Son dəqiqə
21-09-2022, 15:50
438

Azərbaycanla Pakistan arasında sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir

Azərbaycanla Pakistan arasında sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Pakistanın xaricdə yaşayan pakistanlılarla iş və insan resurslarının inkişafı naziri Sacid Hüsseyn Turi arasında videokonfrans formatında görüş olub.

S.Babayev Azərbaycan və Pakistan dövlət başçılarının siyasi iradəsi və səyləri ilə iki ölkə arasında əlaqələrin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.

O, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında Pakistanın Azərbaycana daimi siyasi və mənəvi dəstəyinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb, bu dəstəyə görə minnətdarlığını ifadə edib.

S.Babayev Pakistanda baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılardan kədərləndiyini bildirib, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, faciə nəticəsində yaralananlara şəfa diləyib.

O, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə aparılan geniş miqyaslı sosial islahatlar barədə ətraflı danışıb. DOST mərkəzləri, həmçinin xidmətlərin elektronlaşdırılması istiqamətində görülən işlərdən bəhs edib.

Nazir iki ölkə arasında bir çox sahələrdə, o cümlədən əmək və məşğulluq sahəsində əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadiləsinin həyata keçirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb.

O, bu ilin may ayında imzalanmış “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Pakistan İslam Respublikasının Xaricdə Yaşayan Pakistanlılarla İş və İnsan Resurslarının İnkişafı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətini diqqətə çatdırıb.

S.H.Turi Pakistan və Azərbaycanın dost münasibətləri əsasında əlaqələrinin bu gün strateji tərəfdaşlıq səviyyəsində olmasının məmnunluq doğurduğunu bildirib. O, iki ölkə arasında genişlənən əlaqələrin fonunda gələcəkdə iki nazirliyin əməkdaşlığının daha da genişlənəcəyinə əminliyini qeyd edib.

XəbərTv.info

Digər xəbərlər

Cəlilabad sakini Bakıda narkotiklə tutuldu
Azyaşlıya qarşı şiddət göstərən tərbiyəçi təhqiqata cəlb edildi
Bakıda nəhəng ölçülü şişi olan körpə doğulub
Kəbirə Məmmədovaya AĞIR İTTİHAMLAR -
Azərbaycanda bir dəqiqəlik sükut olacaq
Sinif yoldaşları Prezidenti təbrik etdi
Azərbaycanda vəzifəli şəxs vəfat etdi
Mələkxanımın qızının toyundan yerə görə küsüb gedən məşhur cütlük ONLAR İMİŞ - FOTO
Paşinyan: "Ən azı beş rayonun qaytarılmasını təklif etməliydim..."
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin müavini biznes yolunda
Bakıda məktəb direktoru vəfat edib - FOTO
Azərbaycanda maşın "Təzə bazar"a girdi: yaralılar var - VİDEO
"Qərbi azərbaycanlılar bu ərazilərə köçürülsün" - Millət vəkilindən TƏKLİF
“1400 azərbaycanlı həkimin getməsi çox düşündürücüdür”
“Millimizi çempionatın gedişatı ilə ölçsək, gərək, yaylıq götürüb ağlayaq” – Samir Abasov
"Real Madrid" daha bir ulduzu transfer edir!
Mədəniyyət naziri vəzifəsini icra edən şəxs məlum oldu - EKSKLÜZİV
Qayınanasını yataq otağına salıb zorladı, sonra... - Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ
Rus aktyor transseksualı öldürüb, doğrayıb cəsədini çaya atdı
İlham Əliyev: “Məcburi köçkün ora istirahətə gedəcəksə, niyə pul xərclənməlidir?”
"SMS-lə icazə polisin vətəndaşları qanunsuz cərimələməsinin qarşısını alacaq"
Fonda daha hansı nazirlər nə qədər ianə etdi? - Siyahı
Düşmən yeni təxribatlara hazırlaşır?
Xidməti vəsiqə ilə hərəkətinə icazə verilən şəxslər - SİYAHI
Anar Cəbrayıllını ifşaedən ikinci-SƏSYAZISI
Ağcabədidə Təranə Məmmədova və Cəsur Paşayev kabusu dolaşır... -
"Zirə" komandasında yeni təyinat olub
Almaniya Rusiya neftinə embarqonu DƏSTƏKLƏDİ
İlham Əliyev Çex Respublikasının yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib -
“İnterpol” 43 yaşlı Azərbaycan vətəndaşını axtarır
{sape_links}{sape_article}