Son dəqiqə
13-06-2023, 16:43
143

Meyxananın “Eskobar”ları...

Meyxananın “Eskobar”ları...
Bu gün narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Mahir Qonşuyev (“Mahir Ay Brat”) saxlanılan ilk meyxanaçı deyil.

“Qafqazinfo”nun məlumatına görə, bundan əvvəl də eyni cinayət əməlinə görə həbs həyatı yaşayan meyxanaçılar olub.
2021-ci ilin oktyabrında tanınmış meyxanaçı Cavid Sumqayıtlı (Babaşov) da eyni aqibətlə üzləşib. Onun üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Cavid Babaşov narkotik satışında təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Mahir Cürət də narkotikə görə həbs həyatı yaşayan meyxanaçılar arasındadır. O, bu taleyi 2016-cı ildə yaşayıb. Üzərində narkotik vasitə ilə tutulan Mahir Cürət 2017-ci ildə sərbəst buraxılmışdı.
2004-cü ildə mərhum meyxanaçı Bayram Kürdəxanılının da üzərinə baxış keçirilən zaman onda şəxsi istehlak miqdarından artıq tiryək aşkarlanmışdı. Həmin vaxt Bayram Kürdəxanılı 22 yaşından narkotikdən istifadə etdiyini söyləsə də, sonradan tərgitdiyini bildirmişdi. Narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə bir il azadlıqdan məhrum edilən meyxanaçı 1984-cü ildən vərəm xəstəsi kimi qeydiyyatda idi. O, 2017-ci ildə avtomobil qəzası nəticəsində dünyasını dəyişib.
Bundan başqa, Əlislam Dağlı yüksək dozalı narkotik maddə qəbul etdiyi üçün vəfat edib. Bu hadisə də 2017-ci ilə baş verib.

“Kazbek” meyxanasını oxumaqla tanınan “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev isə 2019-cu ildə inzibati qaydada cəzalandırılıb. O, İnzibati Xətallar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsini pozmaqda ittiham edilib. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə ona 30 sutka inzibati həbs cəzası verilib.

Onu da xatırladaq ki, bəzi tanınmış meyxanaçılar da vaxtilə narkotik maddədən istifadə ediblər. Onlar bunu həm məclislərdə dedikləri meyxanalarda, həm də müsahibələrində etiraf ediblər. Onu da etiraf ediblər ki, narkotik maddədən istifadə onların həm sağlamlığına, həm şəxsi həyatına, həm də karyerasına ciddi təsir göstərib.

Heç kimə sirr deyil ki, zaman-zaman meyxana sənətində kriminal aləmlə bağlı qafiyələr də açılır. Bu kimi meyxanalar bəzən gənclər arasında trendə çevrilir.

Elə bunu nəzərə alaraq, ötən aylarda meyxanaçılar Pərviz Bülbülə və Balaəli sosial şəbəkə vasitəsi ilə pərəstişkarlarına müraciət ediblər. Onlar müraciətlərində ifa etdikləri meyxanalarda cinayətkarlıq və kriminal aləmi, eləcə də ayrı-ayrı kriminal həyat tərzi keçirən şəxsləri təbliğ etməyin qanunla müəyyən olunmuş qaydada məsuliyyətə səbəb olduğunu bildiriblər. Bu səbəbdən hər iki meyxanaçı bu kimi müraciət və sifarişlərin dayandırılmasını xahiş ediblər.

XəbərTv.info

Digər xəbərlər

Azərbaycan neftinin bu günə olan qiyməti AÇIQLANDI
Prezident: “Guya Şuşa bizə elə-belə verilib"
Biləsuvarın keçmiş icra başçısı barəsində həbs qətimkan tədbiri seçilib
Rayonlara gediş-gəlişdə qiymət artımı 50 faizi ötüb - VİDEO
Jurnalist Seymur Kazımov: "Təcili yardım gəlmədi... Və atam öldü"
Bulvarda intihar
DİN-dən XİN-ə: Xələf Xələfov Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi oldu - DOSYE
"Qarabağ" artıq Sevilyadadir
Karantin rejimini pozanlar Bakıda həbs edildilər - Fotolar
Azərbaycanda "Analar Günü" təsis oluna bilər - EKSKLÜZİV
Prezident FHN əməkdaşlarını təltif etdi
Türkiyə Suriyanı hədələyir.
Diqqət: Bu gün saat 11:00-dan etibarən...
Ermənistan müharibədə itirdiyi polislərin sayını açıqladı
AZAL-da TƏFTİŞ: Cahangirin SONU ÇATIR?
Ramiz Mehdiyev seçkidə də uduzdu
“Disney” filmlərinin Rusiyada nümayişini qadağan etdi
Bakıda daha 3 məktəb koronavirusa görə distant tədrisə keçib
Bakıda gənc qız özünü hamamdan asdı
Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edildi
DİN-dən postların ləğvi ilə bağlı AÇIQLAMA
Bakı şəhərində yeddi narkotacir saxlanıldı - VIDEO
Rusiya bütün gəmilərini cəmləşdirib, dənizdən hücuma hazırlaşır
Paşinyan Qarabağın qaytarılması mövzusunda olan suala cavab verməkdən çəkindi
Messidən rekord, Vidaldan ardıcıl 8-ci çempionluq
İran hərbi bazasının partlayışdan sonrakı görüntüləri yayıldı
“AAAF Park”da OĞURLUQ
Rus hərbçilərdən erməni sürücülərə XƏBƏRDARLIQ – Azərbaycan əsgərləri sizi saxlasa… - FOTO
Səudiyyəyə dəhşətli hücum: neft obyektləri vuruldu
Bu gün “Qarabağ” tarixi matça çıxır
{sape_links}{sape_article}