Son dəqiqə
12-06-2023, 12:31
118

İlham Əliyev “Starwood Capital Group” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib - FOTO

İlham Əliyev “Starwood Capital Group” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib -
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də dünyanın aparıcı investisiya şirkətlərindən biri olan alternativ investisiyaların idarə edilməsi üzrə “Starwood Capital Group” şirkətinin təsisçisi və icraçı direktoru Berri Sternlixi qəbul edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda bütün sahələrdə gedən inkişaf proseslərini və qısa zaman ərzində əldə olunan uğurları qeyd edən Berri Sternlix ölkəmizin regionda böyük rola malik olduğunu deyib. Qonaq vurğulayıb ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə çoxillik və möhkəm əməkdaşlıq rəhbərlik etdiyi şirkət üçün böyük önəm daşıyır və onlar gələcəkdə bu əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdırlar.

Prezident İlham Əliyev dünyanın nəhəng və qabaqcıl maliyyə təsisatları ilə əməkdaşlıq edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun “Starwood Capital Group” şirkəti ilə sıx əlaqələrinin olmasını müsbət qiymətləndirib və mövcud tərəfdaşlığın daha da gücləndirilməsi üçün səylərin davam etdirilməsinin önəmini vurğulayıb. Prezident İlham Əliyev qeyri-sabit maliyyə bazarları dövründə də Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin artmasının müsbət hal olduğunu deyib.

Görüşdə Azərbaycanda münbit investisiya şəraitinin mövcudluğu qeyd edilib, energetika sahəsi, xüsusilə alternativ enerji, logistika, turizm sahələrinə əlverişli investisiya qoyuluşu üçün yaxşı imkanların olduğu vurğulanıb və bununla bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın aparıcı investisiya şirkətlərindən biri olan “Starwood Capital Group” 1991-ci ildə təsis edilib. Şirkətin daşınmaz əmlak, kredit və enerji infrastruktur strategiyaları üzrə idarə etdiyi vəsaitlərin ümumi dəyəri hazırda 120 milyard ABŞ dolları təşkil edir. Şirkətin baş ofisi Amerika Birləşmiş Ştatlarında yerləşir və 35-dən artıq ölkəyə investisiya həyata keçirib. Hazırda portfel şirkətlərində 5 mindən artıq əməkdaş çalışır.



XəbərTv.info

Digər xəbərlər

“Sədərək” nəzarətə götürüldü
Bu qadın yaşlı adamların kabusu olmuşdu - Saxlanıldı
Azərbaycanda türkürpədən QƏTL: Vergi borclarına görə dostunu öldürüb yandırdı - FOTO
Sevgilisi Ronaldonun saçını qırxdı - Video
2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib
Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır
Türkiyədə daha bir fəlakət - VİDEO
Pompeonun Ceyhun Bayramovla görüşünün vaxtı açıqlandı
Yanvar ayına olan hava proqnozu açıqlanıb
Ermənistanda Polad Həşimovun adına rayon olması ilə bağlı - AÇIQLAMA
25 il harada işlədiyi məlum olmayan İlqar Abbasov 2004-cü ildə necə Nərimanovun icra başçısı oldu? -
Yeni tikilən köpü uçdu, 25 nəfər yaralandı -
Bakıda azyaşlı qız səkkizinci mərtəbədən yıxılaraq öldü
Messi Pelenin rekordunu yenilədi
Sosial şəbəkələr Donald Trampın hesablarını dondurdu
Bakıda həkim dostları ilə çay içərkən ÖLDÜ
İcra nümayəndəsi: "Ermənilərin son üç gündə Dondar Quşçuya atdığı mərmilər 8 evə ziyan vurub, onlardan 2-si dağılıb"
Slavyan Universitetinin rektoru niyə vuruldu?
Ermənistan Müdafiə nazirliyinin rəsmi nümayəndəsi istefa verdi
““Hər uşağa 300 manat verilsin” deyirsənsə, hakimiyyətə gəlmək fikrin yoxdur”
Yağışla əlaqədar bu küçə və prospektlərdə sıxlıq müşahidə olunur
Azərbaycanda qalmış 228 nəfər Rusiya vətəndaşı geri göndərilib
Saleh Məmmədovun qudası “topdağıtmaz əmlak”a sahibdir- ŞOK FAKTLAR
Təzyiqiniz aşağıdırsa, bunları edin (SİYAHI)
Lalə Məmmədova keçmiş əri haqqında: "Qanun qarşısında cavab verəcək"
Neft bahalaşıb
Norveç Ukraynaya “F-16” qırıcıları verəcək
Cəbrayılın Hovuslu kəndindən yeni görüntülər - VİDEO
Düşmən kəndlərimizi yenidən atəşə tutdu
Rusiyadan Ermənistana raket sistemləri daşınır
{sape_links}{sape_article}