Son dəqiqə
İdman / Manset
28-11-2022, 10:40
350
DÇ-də 2-ci tur başa çatır - Portuqaliya Uruqvaya qarşı

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün ikinci tura yekun vurulacaq.
XəbərTv.info məlumat verir ki, G və H qruplarında ümumilikdə 4 oyun keçiriləcək.
Günün ilk matçı G qrupunda Kamerun və Serbiya yığmaları arasında olacaq. Bu qrupun digər görüşündə isə Braziliya İsveçrəni sınağa çəkəcək.
H qrupunda Cənubi Koreya Qana ilə, Portuqaliya isə Uruqvayla münasibətlərinə aydınlıq gətirəcək.
DÇ-2022
28 noyabr
G qrupu
14:00. Kamerun – Serbiya
Baş hakim: Məhəmməd Abdulla Hassan (BƏƏ).
“Əl-Cənub” stadionu.
20.00. Braziliya – İsveçrə
Baş hakim: İvan Barton (Salvador).
“974” stadionu
Xal: Braziliya – 3. İsveçrə – 3. Kamerun – 0. Serbiya – 0.
H qrupu
17:00. Cənubi Koreya- Qana
Baş hakim: Entoni Teylor (İngiltərə).
“Edukeyşn Siti” stadionu.
23:00. Portuqaliya – Uruqvay
Baş hakim: Əlireza Fəqani (İran).
“Lusail İkonik” stadionu.
Xal: Portuqaliya – 3. Uruqvay – 1. Cənubi Koreya – 1. Qana – 0.