Son dəqiqə
9-06-2023, 16:00
265

Muxtar Babayevin Gədəbəy rayonu ilə nə düşmənçiliyi var? - VİDEO

Muxtar Babayevin Gədəbəy rayonu ilə nə düşmənçiliyi var? -
Gədəbəy rayonunda ekologiya məhv edilir, insanların sağlamlığı təhlükə altındadır. Həyəcan təbili çalmağın zamanıdır. Videoda gördüyünüz bu göl Gədəbəy rayonunda qızıl zavodunun yaratdığı zəhər gölüdür. Bu zəhər gölü tək Gədəbəyə yox, bütün bölgəyə ziyan vurur. Həm qapalı olmadığına görə, həm də sızıntı vasitəsilə bu zəhər bütün ətrafa yayılır. Dəfələrlə sakinlər yaxınlıqda olan təbii su mənbələrindən su içən heyvanların öldüyünün şahidi olmuşlar. Sızıntı vasitəsilə bu zəhərin yaxınlıqdan keçən Şəmkir çayına, oradan da Şəmkir su anbarına düşməsi bütöv bir bölgənin məhvi deməkdir.

Nəzərə alsaq ki, Gəncə şəhərinin böyük bir hissəsinə içməli su Şəmkir su anbarından verilir, onda fəlakətin miqyası haqqında fikir yürütmək olar. Bu zəhər anbarlarının tikilməsində, zəhərin bura axıdılmasında heç bir texnologiyaya əməl olunmur. Yollara zibil atanda əhalini cərimələyən Ekologiya Nazirliyi, eləcə də Gədəbəy rayon İcra Hakimiyyəti nədənsə ekologiyanın belə məhv olunmasına əhəmiyyət belə vermirlər. Yaxın ətrafdakı meyvə ağacları artıq bar vermir, bar verəndə də elə ağacın başındaca xarab olur. Səmadakı quşlar da artıq bölgədən yoxa çıxıb. Xərçəng xəstələrinin statistikasına görə Gədəbəy rayonu respublikada birinci yeri tutur.

Məlumat üçün bildirmək istəyirəm ki, bu göllər sianid turşusundan ibarətdir. Sianid turşusu həddindən artıq zəhərlidir. Buxarı havadan yüngüldür, diffuziya qabiliyyəti yüksəkdir. Turşunun buxarı ilə nəfəs aldıqda və ya o dərinin zədələnmiş hissəsinə düşdükdə ölümlə nəticələnir. Sianid turşusunun buxarları paltarlara yaxşı hopur və ümumzəhərləyici təsir göstərir. Sianidin miqdarı 1 litr havada 1 milliqram olarsa insan həyatı üçün öldürücü funksiyaya malik olur. Sianidin qəbulu daha çox nəfəs yollarından olur ki, sianid olan havada nəfəs alan şəxs zəhərlənir və sianidin miqdarından asılı olaraq zamanla ölür (miqdarı bir litrdə 0,2-0,3 milliqram olduqda tez, 0,1 milliqram olduqda isə tədricən öldürür).
Gədəbəydə son illər baş verən xəstəliklərin, gənc yaşda olan ölümlərin, təbii qıtlığın səbəbi bu zəhərli göllərdir. Sızıntı və buxarlanma nəticəsində bu zəhər bütün rayona yayılır.
Aidiyyatı orqanlar və kütləvi informasiya vasitələri bu məsələyə laqeyd qalmamalı, ictimaiyyətin, eləcə də hökumət orqanlarının diqqəti bu məsələyə yönəldilməlidir, lazımi tədbirlər görülməlidir, əks halda ekoloji fəlakət qaçılmazdır.(dunyaninsesi.az)



XəbərTv.info

Digər xəbərlər

Xankəndi, Xocalı, Xocavəndlə bağlı məsələ necə həll olunacaq?
Əsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi - FOTO
“Krım könüllüləri birləşməsi” Qarabağdakı separatçı rejimə muzdlu kimi xidmət edib - FOTO
Rus sülhməramlıların Qarabağda xəritə oyunu...
Polis rəisinin aylıq 800.000 manat gəliri - FOTO
Məşhur gömrük “brokeri”ni dəstəkləyən erməni milyarder kimdir?
Azadlıq heykəlini ildırım vurdu
Baş həkim ona istədiyi pulu verməyən şəxsi döydü - İDDİA + FOTO
Bakıda qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq
Alman jurnalistlər ermənilərin Bərdə ilə bağlı yalanlarını ifşa etdi
Füzulidə minaya düşən mülki şəxs vəfat etdi
ŞOK! Bir gecədə 15 nəfər transın başı kəsildi-18+VİDEO
Ermənistanda respondentlərin yarıdan çoxu Paşinyanın istefasını istəyir
Azərbaycanda karantin rejimində ilk yarış keçirilib
Erməni əsgərlər arasında atışma oldu
Gələn il üçün Azərbaycanda koronavirusla mübarizəyə bu qədər vəsait ayrılacaq
Dünya Çempionatının biletləri Dünya Kubokunun ilk günündə satışa çıxarıldı
İtkin düşən hərbçilərin yaxınları İrəvanda etiraza başladı -
Konfrans Liqası: “Neftçi” və “Sabah”ın potensial rəqibləri üz-üzə, millimizin üzvü İrəvanda meydana çıxa bilər
MSK müəllimlərin işinə baxmayıb: Nazirlik cəza üçün gözləyir - GƏLİŞMƏ
Şimali Koreya səfiri Cənubi Koreyaya qaçdı
Ramiz Mehdiyev kürəkəninin qardaşına vəzifə verdi
Azərbaycanda zəncəfili 45 manata yüksəldən nədir?
Nazirlik bu dəfə Aşağı Şurtandan video yaydı
Baş nazirdən xidməti avtomobillərlə bağlı QƏRAR
Prezident İlham Əliyev Rusiyanın fövqəladə hallar nazirini qəbul edib
II Qarabağ Müharibəsi zamanı döyüşdə məhv edilmiş erməni idmançıların siyahısı - ADLAR
Nazirlikdən erməni vandalizmi ilə bağlı Metropolitan Muzeyinin qərəzli mövqeyinə sərt reaksiya
Ermənilər 27 günə 2156 evi dağıdıb - 63 mülki şəxs öldürülüb
Sabah 42 dərəcə isti olacaq
{sape_links}{sape_article}