Son dəqiqə
Dünya
8-12-2022, 20:14
396
Cənubi Koreya dünyada istifadə edilən yaş senzini tətbiq edəcək

Cənubi Koreya parlamentində verilən qərarla ölkə ərazisində ənənəvi yaş hesablanmasına son qoyulub.
XəbərTv.info xarici KİV-ə istinadən xəbər verir ki, qərara əsasən, vətəndaşlar yeni dövrə qədəm qoyacaq.
2023-cü ilin iyun ayında qüvvəyə minəcək sistemlə Cənubi Koreya əhalisi dünyada istifadə edilən yaş tətbiqindən yararlanacaq.
Belə ki, Cənubi Koreyada insanlar doğulanda 1 yaşında sayılırlar. Lakin Yeni ildən etibarən bu qayda ləğv ediləcək. Onlar dünyanın istifadə etdiyi yaş tətbiqindən yararlanancaqlar.