Son dəqiqə
20-06-2023, 11:09
179

Texnopark məhkəmə qərarını niyə icra etmir?

Texnopark məhkəmə qərarını niyə icra etmir?
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YTP) ilə “Tronıq” MMC arasında qalmaqal davam edir.

Qaynarinfo xəbər verir ki, “Tronıq” MMC məhkəmə çəkişməsində qalib gəlsə də, YTP qərarı icra etmir.

“Tronıq”in nin rəhbəri Anar Nəbiyev bizimlə söhbətində bildirib ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın sədrliyi ilə keçirilən prosesdə MMC-nin iddiası təmin edilib. Məhkəmə qərarında bildirilir:

“Ərizəçi “Tronıq” MMC tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilsin. İddiaçı “Tronıq” MMC-nin cavabdeh “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-yə qarşı “müqavilə öhdəliklərinə əməl edilməsi” tələbinə dair iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ərizəçi “Tronıq” MMC ilə maraqlı şəxs “AMEA Yüksək Texnologiyalar Parkı” MMC arasında bağlanmış 10.08.2022-ci il tarixli icarə müqaviləsi əsasında ərizəçi “Tronıq” MMC-yə icarəyə verilmiş Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi, Kazımağa Kərimov küçəsi 221 ünvanında yerləşən istehsalat binasından (tikili sahəsi) ərizəçi “Tronıq” MMC tərəfindən sərbəst istifadə edilməsinə cavabdeh “AMEA Yüksək Texnologiyalar Parkı” MMC və digərləri tərəfindən maneələrin yaradılması qadağan edilsin. Qərardad dərhal icra edilsin”.

Lakin buna baxmayaraq qərar icra edilmir. Anar Nəbiyev qeyd edib ki, bununla yanaşı YTP-nin rəhbərliyi onlara böhtan atmaqla məşğuldur.

Məlumat üçün deyək ki, bu məsələ ilə bağlı YTP-nin Qaynarinfo-ya təqdim etdiyi açıqlamada Anar Nəbiyevin “Yüksək Texnologiyalar Parkı” MMC-nin baş mühəndisi, şəhid atası Rahim Heydərovu təhdid etdiyi iddia olunurdu. Daha sonra da, Texnopark əməkdaşlarının mobil telefon nömrələrinə təhqir məzmunlu mesajlar göndərib.

Anar Nəbiyev isə bizimlə söhbətində bu iddiaların əsassız olduğunu bildirib. Onun sözlərinə görə, əksinə, Texnoparkın əməkdaşları qanunsuzluq etməklə yanaşı, onlara qarşı yolverilməz davranışlar sərgiləyib:

“Bununla bağlı videogörüntülər də var. Biz heç zaman şəhid atasını təhqir və təhdid etmərik. Bu bizə yad olan davranışdır. Sadəcə Texnoparkın rəhbəri Vasif Abbasov vəziyyətdən çıxış yolu kimi bizi şəhid atası və YTP-nin əməkdaşları ilə üz-üzə qoymağa çalışır”.

O qeyd edib ki, ortada məhkəmə qərarı var və o icra olunmalıdır.

Anar Nəbiyev həmçinin bildirib ki, Texnoparkın başqa rezident şirkətlərlə də məhkəmə çəkişməsi var: “Texnopark “DN Technologies” şirkətini məhkəməyə verib. Digər rezident olan İran şirkəti “Tak Noosh Group” MMC isə Texnoparkı məhkəməyə verib. Bu faktlar göstərir ki, Texnoparkın hazırki rəhbərliyi ilə işləmək sadəcə mümkün deyil”.

XəbərTv.info

Digər xəbərlər

Gürcüstanda azərbaycanlılarla svanlar arasında kütləvi dava olub - VİDEO
Qalmaqallı `Sipark` şirkətinin İŞİ MƏHKƏMƏDƏ... -
Ramiz Mehdiyev və Əli Həsənov Əli İnsanovla görüşüblər — SENSASİYA
Bu şəhərə hansı adla qayıdacaqsan
Cavid Qurbanov öz kadrını QORUYA BİLƏCƏKMİ? - VİDEO
Füzulidən Şuşaya çəkilən yolun ərazisi minalardan təmizlənir - VİDEO
Təhsil Naziri "Facebook"da intihar etdiyi deyilən müəllimə barədə yazdı
ABŞ Navalnıya görə Rusiyaya qarşı sanksiyalar hazırlayır
Oğurladığı maşını evakuatorla geri qaytardı
Prezident işğaldan azad edilən yeni yaşayış məntəqələrinin adını açıqladı
Şəkidə 4 yaşlı uşağı maşın vurub öldürdü
DİN: Sərt karantin günlərində Bakını icazəsiz tərk edənlərlə bağlı araşdırmalara başlanılıb
Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın: sakinlər təxliyə edildilər
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Nigar özünü və iki azyaşlı uşağını binadan aşağı niyə atıb, daha əvvəl nələr baş verib... - HƏTTA HAKİM GÖRDÜKLƏRİNDƏN ŞOKA DÜŞÜB
Ermənilər daha bir mülkini yaraladı
ABB-nin Mastercard kartları ilə təmassız ödənişlər apar, hədiyyələr qazan!
Azərbaycanda vaksinasiyadan keçənlərin sayı açıqlanıb
Avropa Liqasında gecənin nəticələri
Fəvvarələr meydanında 3 gün iftar süfrəsi təşkil ediləcək
Qarlı havaya görə bəzi məktəblərdə dərslər TƏXİRƏ SALINDI
Faktiki hava açıqlandı
Britaniya Qarabağda minatəmizləməyə kömək edəcək
Nazir icra başçısının oğluna yüksək vəzifə verdi -
Düşmənə məxsus Su-25 təyyarəsi məhv edildi
Sumqayıtda sexdən 31 ton metal oğurlanıb
Ölkədaxili icazəsi olanlar Bakıdan rayonlara gedə biləcək - DİN-dən açıqlama
2020-ci ildə dövlət şirkətləri Azərbaycana nə qədər gəlir gətirib? - REYTİNQ + FOTO
Sirkdə faciə: ilan gənci tamaşaçıların gözü qarşısında boğdu - VİDEO
Eldar Həsənov öz istəyi ilə DTX-nin təcridxanasında qaldı
{sape_links}{sape_article}