Son dəqiqə
17-01-2020, 14:00
869

Sahil Babayev bu şəxslərin maaşının artırılmasından danışdı

Sahil Babayev bu şəxslərin maaşının artırılmasından danışdı
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA əməkdaşlarının Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşü keçirilib.

AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsindən Axeber.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev ölkə Prezidenti İlham Əliyev tərəfindən ölkədə bütün sahələrdə olduğu kimi əhalinin sosial müdafiəsi sahəsinə də böyük diqqət yetirildiyini xüsusi qeyd edib, bugünkü görüşün sosial sahəyə həsr olunduğunu bildirib.

Sonra Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev rəhbərlik etdiyi qurumun fəaliyyətini əhatə edən məruzə ilə çıxış edib. O bildirib ki, ötən il sosial sahə üçün islahatlar ili adlandırıla bilər, həmin islahatların ölkə əhalisinin 42%-nə, yəni 4,2 milyon insana şamil olunduğunu əlavə edib. Müvafiq sahə üzrə görülən işlərdən danışan nazir 2019-cu ildə minimum əmək haqları və pensiyaların artırıldığını diqqətə çatdırıb. Nazir alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycanın MDB ölkələri sırasında ikinci yerə yüksəldiyini qeyd edib: “Ötən il ərzində pensiya islahatları aparılıb, təqaüdlər orta hesabla 72%, o cümlədən yaşa görə verilən pensiyalar 15%, əlilliyə görə verilən təqaüdlər isə 22% artırılıb. Bundan əlavə, pensiya təyinatının avtomatlaşdırılması üzrə işlər davam etdirilib”.


Vətəndaşların rifahı və həyat səviyyəsinin yaxşılaşdırılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayan Sahil Babayev əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində idarəçiliyin və əhaliyə xidmətlərin optimal və şəffaf, çevik iş mexanizmləri üzərində qurulduğunu, həssas qrupları əhatə edən sosial müdafiə və aktiv məşğulluq proqramlarının həyata keçirildiyini bildirib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə baş tutan DOST layihəsindən danışan nazir gələcəkdə ölkə üzrə 31 DOST mərkəzi şəbəkəsinin yaradılacağını qeyd edib.

2019-cu ildə 64 min nəfərin işlə təmin olunduğunu vurğulayan S.Babayev ümumilikdə 10 min kiçik biznes müəssisəsinin yaradıldığını deyib və bu rəqəmi Azərbaycanın böyük uğuru adlandırıb.

Sosial tədbirlər sahəsində aparılan elektronlaşma haqqında geniş məlumat verən məruzəçi nazirlik üzrə 132 xidmətdən 50-sinin artıq elektronlaşdığını, qurumun elektron bazalarının Vergilər Nazirliyinin bazalarına inteqrasiya olunduğunu diqqətə çatdırıb. Həmçinin sosial portalın yaradıldığını bildirən nazir hər bir vətəndaşın öz şəxsi onlayn kabinetinə daxil olaraq bütün lazımi məlumatları əldə edə bildəcəyini əlavə edib.

Daha sonra S.Babayev AMEA əməkdaşları tərəfindən səsləndirilən suallara və təkliflərə aydınlıq gətirib. Fikir mübadiləsi zamanı əməkhaqları, təqaüd, elmi dərəcə və elmi adlara görə verilən əlavə ödənişlərin artırılması, zərərli iş şəraitinə görə ödənişlərin edilməsi, sosial sığortaların hesablanması və digər bu kimi mühüm məsələlər müzakirə olunub. Nazir gələcəkdə sosial sahə üzrə sistemlərin avtomatlaşdırılması, qanunvericilikdə mövcud olan boşluqların aradan qaldırılması, zərərli maddələr siyahısına əlavələrin edilməsi və hüquqi-normativ sənədlərdə aparılan təsnifatın təkmilləşdirilməsi işində ölkə alimlərinin potensialından istifadə edilməsinin zəruriliyini vurğulayıb.

Sonda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Akademiya əməkdaşları adından Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə minnətdarlığını ifadə edərək belə formatda görüşlərin bundan sonra da davam etdiriləcəyini nəzərə çatdırıb.

Digər xəbərlər

Yeni tikililərdə fırıldaq: Çıxarışdakı rəqəmlə müqavilədəki niyə üst-üstə düşmür? — VİDEO
Qərb ölkələri Ermənistanda nədən qorxur? -
Pakistanda İslam məktəbində partlayış: Çox sayda ölənlər və yaralananlar var
Xəstəxana əməkdaşı müdir müavininin otağında intihara cəhd etdi - ŞİKAYƏT
“Qarabağ tarixi” dərsliyinin adı dəyişdiriləcək
Azərbaycanla Türkiyə arasında vizasız rejim qüvvəyə mindi
Tanınmış iş adamı koronavirusdan vəfat etdi
İŞİD Suriyada partlayış törətdi
Gəncə sakini qardaşı arvadından lüt şəkillərini göndərməsini istədi
Ələddinin SEHİRLİ YEYİNTİSİ...
DİN-dən “Xudatda COVID-19 alveri” iddiası ilə bağlı AÇIQLAMA - FOTO
Sədərək Ticarət Mərkəzində TƏHLÜKƏLİ MƏNZƏRƏ...
Göygöldə yol tikintisinə 9,6 milyon manat ayrılıb - SƏRƏNCAM
Ermənistan Konstitusiya Məhkəməsinin sədri Paşinyanı məhkəməyə verdi
Azərbaycanda oğlan keçmiş sevgilisinə hücum etdi - ANBAAN VİDEO
Betonqarışdıran maşının aşması nəticəsində xəsarət alan şəxsin kimliyi bilindi - YENİLƏNİB
Ağcabədi şəhəri atəşə tutulur - Yaralılar var
Ukraynalılara zorla Rusiya pasportu paylanılır -
Mərkəzi Klinikada BİABIRÇI OLAY - Xəstənin öldüyünü gizlədib əlavə 4500 pul istədilər
Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik etdi
Bunu etməyən sürücülər inzibati məsuliyyətə cəlb ediləcəklər"
Milli Məclisin Aparatı buraxılıb - EKSKLÜZİV
İlham Əliyevdən dörd rayonun su təchizatı ilə bağlı SƏRƏNCAM
Məzənnə açıqlandı
Zəngilanın icra başçısı çətin durumda... - İDDİA
Əli Əhmədovun dəbdəbəli bağ evi: Əli Həsənov bura tez-tez gəlirmiş - FOTO
Sumqayıt Tibb Mərkəzinin direktorunun 3 milyonluq yeyintisi…
Türkiyədə vaksinasiya edilənlər karantin qadağalarından azad ediləcək
Kafe və restoranlar bu tarixdə açılacaq - RƏSMİ
Erotik rola çəkilmiş 6 azərbaycanlı aktrisa — FOTO
{sape_links}{sape_article}