Son dəqiqə
26-06-2023, 10:11
191

İlham Əliyevin ordu prioriteti, sirr saxlanan məqamlar - TƏHLİL

İlham Əliyevin ordu prioriteti, sirr saxlanan məqamlar -
Qarabağdakı 44 günlük müharibənin nəticələri ilə Azərbaycan geosiyasi məqsədlərinə nail oldu. Bu prosesin məntiqi gedişatları strateji maraqların bütününü əhatə etməyə doğru gedir və tabloda Azərbaycan Ordusu məsələləri irəliyə aparan əsas mühərrik kimi çıxış edir. Siyasət-diplomatiya tandemi çarpaz şəkildə ordu gücü ilə vəhdət təşkil edir.

Qarabağ müharibəsindən sonra Azərbaycan Ordusu peşəkar ekspert çevrələrində və akademik hərbi maraqlar dairəsində əhəmiyyətli şəkildə müzakirə obyektinə çevrilib.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müharibə zamanı və müharibədən sonra Azərbaycan Ordusunu Türkiyə modeli əsasında gücləndirmək niyyətini ortaya qoyub.

Ordunun postmünaqişə dövrünə uyğun hazırlanıb inkişaf etdirilməsi, gələcək təhdidlərə qarşı müdafiə qabiliyyətinin yüksəldilməsi, döyüş səviyyəsinin tamamilə yeni mərhələyə çatdırılması İlham Əliyevin prioritetidir.

Azərbaycan Silahlı Qüvvələrinin indiki vəziyyəti onun parlaq gələcəyini təsvir etməyə imkan verir.

- Azərbaycan Ordusunun sürətlə Türkiyə sisteminə keçid etməsi;

- Orduda peşəkar şəxsi heyət formalaşdırılması;

- Xüsusi Təyinatlı Qüvvələrdə strateji dərinliklərə sıza bilən elit bölmələrin və taktiki-əməliyyat qruplarının sayının artırılması;

- Azərbaycanın ən müasir silahlar bazarına çıxışında yeni kanalların açılması;

- Azərbaycanın yerli müdafiə sənayesindəki istehsalat və buna xarici ölkələrin marağı;

- Orduda Türkiyə ilə koordinasiya şəklində planların tərtib edilməsi perspektiv üçün daha təkmil Silahlı Qüvvələrin mövcudluğu deməkdir.

Azərbaycan dövləti regionda ordu hesabına geosiyasi ağırlıq mərkəzi kimi maraqları təmin edir.
Geosiyasi məqsədlərə əlçatımlılıqda rol oynayan Azərbaycan Silahlı Qüvvələrinin dünya hərb meydanındakı inqilabçı ruhu onun peşəkar döyüş əməliyyatları hazırlamaq qabiliyyətinə olan marağı artırır.

Xüsusilə, Qarabağ müharibəsindəki qələbədən sonra bu, digər oyunçuların gözündə maraq doğurur, hərçənd, nə Azərbaycan, nə də Türkiyə hər sirri bölüşmək istəyirlər.

Bəzi əməliyyatların üzərindən məxfilik qrifinin qalxmaması regional vəziyyət və Ermənistanın mümkün revanşist cəhdləri ilə əlaqəli ola bilər.

Azərbaycan və onun strateji müttəfiqi Türkiyə digər ssenarilərin işə düşməsi şəraitində rəqiblərə başqa bir şey ötürməkdən qaçmaqda haqlı davranırlar, belə demək mümkünsə, gizlilik həmişə cazibədar elementlərlə zəngindir.

Azərbaycan Ordusu öz hərbi gücünə görə “Global Firepower” şirkətinin 2023-cü il reytinqində 145 ölkə arasında 57-ci sırada qərarlaşıb.

Bu reytinq ordunun və hərbi hissələrin sayı, müdafiə xərcləri, döyüş arsenalının miqdarı və ordunun döyüş qabiliyyətinə təsir edən digər 60 müxtəlif faktor əsasında tərtib olunur.

Azərbaycan daha böyük qələbələr naminə və parlaq regional firavanlıq üçün hərbi xərclərini artırmağa davam edir.

2023-cü il dövlət büdcəsinə dəyişikliklə ölkənin müdafiə və milli təhlükəsizlik qabiliyyətinin gücləndirilməsi üçün xərclərin 1 milyard 105 milyon manat artımı nəzərdə tutulur.

Halbuki, bu xərclər 2023-cü il dövlət büdcəsi qəbul edilən zaman 5 milyard 331 milyon 211 min manat proqnozlaşdırılırdı.

Azərbaycan müdafiə xərcləri bölümündəki vəsaitlərlə yeni silahların və texnikaların alınmasını təşkil edir, xüsusi təyinatlıların sayını artırır, lakin bəzi məsələlər təfərrüatı ilə açıqlanmır.

XəbərTv.info

Digər xəbərlər

Milli Məclisin buraxılması: prezident Konstitusiya Məhkəməsinə müraciət etdi
"Müharibədən sonrakı dövrdə Azərbaycan üç əsas problemlə üzləşib..." - Konfliktoloq
Cem Yılmazın vəziyyəti səhnədə pisləşdi
Həftəsonu qadağası bitdi
Ermənilər məğlubiyyətlərinə don geydirməyə çalışır: "Taktiki olaraq geri çəkilmişik"
Tarix İnstitunun direktoru vəzifəsindən azad edildi
Sərnişin daşıyan koronavirus xəstəsi haqda cinayət işi başlandı
"Neftçi" Avropa Liqasında növbəti mərhələyə yüksəldi
Kanadada uşaqları təsdiqlənməmiş dərmanla vaksinasiya etdilər
İradə Gülməmmədovanın 1.3 milyon ödəyəcəyi şirkət kimindir?
“Azəriqaz”ın baş mütəxəssisi işləmiş Füzuli Suriyada İŞİD-ə qoşuldu
Bu gün neçə şagirddə koronavirus aşkarlanıb?
65 yaşlı sürücü qəribə avtomobili ilə Azərbaycanı gəzir - FOTOLAR
ABŞ-da qaz kəmərində güclü partlayış - VİDEO
Ölkədə son sutkada vaksin vurulmayıb
Malidə hərbi düşərgəyə hücum: 19 əsgər öldü
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birlikdə Şuşaya gedəcəklər
Vilayət Eyvazov baş leytenanta vəzifə verdi
Koronavirus səbəbindən 8 məktəb distant təhsilə keçdi
Siyavuş Novruzov icra başçılarını tənqid etdi: “Gələn kimi deyir ki, ərizəni yaz, get” - VİDEO
Sabah hava yağmursuz olacaq
Prezidentin Köməkçisi: “Əsgərlərimiz Füzulidə bayraq asmağa salamat bina tapmırdılar”
Paşinyanın etirafı: ermənilər İranın Ermənistana göstərdiyi köməyi heç vaxt unutmayacaq
Polis Akademiyasına yeni rəis təyin olundu - FOTO
Millət vəkili “Kəşfiyyat və Təhlükəsizlik üzrə Parlament Forumu”nda iştirak edəcək
Ukraynada əmisi oğlunu öldürən azərbaycanlı tutuldu
Düşmən cəbhədə təxribat törətdi, mülki əhali atəşə tutuldu: Ölən və yaralananlar var - RƏSMİ
BƏƏ-də 48 mərtəbəli binada dəhşətli yanğın
Ermənistan ölən daha 72 hərbçinin adını açıqladı
İmişlidə 3 otaqlı mənzil yanıb - FHN
{sape_links}{sape_article}