Son dəqiqə
İdman
19-06-2023, 15:46
134
Makron çempionları pivə içərək təbrik etdi - VİDEO
Fransa prezidenti Emmanuel Makron reqbi üzrə Fransa çempionatının çempionu adını qazanan "Tuluza"nı təbrik edib.
XəbərTv.info xarici KİV-ə istinadla xəbər verir ki, Fransa lideri soyunub-geyinmə otağında qızıl medal qazananları təbrik edib və bir şüşə pivə içib.
Qeyd edək ki, həlledici görüşdə "La Roşel"i 29:26 hesabı ilə məğlub edən "Tuluza" 22-ci dəfə Fransa çempionu adını qazanıb.