Son dəqiqə
16-06-2023, 10:44
195

Aqil Abbasdan nazirə sərt sözlər: “İşə helikopterlə gələk?”

Aqil Abbasdan nazirə sərt sözlər: “İşə helikopterlə gələk?”
“Taksi sürücülərinin çoxu, hətta deyərdim, 70 faizi avtomobili kreditlə alıblar. Nazir də qiyməti artırdı. Bəs sürücülərin o krediti necə ödəyəcəyini fikirləşmədi?!”

Publika.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a deputat Aqil Abbas taksi qiymətlərinin bahalaşması ilə bağlı danışarkən deyib.

O bildirib ki, taksi qiymətlərinin artırılması yanlış addımdır:

“Taksidə qiymətlərin bahalaşdırılmasını onunla əlaqələndirirlər ki, guya avtobus və metrodan istifadə edənlərin sayı azalıb. Adama deyərlər, sən rəqabət apara bilmirsənsə, rəqibi məhv etməlisən?! Bu, bizdə bir adət halını alıb artıq. Bakı Nəqliyyat Agentliyi (BNA) və Metropoliten rəqabət apara bilmirsə, o deməkdir ki, taksiləri şikəst etməlisən?! Yüzminlərlə insan taksi sürməyin çörəyini yeyirdi, onlar sizə görə işsiz qalmalıdırlar?!”

A.Abbas rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevi bu addıma görə qınayıb:

“Nazir deyir ki, taksi əlçatan olmamalıdır. Nə edək? Camaat işə helikopterlə getməlidir?! Sənin nəqliyyat sistemin bərbad vəziyyətdədir deyə əhali taksidən istifadə edir. Həm də taksiyə minmək daha sərfəli idi. 4 nəfər taksi çağırıb, adama 1-2 manat, hətta daha az verib ünvana çatırdı. Düz də edirlər. İnsanlar saatlarla ictimai nəqliyyat gözləmək məcburiyyətində deyillər.

Dediyim kimi, rəqabət apara bilmədilər deyə insanları qazancından, rahatlığından etdilər. İş gör nə həddə çatıb ki, imkanlarından istifadə edib taksilərin canına düşüblər. Kasıb da, imkanlı da taksidən istifadə edirdi, sürücülər də ailələrinə çörəkpulu aparırdı. İndi çıxıb birdən-birə deyir ki, “taksi əlçatan olmamalıdır”. Yəni taksidən istifadə azalsın, ailələr ac qalsın”.

XəbərTv.info

Digər xəbərlər

Milli Məclisin buraxılması: prezident Konstitusiya Məhkəməsinə müraciət etdi
"Müharibədən sonrakı dövrdə Azərbaycan üç əsas problemlə üzləşib..." - Konfliktoloq
Cem Yılmazın vəziyyəti səhnədə pisləşdi
Həftəsonu qadağası bitdi
Ermənilər məğlubiyyətlərinə don geydirməyə çalışır: "Taktiki olaraq geri çəkilmişik"
Tarix İnstitunun direktoru vəzifəsindən azad edildi
Sərnişin daşıyan koronavirus xəstəsi haqda cinayət işi başlandı
"Neftçi" Avropa Liqasında növbəti mərhələyə yüksəldi
Kanadada uşaqları təsdiqlənməmiş dərmanla vaksinasiya etdilər
İradə Gülməmmədovanın 1.3 milyon ödəyəcəyi şirkət kimindir?
“Azəriqaz”ın baş mütəxəssisi işləmiş Füzuli Suriyada İŞİD-ə qoşuldu
Bu gün neçə şagirddə koronavirus aşkarlanıb?
65 yaşlı sürücü qəribə avtomobili ilə Azərbaycanı gəzir - FOTOLAR
ABŞ-da qaz kəmərində güclü partlayış - VİDEO
Ölkədə son sutkada vaksin vurulmayıb
Malidə hərbi düşərgəyə hücum: 19 əsgər öldü
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birlikdə Şuşaya gedəcəklər
Vilayət Eyvazov baş leytenanta vəzifə verdi
Koronavirus səbəbindən 8 məktəb distant təhsilə keçdi
Siyavuş Novruzov icra başçılarını tənqid etdi: “Gələn kimi deyir ki, ərizəni yaz, get” - VİDEO
Sabah hava yağmursuz olacaq
Prezidentin Köməkçisi: “Əsgərlərimiz Füzulidə bayraq asmağa salamat bina tapmırdılar”
Paşinyanın etirafı: ermənilər İranın Ermənistana göstərdiyi köməyi heç vaxt unutmayacaq
Polis Akademiyasına yeni rəis təyin olundu - FOTO
Millət vəkili “Kəşfiyyat və Təhlükəsizlik üzrə Parlament Forumu”nda iştirak edəcək
Ukraynada əmisi oğlunu öldürən azərbaycanlı tutuldu
Düşmən cəbhədə təxribat törətdi, mülki əhali atəşə tutuldu: Ölən və yaralananlar var - RƏSMİ
BƏƏ-də 48 mərtəbəli binada dəhşətli yanğın
Ermənistan ölən daha 72 hərbçinin adını açıqladı
İmişlidə 3 otaqlı mənzil yanıb - FHN
{sape_links}{sape_article}