Son dəqiqə
22-07-2022, 17:42
1 027

Şeyx Əbdüldən rüşvətxorlara: “Xalqın gözü qarşısında güllələnməlidir ki, digərləri də qorxsun” - AÇIQLAMA

Şeyx Əbdüldən rüşvətxorlara: “Xalqın gözü qarşısında güllələnməlidir ki, digərləri də qorxsun” - AÇIQLAMA
“Deyirlər, sən kino adamısan, get, kinonu çək. Deyirəm, elə kino da reallıq üstündə qurulur. Mənim kinom Azərbaycan xalqının mənəviyyatıdır, əxlaqıdır, mədəniyyətidir, tarixidir, ideologiyasıdır. Siz bunların hamısını murdarlayırsınız, çirkaba batırırsınız. Biz nədən danışaq? Danışmaya-danışmaya hara gedirik? Cəza olmalıdır, xalqın sərvətinə, onun şəhidinə, qazisinə xəyanət edən adamlar edam olunmalı, güllələnməlidirlər”.

Bu sözləri Xəbərtv.info-ya açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudov son günlər bəzi dövlət qurumlarında təmizləmə əməliyyatlarından sonra daha hansı sahələrdə problemlərin olmasından danışarkən deyib.

Xalq artisti mədəniyyət sahəsində də bu cür təmizləmələrə ehtiyac olduğunu qeyd edib:

“İyirmi ildir rüşvətə, korrupsiyaya qarşıyam. Azərbaycan xalqını nə qədər talamaq, çapmaq olar? Mən bunun davasını çoxdan edirəm və buna görə də döyülürəm, söyülürəm. Bunlar məgər bizdən deyillər, bunların qanı, əxlaqı, südü, torpağı, havası bizdən deyil? Əgər bizdəndirsə, onda niyə bu xalqa qənim kəsiliblər?

Mənim məhəlləmdə üç nəfər ştat dilənçisi oturur ... Bəlli olur ki, xalqın milyardları var imiş, kimlərinsə evində, kimlərinsə cibində, kimlərinsə bankında. 10 milyon verib xarici ölkələrdə niyə villa alırlar, niyə biznes qururlar? Ona görə ki, işləri ilişən kimi qaçıb gedəcəklər. Biri var ki, bilməyəsən, amma bunların adı bəlli, işi bəlli, yeri bəlli. Bəlli olan bu cinayətkarları yığışdırmaq lazımdır, artıq bəsdir. Bu insanlar xalqın gözünün qarşısında güllələnməlidirlər ki, o biri şərəfsiz də baxsın ki, adamı öldürürlər, qorxsun!”

Kinorejissor illərdir yaşadığı mənzil probleminə bir daha diqqət çəkib:

“Xəyanətin başında böyük maraqlar durur, əzabı isə xalq, camaat, insanlar çəkirlər, məhv olub gedirik. Mən bu gün Xalq artisti, dövlət mükafatı laureatı olaraq əlimdə üç məhkəmə qətnaməsi ilə damda yaşayıram. Niyə? Ayıb deyil? Əlimdə üç məhkəmə qətnaməsi var, zibil qutusuna atdılar ki, bu bizim üçün qanun deyil. Nəyə görə normal, mənəviyyatlı vətəndaşlar qalıblar qıraqda, çirkab adamlar doldurulur hər yerə? Heç kim bir vəzifədə beş ildən artıq işləməməlidir”.

Digər xəbərlər

Türkiyə hökuməti qoruyucu maskalar istehsal edən fabrikləri hədələyib
Bu gün neçə şagird koronavirusa yoluxub?
“Fəhlə bazarı”ndakı qadınlardan nazirliyə şərt: - 600-1000 manat maaşı olan iş verin
Fatih Terimin Bakıda keçirəcəyi mətbuat konfransının vaxtı açıqlandı
200 gündən artıqdır bağlı qalan metroda hansı işlər görülüb?
Neftçalada ŞÜBHƏLİ ANLAŞMA...
“Səbail” – “Neftçi” matçını FIFA referisi idarə edəcək
Azərbaycanda 4 ildi övladı olmayan qadın özünü öldürdü
FHN hava ilə bağlı əhaliyə müraciət etdi
Əli Həsənovun ailəsinə məxsus altı şirkət ləğv olunur
Borca görə həbs edilən şəxs, ödənişdən azad edilir? - AÇIQLAMA
Azərbaycanlı pilotun cəsarəti türkləri heyrətə gətirdi: "Aslansın" - VİDEO
Bakıda koronavirusa yoluxmanın ən çox qeydə alındığı rayonlar açıqlandı
Azərbaycanda ən çox hansı sosial şəbəkələrə maraq var? - STATİSTİKA
Halil Sezai hakim qarşısına çıxarılır
Hacıbala Abutalıbov danışdı
Türkiyədə həbs edilən NTV əməkdaşları azadlığa buraxıldı
Beyləqandan qovulan deputatdan “ÜTÜLÜ” PAYLAŞIM – FOTO - VİDEO
Belçika şirkəti Fikrət Əmirova edilən hərəkətə görə üzr istədi
Azərbaycan Prezidenti Almaniyada səfərdədir
Dağlıq Qarabağdakı azərbaycanlılar: Gözlənilən geri dönüşün vacib məqamları - TƏHLİL
Avropa Liqasında II-ci tura yekun vuruldu - NƏTİCƏLƏR
İsveçin baş naziri Zelenskiyə 1711-ci ilin tarixi sənədini təqdim etdi
“İmarət” və Şuşa şəhər stadionu yenidən bərpa ediləcək
ABŞ, Avstraliya, Böyük Britaniya və Kanadadan sonra Slovakiya da Olimpiya Oyunlarını boykot etdi
Gürcüstanda seçkilər keçirilir
İlham Əliyev: “Ermənistanın pulsuz silahlanması Rusiya tərəfindən təmin edilir”
Günün qoroskopu - 17.03.2020
İtkin düşən daha bir hərbçimizin şəhid xəbəri gəldi – FOTO
“Çölçü” bu dəfə ABŞ-da uğur qazandı
{sape_links}{sape_article}