Son dəqiqə
8-12-2022, 08:14
1 923

Tovuzda “Falçı Fazil”in “qara-qura əməlləri” -RƏZALƏT

Tovuzda “Falçı Fazil”in “qara-qura əməlləri”

Deməli, “Falçı Fazil”lə yerli hüquq-mühafizə orqanı əməkdaşları arasında “ŞAH SULTAN” sülh müqaviləsi sənədi imzalanıb ki, hal-hazırda bir kimsə bu şəxsə “qaşın üstə qara var” deməyə belə cürət etmir

Məlumdur ki, insanlar qədim zamanlarda olduğu kimi, bugünkü gündə də bir çox fövqəltəbii inanclara hədsiz dərəcədə maraq göstərirlər. Bütün bunlara əsas səbəb, insanların bilmədiklərinin onlar üçün sirli olması olur. Faktdır ki, əsrlər boyu insanlar bilmədiklərini, yaxud da onlar üçün sirli olanları öyrənmək məqsədilə müxtəlif metodlardan istifadə etmişlər. Zaman dəyişib dövr yeniləşdikcə isə, insanların bu yöndə tələbatlarını ödəmək məqsədilə, bu işi ixtisas halına gətirən, yaxud da müxtəlif yollarla cəmiyyətdə böyük etibar qazanmağı bacaran şəxslər meydana çıxmışlar. Yəni, kahin, sehrbaz, cadugər, falçı, baxıcı və s. kimi adlar adı altında ixtisaslaşan belə şəxslər, məhz görünməyən məxluqlarla əlaqə qurmaq, hətta təbiətdəki bəzi varlıqların, əşyaların vəziyyətini, davranışlarını və s. yoza bilmək bacarıqlarının olduğunu dilə gətirirlər. Falçılıq fəaliyyəti ilə məşğul olmaq, əslində gələcəkdə baş verə biləcək hadisələr, yaxud da qeyb aləminə aid məlumatlar haqda öncədən xəbər vermək kimi qəbul olunur. Çox zaman belə fəaliyyət növü ilə məşğul olanlar özlərinin qüvvətli hissiyata malik olmalarını, hətta fövqəltəbii güclərlə əlaqəyə girmək bacarıqlarının olması iddiasını da irəli sürürlər. Bütün bunlara baxmayaraq, son illər dünyada və ölkəmizdə baş verən hadisələr, daha çox elm və texnika sahəsində əldə olunan naliyyətlər onu sübut etdi ki, falçılıq fəaliyyəti insanların həyatı ilə oynamaq deməkdir, insanları psixoloji cəhətdən özündən asılı vəziyyətə salmaq deməkdir, ən əsası qazanc məqsədi daşımaqla insanlara qarşı törədilən dələduzluq əməlləridir. Çünki, elm sübut edir ki, hər kəs öz həyatına rasional, məntiqlə yanaşmalı və hər hansı cəfəngiyyatlara inanmamalıdır.

Elm sahəsi falçılıq fəaliyyətini tamamilə inkar etsə də, bu gün əksər bölgələrdə, ayrı-ayrı şəhər və rayonlarda, kənd və qəsəbələrdə falçılıq işi ilə məşğul olan neçə-neçə şəxslər var ki, onlar hüzuruna gələnlərə kart açmaqla, tas qurmaqla, yaxud da müqəddəs “Quran kitabı”na baxmaqla minbir hoqqalardan çıxırlar. Amma, həmin şəxslər onu dərk etmirlər ki, bu cür əməllər o böyük Allah-Təalanın qarşısında qol qoyulan ən böyük günah işlərdəndir. Hal-hazırda Tovuz rayonunun Əlimərdanlı kəndində falçılıqla məşğul olan və tam əksəriyyətin “Falçı Fazil” adı ilə tanıdığı bu şəxs də, məhz belə əməl sahibidir. Bu şəxsi tanıyanlardan bir çoxları iddia edirlər ki, “Falçı Fazil” minbir hoqqalarla məşğul olur və çox zaman kimlərisə hansısa problemlərlə üz-üzə qoyur, yaxud da kimlərinsə olmazın müsibətlərlə üz-üzə qalmalarına şərait yaradır. Baxmayaraq ki, bu cür çirkin əməllərlə məşğul olmağı müqəddəs İslam dini də qadağan edir. Amma, “Falçı Fazil” hələ də dinin belə bir tələblərinə məhəl qoymur və daha çox var-dövlət əldə etmək üçün, gündəlik düşünüb-daşındığı addımlarını atmaqda davam edir.

