Son dəqiqə
İdman
21-06-2023, 15:06
158
"Qalatasaray"a razılıq verən Di Mariadan gözlənilməz qərar
"Qalatasaray"ın israrla istədiyi Anxel Di Maria “Yuventus”dan ayrılmaq barədə qərar verib.
XəbərTv.info xəbər verir ki, futbolçu 13 ildən sonra köhnə klubuna qayıtmağa hazırlaşır. İtaliyalı jurnalist Fabrizio Romanonun sözlərinə görə, Anxel Di Maria “Benfika” ilə anlaşıb. Bildirilir ki, “Benfika” futbolçu ilə 1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Anxel Di Marianın "Qalatasaray"a transfer olmağa razılıq verdiyi barədə xəbərlər dərc edilmişdi. 2022-23 mövsümündə "Yuventus"la 40 matça çıxan təcrübəli futbolçu 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.