Son dəqiqə
19-06-2023, 15:29
146

Mədəniyyət naziri Özbəkistana gedib - FOTO- VİDEO

Mədəniyyət naziri Özbəkistana gedib -
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının 30 illiyinə həsr olunan tədbirlərdə iştirak edir.

Bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

A.Kərimli öncə Özbəkistan Dövlət Tətbiqi Sənət Muzeyində keçirilən “Türk dünyası” adlı sərgisinin açılışında iştirak edib.

Sərginin açılışında Özbəkistan Mədəniyyət naziri Ozodbek Nazarbekov çıxış edərək Özbəkistanın türk mədəniyyətinə verdiyi töhfələr, Özbəkistanın TÜRKSOY-un layihələrində iştirakı haqqında fikirlərini bölüşüb və təşkilatın əhəmiyyətindən danışıb.

TÜRKSOY-un baş katibi Sultan Rayev Özbəkistanda keçirilən tədbirlər, təşkilatın 30 illik yubileyi, həyata keçirilən işlər və gələcəkdə türk mədəniyyətinin təbliğinə dair reallaşdırılacaq layihələr haqqında məlumat verib.
Sonra qonaqlar Özbəkistan Dövlət Tətbiqi Sənət Muzeyi, onun stendləri, müxtəlif guşələri ilə tanış olublar.

Muzeyin həyətində açıq havada TÜRKSOY üzv dövlətləri ilə reallaşdırılan layihələrə dair fotosərgi təqdim edilib və hər bir ölkənin milli mətbəxinə dair stendə baxış keçirilib.

Milli mətbəx sərgisində Özbəkistan, Azərbaycan, Qırğızıstan, Türkiyə, Qazaxıstan və Türkmənistanın mətbəxinə aid yeməklər təqdim olunub.





XəbərTv.info

Digər xəbərlər

Düşmən Goranboy, Tərtər və Ağdamı atəşə tutur
Oqtay Əsədovun həyat yoldaşının şirkəti ötən il 14 milyon gəlir əldə edib (FOTOFAKT)
Ermənistanda qalmaqal: Hərbçilərin cəsədləri mobil soyuducularda saxlanılır
“Belə çıxır ki, dövlət orqanları pullu xidmət göstərir”
Xaçmazda 36 yaşlı kişi güllələndi
Araik Arutyunyan vəzifəsindən azad edildi
Adı qumarda hallanan Fərahil Qəhrəmanovun növbəti qəhrəmanlıqları...
Tramp Ağ Evlə vidalaşdı - VİDEO
Stresə qalib gəlmək üçün bunları edin - Nevroloqdan MƏSLƏHƏTLƏR
Dilqəm Əsgərovun saxlanıldığı yer məlum olub
Haitinin prezidenti güllələndi
Azərbaycanda indiyədək 3138 nəfər koronavirusa yoluxub, 1944 nəfər sağalıb, 36 nəfər vəfat edib
3 nəfərdə mobil telefon aşkarlandığı üçün qəbul imtahanından xaric olunub
Pirallahıda iki narkotacir saxlanıldı
Ərdoğan İranda bu musiqi ilə qarşılandı -
Buralarda Azərbaycan qanunları işləmir?.. - İLGİNC İDDİALAR...
Ceyhun Bayramov Pakistana getdi
"Anar Mədətovun toyu olmayıb, olmayacaq da" - FOTO
Quba şəhərinə və Lənkəranın bu kəndlərinə giriş-çıxış dayandırılır
Şahdağ Milli Parkında yanğın başlayıb
Qadın gözdən əlinin ona göz vurduğunu sanıb onu döydü
Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı
Kirayə tutduğu evin içindən çıxanlar hər kəsi şok etdi /FOTOLAR
Gözəllik salonlarında arıqlama dərmanı adıyla “patı” satılır - VİDEO
Prezident İlham Əliyev Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında iştirak edib
Sabirabadda şəhid məzarlarının üstünü icra hakimiyyəti götürmür - SƏBƏB + İDDİA
Faiq Ağayev “Eurovision”da
Bakıda bu məktəb də koronavirusa görə BAĞLANDI
Qızılağac Milli Parkının əməkdaşları güllələndi
ABŞ əlavə doza vaksinlə bağlı tədqiqtlara başladı
{sape_links}{sape_article}