Qeyd edək ki, falçı Fazilin əməllərində cinayət tərkibli addımlar olur ki, məhz həmin addımlar yalnız hüquqi müstəvidə araşdırıla bilər. Digər tərəfdən, bugünkü Qanunvericilik bu şəxsin və ya digərlərinin belə bir fəaliyyət növü ilə məşğul olmalarını qəti şəkildə qadağan edir. Dolaşan söz-söhbətlərə görə, bu şəxs təkcə Tovuz rayonu ərazisində olan insanları deyil, hətta ətraf ərazilərdən gələnləri də çox ustalıqla “tora salmağı” bacarır. Bəzi şəxslərin iddialarına görə “Falçı Fazil” hüzuruna gələn şəxslərdən əldə etdiyi “haqq-hesab”ların qarşılığında, məhz onlara gələcəklə bağlı “bildikləri”ni mərhələ-mərhələ çatdırır. Onun bu cür addımını atmaqda başlıca məqsədi, müştərilərindən daha çox “haqq-hesab” əldə etmək olur. Məsələn, bu şəxs mücərrəd açıqlamalarla, dumanlı vədlərlə, xurafatla və s-lərlə hüzurunda olanlara uzun-uzadı “yağlı vədlər” verir və yeri gəldikdə onları çaş-baş salmağı da bacarır. Bildirək ki, bu gün “Falçı Fazil”in Əlmərdanlı kəndində təmtəraqlı villaya bənzər yaşayış evi, hətta şəxsi istifadəsində ən son model “Land Kruzer” markalı, hansı ki, qiyməti təqribən 270 min dollar dəyərində olan avtomobili də var. Bu şəxs illərdir ki, hər həftənin üç günü Əlmərdanlı kəndində, üç günü isə Bakı şəhərində falçılıq fəaliyyəti ilə məşğul olur. Hazırda “Falçı Fazil” elə bir imkana sahibdir ki, onun sürücüsü də var və elə ki, bu şəxs Bakı şəhərinə getməli olur, o halda sürücüsü onu Gəncə şəhərinə aparır və o, oradan təyyarə ilə Bakıya uçur. Bəli, bütün bunların hamısı külli miqdarda vəsaitlər hesabına başa gəlir ki, bu da Fazillin geniş maliyyə imkanına malik olduğunu göstərir.

Onu da bildirək ki, bu şəxs Əlmərdanlı kəndindəki evinə yaxın yerdə mağaza açıb və hüzuruna gələn hansısa müştərinin bəxt-taleyinə baxarkən, o halda həmin şəxsə “Sən get o mağazadan filan, filan şeyləri al gətir” deyir. Bəli, “Falçı Fazil”in sahib olduğu mağazada “bəxt-taleyə baxdırmaq”, “cadu etdirmək” və s. üçün lazım olan hər şey, o cümlədən iynə, sap, at nalı, eşşək nalı, saqqız, yumurta, müxtəlif iplər və digər şeylər olur ki, onların satışının həyata keçirilməsi, məhz gündəlik bu şəxsə külli miqdarda gəlir əldə etməyə imkan verir. Məsələn, “Baxici Fazil” hüzuruna gələnlərə “Mən sənin qızının bəxtini açacağam, yaxud da “elə edəcəyəm ki, evindən acıq edib getmiş həyat yoldaşın evinə dönəcək”, “səni bədnəzərlərdən xilas edəcəyəm” və s. kimi boş-boş vədlər verir və bu yolla da o, insanların ciblərinə girir.

Ötən illərdə, hansı ki, pandemiyanın tüğyan etdiyi vaxtlarda dəfələrlə şahidi olmuşuq ki, bu şəxsin həyətində insanlar kütləvi şəkildə toplaşıblar. Buna görə də elə hallar olub ki, qanun pozuntuları ilə bağlı həm yerli icra hakimiyyəti orqanı əməkdaşları, həm də hüquq-mühafizə orqanı əməkdaşları tərəfimizdən məlumatlandırılıblar. Təəssüflər olsun ki, bir neçə dəfə əraziyə cavabdehlik daşıyan sahə müvəkkili “biz “Baxici Fazil”in həyətinə toplaşanları ərazidən uzaqlaşdırsaq da, az sonra onlar yenidən bu şəxsin həyətinə toplaşırlar” cavabını verib. Bu da onu söyləməyə əsas verir ki, “Falçı Fazil”lə yerli hüquq-mühafizə orqanı əməkdaşları arasında “ŞAH SULTAN” sülh müqaviləsi sənədi imzalanıb ki, bu gün o, toxunulmaz şəxsə çevrilib. Yəni, hal-hazırda bir kimsə bu şəxsə “qaşın üstə qara var” demək istəmir. Amma, o məqamı da unutmaq olmaz ki, yaxın qonşomuz olan İran tərəfi ölkəmizdə casus şəbəkəsi yaratmaqla, bu gün də qarşılarına qoyduqları çirkin planlarını yerinə yetirməyə çalışırlar. Ona görə də ehtimal etmək olar ki, belə bir şəbəkəyə qoşulanlardan hansısa biri, bəlkə də “Baxici Fazil”in də hüzuruna baş çəkir və bu ünvanda olanlar arasında təbliğatlarını da aparırlar. Söz yox ki, bu bizim düşündüyümüz ehtimallardan biridir.

