Son dəqiqə
7-06-2023, 12:24
236

Əbülfəs Qarayevin iranlı kürəkəni direktorluqdan getdi - DETALLAR

Əbülfəs Qarayevin iranlı kürəkəni direktorluqdan getdi -
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin kürəkəni Şahriar Maleki “Green Farm Azərbaycan” MMC-nin (VÖEN-1700495641) rəhbərliyindən gedib.

XəbərTv.info yeniavaz.com-a istinadla xəbər verir ki, Matlab Musayev Şahriar Malekinin yerinə “Green Farm Azərbaycan” MMC-yə yeni direktor təyin olunub.
Qeyd edək ki, əslən İrandan olan Böyük Britaniya vətəndaşı Şahriar Maleki 02.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınan “Green Farm Azərbaycan” MMC-nin qanuni təmsilçisidir. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Green Farm Azərbaycan” MMC-yə 2017-ci ilin mayında Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən 5 min hektar torpaq sahəsi ayrılıb.
Xatırladaq ki, Əbülfəs Qarayevin kürəkəninə 5 min hektar torpaq sahəsi ayıran Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev 29 aprel 2020-ci il tarixində Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılaraq Bakıya gətirilib. Bundan təxminən 20 gün sonra Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib.
Əbülfəs Qarayevin kürəkəni Şahriar Malekiyə məxsus olan “Colab” adlı kovorkinq mərkəzi də bu ilin mart ayından etibarən “Port Baku”da yerləşən ofis sahəsindən çıxıb.
Onu da bildirək ki, həm Azərbaycanda, həm də xarici ölkələrdə Əbülfəs Qarayevin ailə üzvlərinə məxsus şirkətlər fəaliyyət göstərir.
“GALS” MMC (VÖEN- 1701354961 ) 2012-ci ildə Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi, ev 19 ünvanında təsis olunub. “GALS” sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərflərindən (Qarayev, Abülfəs, Lalə (həyat yoldaşı) və Suad (qızı)) ibarətdir.
Qeyd edək ki, bir il sonra - 2013-cü ildə Moskva şəhəri, Tatarskaya küçəsi 7 ünvanında Əbülfəs Qarayevin qızı Suad Qarayeva (Maleki) tərəfindən “GALS” adlı daha bir şirkət təsis olunub.
Bundan baqşa sabiq nazirin ailəsinə məxsus “SQ-Future” MMC (VÖEN-1700495641) 2004-cü ildə Səbail rayonu, Müslüm Maqomayev küçəsi, ev 22 ünvanında təsis olunub. “SQ”nin isə Suad Qarayevin baş hərflərindən ibarət olduğu bildirilir. “SQ-Future” MMC-nin qeydiyyatda olduğu Müslüm Maqomayev küçəsi, ev 22 ünvanında sabiq nazirin həyat yoldaşı Lalə Tofiq qızı Kazımovanın (Azərbaycan SSR xalq artisti, rejissor Tofiq Kazımovun qızı) direktor olduğu “Yol+İlk Elmi-Populyar Dərgi Redaksiyası” MMC də qeydə alınıb.
“GALS” adı ilə Azərbaycanda daha 3 şirkət fəaliyyət göstərir - “GALS Gallery”, “GALS Beauty and Spa” və "GALS Cleaning and Supply Services” MMC. Bunlardan başqa “GALS” MMC-nin qanuni təmsilçisi olan Fətullayev Abbas eyni zamanda Nərimanov rayonu, Hacı Murad, ev 21A ünvanında qeydiyyatda olan “TM Group” MMC-nin də qanuni təmsilçisidir.

Digər xəbərlər

Düşmən Goranboy, Tərtər və Ağdamı atəşə tutur
Oqtay Əsədovun həyat yoldaşının şirkəti ötən il 14 milyon gəlir əldə edib (FOTOFAKT)
Ermənistanda qalmaqal: Hərbçilərin cəsədləri mobil soyuducularda saxlanılır
“Belə çıxır ki, dövlət orqanları pullu xidmət göstərir”
Xaçmazda 36 yaşlı kişi güllələndi
Araik Arutyunyan vəzifəsindən azad edildi
Adı qumarda hallanan Fərahil Qəhrəmanovun növbəti qəhrəmanlıqları...
Tramp Ağ Evlə vidalaşdı - VİDEO
Stresə qalib gəlmək üçün bunları edin - Nevroloqdan MƏSLƏHƏTLƏR
Dilqəm Əsgərovun saxlanıldığı yer məlum olub
Haitinin prezidenti güllələndi
Azərbaycanda indiyədək 3138 nəfər koronavirusa yoluxub, 1944 nəfər sağalıb, 36 nəfər vəfat edib
3 nəfərdə mobil telefon aşkarlandığı üçün qəbul imtahanından xaric olunub
Pirallahıda iki narkotacir saxlanıldı
Ərdoğan İranda bu musiqi ilə qarşılandı -
Buralarda Azərbaycan qanunları işləmir?.. - İLGİNC İDDİALAR...
Ceyhun Bayramov Pakistana getdi
"Anar Mədətovun toyu olmayıb, olmayacaq da" - FOTO
Quba şəhərinə və Lənkəranın bu kəndlərinə giriş-çıxış dayandırılır
Şahdağ Milli Parkında yanğın başlayıb
Qadın gözdən əlinin ona göz vurduğunu sanıb onu döydü
Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı
Kirayə tutduğu evin içindən çıxanlar hər kəsi şok etdi /FOTOLAR
Gözəllik salonlarında arıqlama dərmanı adıyla “patı” satılır - VİDEO
Prezident İlham Əliyev Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında iştirak edib
Sabirabadda şəhid məzarlarının üstünü icra hakimiyyəti götürmür - SƏBƏB + İDDİA
Faiq Ağayev “Eurovision”da
Bakıda bu məktəb də koronavirusa görə BAĞLANDI
Qızılağac Milli Parkının əməkdaşları güllələndi
ABŞ əlavə doza vaksinlə bağlı tədqiqtlara başladı
{sape_links}{sape_article}