Son dəqiqə
17-01-2020, 15:42
514

"Hər kəs ulduz ola bilməz"

"Hər kəs ulduz ola bilməz"
Müğənni Səmra Rəhimlinin “Bu il Azərbaycanı Rusiya şou-biznesindən kimsə təmsil etməlidir. “Eurovision”a ulduz lazımdır və hər kəs ulduz ola bilməz” fikirləri müzakirəyə səbəb olub.

Axşam.az məsələ ilə bağlı bir neçə ifaçının münasibətini öyrənib. “Eurovision 2011” qalibi Eldar Qasımovun düşüncəsi belədir:

“Bu müsabiqə bütün dünyadakı mədəniyyət təmsilçilərini bir yerə toplayır və həmrəy edir. Ümumiyyətlə, mahnını bir neçə fərqli ölkənin nümayəndəsi birləşib ərsəyə gətirsə, gözəl alınar. Səmranın fikirlərinə qarşı ola bilmərəm. Pis fikir deyil. Ancaq düşünürəm ki, Azərbaycanda istedadlılar bitəndə, başqa ölkəyə müraciət edə bilərik. Çünki kifayət qədər istedadlı ifaçılarımız var. Onları göndərməyimiz bizi daha çox sevindirər, nəinki başqa ölkənin təmsilçisini.



Səmra Rusiyada yaşayan azərbaycanlıları da nəzərdə tuta bilər. Lakin fikir versəniz, biz yaxşı olan bir şeyi həmişə kənardan tapmağa çalışırıq. Amma özümüzü “qaşıyıb” içimizdən çıxarsaq, onlardan sözün yaxşı mənasında istifadə edib, ön planda ola bilərik. Məncə, öncəliklə özümüz vətənimizi təmsil edəcək istedadlar yetişdirməliyik”.

Murad Arif isə Səmranın ad çəkmədən səsləndirdiyi fikrin ünvanını göstərib:

“Səmra xarici ulduz deyəndə Emin Ağalarovu nəzərdə tutur. Məncə də, yaxşı seçimdir. Kim gedirsə, ölkəmizə uğurlu olsun. Başqalarını bilmirəm, amma mən getməyə hazıram”.



Müğənni Elvin Abdullayev isə Səmra ilə qismən razıdır:

“Bir sözü ilə razıyam: hər kəs ulduz ola bilməz. Fikrimcə, bu il Gülyaz və Gülyanaq bacıları "Rast" qrupu ilə “Eurovision”a qatılsa, möhtəşəm olar. Gözəl səsləri ilə Avropanı ayağa qaldırarlar”.

Digər xəbərlər

“UEFA Trampa bənzəyir” - “Ayaks” rəsmisi
Bakıda icbari tibbi sığorta niyə işləmir?
Ermənilər Şurnuxunu da yandırırlar
Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində və TƏBİB-də yoxlamalar aparıb
Almaniya Kubokunda ilk Finalçılar bəlli oldu.
Qaradağda  dezinfeksiya işləri daim nəzarət  altındadır - Foto
DİN Mətanət İsgəndərlinin nəvəsinin döyülməsi ilə bağlı araşdırmaya başladı
"SMS-lə icazə polisin vətəndaşları qanunsuz cərimələməsinin qarşısını alacaq"
Xəzər dənizində yeni neft yatağı kəşf edildi
Bacısını qayçı ilə vuran şəxs cəzalandırıldı
Cəlilabadda ölü at ətini mal əti adı altında satan şəxs saxlanılıb -
Nazir müavininin MİLYONLUQ OBYEKTLƏRİ VƏ BİZNES ŞƏBƏKƏSİ
Prezident Davosda: Qarabağla bağlı müzakirə... - Şərh
İşğaldan azad olunmuş Şuşa şəhərinin video görüntüləri
Yoluxanların sayı artmaqda davam edir
Şəhriyar Kasparova bu cür qalib gəldi – VİDEO
Bakının gözəlləşməsini istəməyənlər...
Zakir Həsənov: “Ermənistan 2020-ci il müharibəsindən nəticə çıxarmadı” -
Nobel mükafatçısı dünyasını dəyişdi
Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıqovaya ağır İTTİHAMLA...
AVRO-2020-nin kuboku yerə düşüb, qırılmayıb
“Sədərək Yusif” həbs edilə bilər: - Üç maddə ilə cinayət işi açıldı
“Mənə qurşaqdan yuxarı çılpaq videosunu göndərmişdi” - Əli Həsənovla bağlı daha bir İDDİA
“Milan” “Atletiko”ya məğlub oldu
Bakıda falçı gözəllik salonunda elə hərəkət etdi ki…- ŞOK DETALLAR
Rusiyadan Ermənistana raket sistemləri daşınır
Sabah yağış yağacaq
Kəlbəcərə yerləşdiriləcək Azərbaycan Ordusunun hissələri tam hazır vəziyyətdədir
Deputat: "Parisdəki səfirimizi geri çağrılmalıyıq"
Baş Prokurorluq jurnalistin tutulması ilə bağlı açıqlama verdi
{sape_links}{sape_article}