Bəli, “Falçı Fazil”in əməllərini təhlil edib belə qənaətə gəlmək olar ki, bu şəxsin fırıldaq əməllərinə göz yummaq, ona qarşı mübarizə aparmamaq, sanki “şeytan”ı müdafiə etməyə bərabər bir işdir. Çünki, əldə etdiyimiz bəzi məlumatlara görə, Tovuz rayonunda bu şəxsin əməllərinə qarşı artıq kütləvi narazılıq hissinin baş qaldırması yöndə müəyyən işartılar özünü göstərir. Ola bilər ki, yerli sakinlər “Falçı Fazil”lə bağlı lazımi addımların atılması üçün, hansısa formada yekdil qərara da gəldilər. Yəqin ki, o halda bu şəxsə etdiyi dələduzluq əməllərində köməklik göstərən şəxslər də, məhz onu düşdüyü burulğandan xilas edə bilməyəcək.

P.S. Hörmətli oxucular! Çox yaxın vaxtlarda “Falçı Fazil”in kimlərin başına gətirdiyi olmazın oyunlarla bağlı açıqlamalarımızı, bu şəxsin hansı yollarla imkanlı şəxsə çevrilməsinin səbəbləri haqda məlumatları və s. hər kəsin diqqətinə çatdırmağa çalışacağıq. O halda oxuyub biləcəksiniz ki, bu “Falçı Fazil” adı ilə tanınan şəxs, hansı “qara-qura əməllər”in sahibidir. Odur ki, bizi izləməyi unutmayın.

XəbərTv.info

Digər xəbərlər

Qaradağda koronavirusa qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir
Blinkenin ardınca Leyen də Əliyevə zəng etdi: Seçim…
Tağı Əhmədova qarşı 2 milyon manat dələduzluq edən şəxs yenidən hakim qarşısında
Məhkəmə icraçısı Vüqar Qasımov qərarları rüşvətlə icra edir ?- Arif Qasimovun qardaşı qanunları saymır ?
Rövşən Əhmədova yüksək vəzifə VERİLDİ
Paşinyan Qarabağla bağlı razılaşmanı imzalamasının səbəbini açıqladı
Teledərslərin sabaha olan cədvəli
Azərbaycanda təhsillə bağlı qərar verildi - RƏSMİ
Şəhriyar Məmmədyarov: "Teymur Rəcəbov İddiaçılar Turnirinə dəvət edilməlidir"
Ukraynalılara zorla Rusiya pasportu paylanılır -
Sertifikasiyadan keçməyən müəllimlərin nəzərinə: Yalnız bu halda müəllim işləyə bilərlər
Ziya Məmmədov 10 milyard pulu necə xərcləyib?
Azərbaycan niyə Olimpiadada qızıl medal qazana bilmədi? - SƏBƏBLƏR
Gecə saat 3-5 arası yuxudan ayılırsızsa....- Beyniniz sizə bunu demək istəyir
Gəncədə baş həkimin pul düşkünlüyü və ölümə sövq edilən xəstələr
Oyun dağılıb: Xəstə müalicə edilir -
Atası azərbaycanlı olan erməni nazirin Azərbaycandakı restoranı - VİDEO
Azərbaycan neftinin qiyməti 127 dolları ötdü
Bank nəhəngi Goldman Sachs da Rusiyanı tərk edir
Putin Azərbaycana gəlir
İyunun 21-i Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
AMEA-da yeni şöbələr yaradılıb, təyinatlar olub
Azərbaycanda evi necə almaq olar? -
İlham Əliyev: "Ermənistan müharibəyə hazırlaşır"
Tayson təyyarədə sərnişini DÖYDÜ -
DİN-dən xaricə getmək istəyən şəxslərə XƏBƏRDARLIQ!
Bakıda bu qadın yeniyetmələri görün nəyə məcbur edir
169 milyon dollarla qaçdığı deyilən Əşrəf Qani danışdı: “Bir paltar və çəkələyimlə...” - VİDEO
Maskalar yırtıldı, oyun bitdi -
Rus əsgərlərinin cəsədləri ilə dolu avtomobil -