Son dəqiqə
8-12-2022, 13:15
382

Misir Qasımlı ilə bağlı Ukrayna XİN-ə 10 nota göndərilib

Misir Qasımlı ilə bağlı Ukrayna XİN-ə 10 nota göndərilib

“Dekabrın 6-da Azərbaycan vətəndaşları Misir Qasımlı və Sübhan Quliyev Ukraynanın Kiyev vilayəti Obuxov rayon məhkəməsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum olunublar. Hazırda müdafiə olunan tərəf məhkəmə qərarı ilə bağlı müvafiq apelyasiya şikayətinin verilməsi istiqamətində iş aparır”.

XəbərTv.info Qafqazinfo-ya istinadən məlumat verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfirliyinin Kiyevdə Azərbaycan vətəndaşları Misir Qasımlı və Sübhan Quliyevin məhkəmə işi və həbsi məsələsi ilə bağlı yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, Böyük Britaniya vətəndaşının şikayəti əsasında Ukrayna Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə cinayət işində təqsirləndirilən M.Qasımlı və S.Quliyev 2021-ci ilin 9 iyun tarixindən saxlanılıb:

“M.Qasımlının ailə üzvləri səfirliyə məlumat verdikdən sonra, səfirlik məsələ üzrə zəruri tədbirlər həyata keçirib. M.Qasımlının ailə üzvləri və şəxsən özü ilə telefon əlaqəsi saxlanılıb, vəkili və qohumları ilə dəfələrlə görüş təşkil olunub.

İttihamların erməniəsilli şəxslərin sifarişi əsasında olduğu, istintaq zamanı və məhkəmə prosesində bir sıra qərəzli məqamların, eləcə də hüquq pozuntularının mövcudluğu barədə səslənən fikirlərə aydınlıq gətirilməsi məqsədilə səfirlik tərəfindən müvafiq iş aparılıb. Bu məlumatlardan narahatlığın əks olunduğu müraciətlər səfirlik tərəfindən Ukrayna Xarici İşlər Nazirliyinə ünvanlanıb.

Ümumilikdə, məsələ üzrə Ukrayna XİN-ə 10 nota, digər qurumlara çoxsaylı məktublar göndərilib, proses səfirliyin diqqət mərkəzində saxlanılıb. Səfirlik məsələ barədə məlumat aldıqdan sonra bütün iclaslarda (səfirliyə məlumat verilmədiyi üçün bir apelyasiya iclası istisna olmaqla) iştirak edib.

Səfirlik, məhkəmənin işinə və hüquqi prosedurlara müdaxilə olmadan prosesin ədalətli şəkildə həyata keçirilməsi məqsədilə, qanun çərçivəsində bütün mümkün zəruri tədbirlər görməkdə davam edir”.

Digər xəbərlər

İlham Əliyev Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi
“Zəfər” ordeninin statusu məlum oldu
Bakıda iki qızı vəhşicəsinə döyüb yola atdılar
Sabah YAP MSK üzvlüyünə namizədlərini müəyyənləşdirəcək
Erməni silahlılar Bəyanatdan sonra Qarabağa gəlib - FAKT
ŞÖBƏ RƏİSİ GÜNAHI GENERALA, O DA QARALOVA ATDI -
Vüqar Bayramov qardaşının həbsindən DANIŞDI
Qayınana hadisə yerində, qayınata isə xəstəxanada öldü: Prokurorluq dəhşətli cinayət barədə məlumat yaydı
İyulun 15-nə olan hava proqnozu
Rafiq Bayramovla Zakir Sultanovun da həbs müddəti uzadıldı
Xəzərdə zəlzələ oldu
“Ayaks” çempionluq kubokunu əridib
Şuşa şəhərinə içməli suyun verilməsinə başlanıldı - FOTOLAR
DTX açıqladı: Neftçaladakı əməliyatda kimlər tutuldu... - Adlar və vəzifələr/Video
Azərbaycanda general qardaşının özünü ürəyindən güllələməsi ilə bağlı cinayət işi açıldı
Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi keçirilib
Sabah 25 dərəcə isti olacaq
Bakıda vəkil intihar etdi
Saleh Məmmədovun işçisindən ŞOK AÇIQLAMA
Model dəfilə zamanı podiumda yıxılıb öldü - Video
"Kiyevdə 50-yə yaxın səfirlik fəaliyyətini bərpa edir" - Zelenski
Rəsmi iş yeri olmayanlar ömürlük kirayədə qalacaq? -
`QARA MASKALI`lar SDU rektorunun QAPISINI DÖYƏCƏKMİ? -
Zaur Mikayılov kollektivə təqdim edildi
MİDA yeni BAZARLIĞA HAZIRLAŞIR... - Əliniz cibinizdə olsun...
Xudatda narkotik satışına görə iki nəfər TUTULDU
Prezident işdən çıxarılan icra başçılarından danışdı
İpoteka və Kredit Zəmanət Fondundan kirayə mənzillərlə bağlı MÜHÜM AÇIQLAMA
Sakinlər su problemi ilə bağlı yolu bağlamağa cəhd etdi: Saxlanılanlar var
Novxanıda gənclər və yeniyetmələr arasında narkotiki təbliğ edən şəxs saxlanılıb - FOTO - VİDEO
{sape_links}{sape_article}