Son dəqiqə
22-06-2023, 19:20
193

Xəzər rayon icra başçısı ÖZBAŞINA QALIB... - VİDEO

Xəzər rayon icra başçısı ÖZBAŞINA QALIB... -
Bura Buzovna qəsəbəsində yerləşən Zuğulba çimərliyidir. Dəniz sahili boyunca çimərlik açıq olsa da, ərazidə çəkilmiş bu dəmir hasarlara görə, insanların dənizdən istifadəsi müşkülə çevrilib.

İyunun 15-dən Azərbaycanda dəniz mövsümü başlayıb. Amma mövsüm hələ başlamadan Buzovna sahilləri üçün dənizə giriş məhdudlaşdırlıb.

Əvvəllər dənizkənarı Buzovna sakinlərinin bir addımlığında idisə, indi sakinlər dincəlmək üçün 500 metr, bəlkə də daha çox məsafə qət etməlidir. Hələ 10 ay öncə prezident İlham Əliyev Buzovna qayalarında törədilən qanun pozuntularından danışmışdı.

Buzovna sakinləri aidiyyatı qurumların məsələyə laqeyd qalmalarına diqqət çəkirlər. Hasarlanmış ərazidə yerləşən “Glam Beach” istirahət mərkəzinə giriş 8 manatdan başlayır. Çəkiliş zamanı Toplum Tv əməkdaşlarına yaxınlaşan, özünü hasarlanmış ərazidəki sözügedən istirahət mərkəzinin nümayəndəsi kimi təqdim edən, əslən türkiyəli, Mehmet adlı şəxs müsahibə verməyə razı olmadı. Amma jurnalistlərlə söhbəti zamanı dedi ki, hasarlanmış ərazinin çıxarışı var.

Mehmet bəyin təsvir etdiyi kimi “ 50 metr sağa gedib, hasarın çıxışına çatmaq üçün təxminən 1000 metrə yaxın yol getdik. Hasar bitəndən sonra vardığımız ərazi isə yerli sakinlərin üzməyə deyil, balıq tutmağa gəldikləri yer idi.

Hüquqşünas Səməd Rəhimli deyir, Xəzər dənizinin Azərbaycana mənsub olan 20-50 metrlik zolaqda yerləşən torpaq sahəsi torpaq məcəlləsinin 46-cı maddəsinə uyğun olaraq su fondu torpaqları sayılır və dövlət mülkiyyətində olan torpaqlar sayılır. Həmin torpaq sahəsi dövlət mülkiyyətində olduğu üçün özgəninkiləşdirilə bilməz.

Toplum Tv hasarlanan çimərliklərlə bağlı Bakı şəhəri icra hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumdan bildirildi ki, məsələyə Xəzər rayon icra hakimiyyəti cavabdehdir. Lakin Xəzər rayon icra hakimiyyətinə edilən zənglər cavabsız qalıb.(Toplum TV)



XəbərTv.info

Digər xəbərlər

Şəhid anası itkin düşüb
“İrşad Electronics” mağazalar şəbəkəsində Bakı sakininə qarşı dələduzluq edilib.
“Sədərək” və “Binə” ticarət mərkəzləri, “Mall”lar açılır - RƏSMİ
FHN-in sabiq şöbə rəisinin həbs müddəti artırıldı
Şuşada hərbçilər qəzaya düşüb, 1-i ölüb, 2-si yaralanıb
İcra başçısı: "Kənddə wifi-olsa uşaqlarınız pis işlə məşğul olar" - İDDİA
Popkorn satan gənc özünə yeni iş tapdı
Sabaha olan hava proqnozu
Rusiyada iri bazar yanır - VİDEO
Daha bir kəndimiz işğaldan azad edildi
Prezident nazir müavinini təqaüdə göndərdi
Rəmiş dəfn edilib
Zakir Həsənov göstəriş verdi: "Ordu tam hazır olmalıdır"
Azercell-dən müəllimlərə dəstək!
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edildi
Sağalanların sayı bu gün də yoluxanları keçdi
Moskva vilayətində güclü partlayış: Yaralıların sayı 49-a çatdı -
Qarabağdakı Rusiya sülhməramlılarının peyvənd edilməsinə başlanıldı
“Erməni maşınları rədd olur gedir, bizi saxlıyırlar...”
Nəcməddin Sadıkovun bacısı oğlu “Tərtər işi” üzrə dindirildi
Prezident İlham Əliyev tunisli həmkarını təbrik edib
“Doktor.az” klinikası adlı QƏSSABXANA...
Bir ailədən müharibəyə gedən 5 nəfər mayor - FOTOLAR
"Həmin yazıda mənim haqqımda olmazın, vicdana, namusa sığmayan sözlər yazılıb" - Deputat köməkçisi ittihamlara CAVAB VERDİ
Bakcell-dən kütləvi NARAZILIQ - Abonentlərin cibinə girən şirkət minlərlə vətəndaşı dövlətdən narazı salır
Rafael Dadaşov II Fəxri Xiyabanda dəfn olunacaq
Avstraliya COVID-19 peyvəndi olmayan əcnəbilərin ölkəyə girişinə icazə verdi
“Formula-1” üzrə Azərbaycan Qran-Prisinin ilkin tarixi açıqlanıb
Rusiyada 32 təqaüdçü qadını öldürən şəxs həbs edildi
Azərbaycan Futzal Federasiyasının rəhbərliyində dəyişiklik edilib
{sape_links}{sape_article}