılı qəsəbəsinə içməli su xətti 2000-ci ildə çəkilsə də borulara su buraxılmır. Qəsəbə sakinləri payıbəlli torpaq sahələrində min bir əziyyətlə pambıq əkib - becərirlər. Lakin su qıtlığından pambıq sahələri yanır. İsti yay aylarında bilərəkdən su borularını təmir edirlər. Təmir işlərini qış və yaz fəsllərində niyə görmürlər? Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov kimsəni saymır. Meliorasiya və Su Təsərrüfatı ASC -nin sədri Zaur Mikayılova edilən şikayətlərin də heç bir səmərəsi yoxdur. Qəsəbədə yaranmış su problemi və digər əyintilərlə bağlı dəfələrlə Prezident İlham Əliyevə ərizə və şikayətlər göndərmişik. Lakin qəsəbə sakinlərinin şikayətlərinə baxılması barəsində şikayət olunan məmurlara həvalə olunur. Özbaşınalıq, dərəbəylik baş alıb gedir.

Eldar Musayev bildirir ki, Goranboy rayon İHB - sı Məhərrəm Quliyev Qızılhacılı qəsəbəsində yaranmış ağır sosial duruma görə bilavasitə məsuliyyət daşıyır. 13 may 2020 - ildə mən və qəsəbə sakini Verdiyev Arzu Vəli oğlu rayon İH -nə gedib qəsəbədəki su və digər sosial problemlər barəsində şikayətimizi bildirmək üçün onun qəbuluna yazıldıq. Lakin Məhərrəm Quliyevin o zamankı 1 - ci müavini Ceyhun Həsənov və digər 2 şəxs bizi 1 -ci mərtəbədə bir otağa salıb kötəklədilər. Sonra da asayişi pozmaq adı ilə məni 70 manat cərimə etdilər, Arzu Verdiyevə isə 10 sutka inzibati cəza verildi. Məhərrəm Quliyev və ətrafı bir neçə ildir ki, şikayətlərimizin ali dövlət orqanları tərəfindən araşdırılmasına imkan vermir. Zorakılıqdan da çəkinmirlər. Qəsəbə sakinlərinin çoxu şərdən - böhtandan qorxub səslərini çıxartmırlar.
Eldar Musayev daha sonra onların yaşadıqları ərazidə 4 artezian quyusunun olduğunu bildirir. Lakin 06/983 saylı artezian quyusunun zəif işlədiyini, 351 saylı artezian quyusunun isə kabellərinin 1 aydan çoxdur ki, kəsilib oğurlandığını diqqətə çatdırır. Onun fikrincə, Goranboy rayon İH - nin və Qızılhacılı qəsəbəsinin məmurları, Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov qəsdən su qıtlığı yaradıb, qazanc bazarı açıblar. Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov hər yerdə deyir ki, Meliorasiya və Su Təsərrüfatı ASC - nin sədri Zaur Mikayılovun da, İHB -sı Məhərrəm Quliyevin də həmin "bazar"dan xəbəri var və onların da özlərinə məxsus payları var. Qızılhacılı qəsəbəsinin sakinləri isə əkdikləri pambıq sahələrini suvarmaq üçün ilan kimi dəridən - qabıqdan çıxırlar. Zəhmətləri batır. İlqar Musayev soruşur ki, şikayətimizi kimə deyək, dərdimizə çarə qılınsın?!
Mövzunu diqqətdə saxlayacağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (gundelik-baku.com)

Xəbərtv.info

Digər xəbərlər

Əgər iş həkimlərin insafına qalarsa... - “Artıq evimdə satmağa heç nə qalmayıb”
Baba Rzayev buraları elə günə qoyub ki...
Mehriban Əliyeva Xalq artistinin müalicəsini öz üzərinə götürdü
Səfər Mehdiyev xalqı öz gömrüyündən utandırır - qəddarlıq, işgəncə, monopoliya...
İlham Əliyev Təhsil Nazirliyinə 7 milyon manat ayırdı
Şuşan Stepanyan istefa verdi
Bakıda iki bacını avtomobil vurdu
İlham Əliyev Ərdoğanla telefonla danışdı
Prezident: “Onların dərsini verməsək, Moskvaya danışıqlara qaçardımı?”
“Ermənistana silah göndərən bütün ölkələri…” – Əliyevdən sərt xəbərdarlıq
Siniflərdə şagirdlərin sayına limit qoyulacaqmı?
Erməni cütlüklərin “silaha sarılma” təbliğatı - Şərh
Bakıda qadın və uşaq sığınacağına hücum olub, xəsarət alanlar var
Nizami rayonunda park kimlər tərəfindən işğal olunub? -
Putin Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha bəyan etdi
Sumqayıtda sexdən 31 ton metal oğurlanıb
Rusiya XİN: "Beş rayonun qaytarılmasının tərəfdarıyıq"
Gəncədə qadın əri tərəfindən yandırıldı - VİDEO
“Hər gün 100 cəsəd göndərin, ailələrinə bu barədə məlumat verməyin” - Ermənilərin yazışması ələ keçirildi
"Bu şəhərdə" Mir Şahini belə parodiya etdi — VİDEO
Elçin Əliyevin anası Rövşən Əkbərovun həbsindən danışdı
Ərəb şeyxinə ərə gedən azərbaycanlı gimnast "İnstaqram" vasitəsilə kömək istədi - FOTO
Düşmənin çox sayda canlı qüvvə və texnikası məhv edildi - SİYAHI
Ağdamda “Park Forest Otel Ağdam” otelinin təməl qoyma mərasimi
Baş infeksionist: “İki doza vaksindən 10 gün sonra temperaturun olması peyvəndlə bağlı deyil”
“Vilyam Hacıyev ailəsi ilə kirayədə qalır” - İH-dən açıqlama
Cəlilabad rayon icra başçısı Namiq Zeynalov rüşvət alarkən saxlanıldı
Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik etdi
Bakıda 120 mindən çox bina söküləcək
Laçın Məmmədovu güllələyən "Lotu Quli"nin adamı saxlanıldı — VİDEO
{sape_links}{sape_article}