Son dəqiqə
30-01-2023, 08:58
132

Bakıda gimnastika üzrə beynəlxalq turnir keçirildi - Fotolar

Bakıda gimnastika üzrə beynəlxalq turnir keçirildi

28-29 yanvar tarixlərində “Sports box” klubunun təşkilatçılığı ilə 1-ci “Victory cup (Zəfər yarışı)” adlı açıq birincilik keçirilib.

Yarışda Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Qazaxıstan, Küveyt və BƏƏ-dən ümumilikdə 300-dən artıq gimnast iştirak edib.

Azərbaycanı bu yarışda “Sports box” klubunun üzvləri ilə yanaşı paytaxt Bakıdan və bölgələrimizdən olan 6 klub təmsil edib.

Açılış mərasimində Milli Məclisin deputatı Aydın Hüseynov, Xalq artisti Təranə Muradova, vətənpərvərlik ruhunda mahnıları ilə məşhur olan “Şeron” qrupu və şəhid anaları iştirak edib.

Yarışı giriş sözü ilə açan klubun direktoru Leyla Musayeva iştirakçıları və ölkəmizin qonaqlarını salamlayıb, onlara uğurlar diləyib.

L. Musayeva çıxışında bildirib ki, bu gün ölkəmizdə bədii gimnastikaya olan maraq günü-gündən artır. O, Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın ölkəmizdə bədii gimnastikanın inkişafına yönələn sonsuz diqqətindən söhbət açıb, idmançılarımıza göstərdiyi qayğıdan böyük minnətdarlıq hissi ilə danışıb.

“Sports box” klubunun fəaliyyətindən söz açan klubun direktoru Leyla xanım bildirib ki, məşqçi və gimnast heyəti qarşıdan gələn respublika əhəmiyyətli çempionatlarda iştirak etmək üçün var qüvvələri ilə çalışırlar. O, bu yarışlarda iştirak etmək hüququ qazanmaq üçün artıq avqust ayından Azərbaycan Gimnastika Federasiyasına və Azərbaycan Gənclər və İdman Nazirliyinə müraciət etdiklərini də vurğulayıb.



Digər xəbərlər

Türkiyə hökuməti qoruyucu maskalar istehsal edən fabrikləri hədələyib
Bu gün neçə şagird koronavirusa yoluxub?
“Fəhlə bazarı”ndakı qadınlardan nazirliyə şərt: - 600-1000 manat maaşı olan iş verin
Fatih Terimin Bakıda keçirəcəyi mətbuat konfransının vaxtı açıqlandı
200 gündən artıqdır bağlı qalan metroda hansı işlər görülüb?
Neftçalada ŞÜBHƏLİ ANLAŞMA...
“Səbail” – “Neftçi” matçını FIFA referisi idarə edəcək
Azərbaycanda 4 ildi övladı olmayan qadın özünü öldürdü
FHN hava ilə bağlı əhaliyə müraciət etdi
Əli Həsənovun ailəsinə məxsus altı şirkət ləğv olunur
Borca görə həbs edilən şəxs, ödənişdən azad edilir? - AÇIQLAMA
Azərbaycanlı pilotun cəsarəti türkləri heyrətə gətirdi: "Aslansın" - VİDEO
Bakıda koronavirusa yoluxmanın ən çox qeydə alındığı rayonlar açıqlandı
Azərbaycanda ən çox hansı sosial şəbəkələrə maraq var? - STATİSTİKA
Halil Sezai hakim qarşısına çıxarılır
Hacıbala Abutalıbov danışdı
Türkiyədə həbs edilən NTV əməkdaşları azadlığa buraxıldı
Beyləqandan qovulan deputatdan “ÜTÜLÜ” PAYLAŞIM – FOTO - VİDEO
Belçika şirkəti Fikrət Əmirova edilən hərəkətə görə üzr istədi
Azərbaycan Prezidenti Almaniyada səfərdədir
Dağlıq Qarabağdakı azərbaycanlılar: Gözlənilən geri dönüşün vacib məqamları - TƏHLİL
Avropa Liqasında II-ci tura yekun vuruldu - NƏTİCƏLƏR
İsveçin baş naziri Zelenskiyə 1711-ci ilin tarixi sənədini təqdim etdi
“İmarət” və Şuşa şəhər stadionu yenidən bərpa ediləcək
ABŞ, Avstraliya, Böyük Britaniya və Kanadadan sonra Slovakiya da Olimpiya Oyunlarını boykot etdi
Gürcüstanda seçkilər keçirilir
İlham Əliyev: “Ermənistanın pulsuz silahlanması Rusiya tərəfindən təmin edilir”
Günün qoroskopu - 17.03.2020
İtkin düşən daha bir hərbçimizin şəhid xəbəri gəldi – FOTO
“Çölçü” bu dəfə ABŞ-da uğur qazandı
{sape_links}{sape_article}