Son dəqiqə
26-06-2023, 10:29
173

Heydər Əliyev Mərkəzində “Muğam aləmi”nin mükafatlandırma mərasimi keçirilib - FOTO

Heydər Əliyev Mərkəzində “Muğam aləmi”nin mükafatlandırma mərasimi keçirilib -
İyunun 25-də Heydər Əliyev Mərkəzində “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının yekun konserti keçirilib.

İyunun 18-25-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə baş tutan festival zəngin proqramı ilə muğamsevərləri bir araya toplamışdı. Səkkiz gün ərzində Bakının fərqli məkanlarında, eləcə də mədəniyyət paytaxtımız Şuşada müxtəlif ölkələri təmsil edən gənc və peşəkar muğam ifaçılarının konsertləri olub, Beynəlxalq simpozium təşkil edilib. Festival çərçivəsində Beynəlxalq Muğam Müsabiqəsi də keçirilib.

“Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi və himayəsi altında keçirilir. Festival çərçivəsində təşkil olunan konsertlər, eləcə də muğam müsabiqəsi gənc istedadların üzə çıxarılmasına və tanınmasına xidmət edir, onların sənətkarlıq keyfiyyətlərinin daha da cilalanmasında yeni bir mərhələ rolunu oynayır.

Festivalın builki tədbirləri barədə Beynəlxalq Muğam Müsabiqəsinin Münsiflər Heyətinin sədri, Xalq artisti Siyavuş Kərimi, mədəniyyət nazirinin müavini Murad Hüseynov danışıblar.

Siyavuş Kərimi bildirib ki, “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı regionların ənənəvi musiqi mədəniyyətlərinin bir çox görkəmli nümayəndələrini, eyni zamanda, gənc musiqiçi, bəstəkar, tədqiqatçı, təbliğatçı və həvəskarlarını bir araya toplayıb bölgələrdəki mövcud vəziyyətin və orada formalaşmaqda olan ənənələrin nümayiş olunduğu beynəlxalq müstəviyə çevrilib.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxışında bildirib ki, səkkiz gün davam edən festivalda çoxsaylı tədbirlər keçirilib:

“Biz çox sevinirik ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə əsası qoyulmuş festival artıq öz ənənələrini yaradıb. Altıncı dəfə reallaşan beynəlxalq festivalın keçirilməsinə görə ölkə rəhbərliyinə minnətdarlığımızı ifadə edirik”.

Yekun konsertin ən təntənəli məqamı isə Heydər Əliyev Mərkəzinin “Auditorium” zalının səhnəsinə çıxan Beynəlxalq Muğam Müsabiqəsinin qaliblərinin mükafatlandırılması olub.

Xatırladaq ki, müsabiqə xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilirdi. Müsabiqədə Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı, o cümlədən ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı yarışıb.
Ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə beş, xanəndəlik kateqoriyası üzrə isə dörd ifaçı təmsil edirdi.

6-cı Beynəlxalq Muğam Müsabiqəsinin instrumental ifaçılıq üzrə qalibləri: “Qran-pri” - Vaqif Təhməzov (Azərbaycan), 1-ci yer - Anar Vəlizadə (Azərbaycan), 2-ci yer - Shoxijohan Yoriev (Özbəkistan), 3-cü yer - Cahandar Mikayılov (Azərbaycan).

Xanəndə ifaçılığı üzrə: “Qran-pri” - Mohiçehra Şahmurotova (Özbəkistan), 1-ci yer - Mirəli Sarızadə (Azərbaycan), 2-ci yer - Daşqın Kürçaylı (Azərbaycan), 3-cü yer - Dostmurod Negmurodov (Özbəkistan). Qaliblərə müsabiqənin sertifikatları təqdim edilib.

Müsabiqənin xanəndə və instrumental ifaçılıq üzrə qaliblərini Azərbaycan, Böyük Britaniya, İraq, Özbəkistan və Türkiyədən olan beynəlxalq münsiflər heyəti seçib.

Beynəlxalq Musiqi Festivalının Heydər Əliyev Mərkəzində təşkil olunan yekun konsertinə “Natiq” ritm qrupu ilə start verilib. Azərbaycanın Xalq artisti Alim Qasımovun ifası, eləcə də “Mirvari” rəqs ansamblının çıxışı gecəyə xüsusi rəng qatıb. Daha sonra məşhur kaman ifaçısı İmamyar Həsənovun, eləcə də Xalq artisti Natiq Şirinov, tarzən Rüfət Həsənov, musiqiçilər Ümid Şirinov və Hikmət Şirinovun çıxışı olub.

Sonra 6-cı Beynəlxalq Muğam Müsabiqəsi qalibləri səhnəni ustadları – Xalq artistləri Elçin Həşimov, Fərqanə Qasımova, Əməkdar artistlər Elnur Əhmədov, Şirzad Fətəliyev, Təyyar Bayramov və digərləri ilə bölüşüblər. Konsertin yekun akkordu “Qarabağ şikəstəsi” ilə vurulub və ifanı Xalq artisti Mənsum İbrahimov konsertin digər bütün iştirakçıları ilə birgə təqdim edib.













XəbərTv.info

Digər xəbərlər

Düşmən Goranboy, Tərtər və Ağdamı atəşə tutur
Oqtay Əsədovun həyat yoldaşının şirkəti ötən il 14 milyon gəlir əldə edib (FOTOFAKT)
Ermənistanda qalmaqal: Hərbçilərin cəsədləri mobil soyuducularda saxlanılır
“Belə çıxır ki, dövlət orqanları pullu xidmət göstərir”
Xaçmazda 36 yaşlı kişi güllələndi
Araik Arutyunyan vəzifəsindən azad edildi
Adı qumarda hallanan Fərahil Qəhrəmanovun növbəti qəhrəmanlıqları...
Tramp Ağ Evlə vidalaşdı - VİDEO
Stresə qalib gəlmək üçün bunları edin - Nevroloqdan MƏSLƏHƏTLƏR
Dilqəm Əsgərovun saxlanıldığı yer məlum olub
Haitinin prezidenti güllələndi
Azərbaycanda indiyədək 3138 nəfər koronavirusa yoluxub, 1944 nəfər sağalıb, 36 nəfər vəfat edib
3 nəfərdə mobil telefon aşkarlandığı üçün qəbul imtahanından xaric olunub
Pirallahıda iki narkotacir saxlanıldı
Ərdoğan İranda bu musiqi ilə qarşılandı -
Buralarda Azərbaycan qanunları işləmir?.. - İLGİNC İDDİALAR...
Ceyhun Bayramov Pakistana getdi
"Anar Mədətovun toyu olmayıb, olmayacaq da" - FOTO
Quba şəhərinə və Lənkəranın bu kəndlərinə giriş-çıxış dayandırılır
Şahdağ Milli Parkında yanğın başlayıb
Qadın gözdən əlinin ona göz vurduğunu sanıb onu döydü
Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı
Kirayə tutduğu evin içindən çıxanlar hər kəsi şok etdi /FOTOLAR
Gözəllik salonlarında arıqlama dərmanı adıyla “patı” satılır - VİDEO
Prezident İlham Əliyev Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında iştirak edib
Sabirabadda şəhid məzarlarının üstünü icra hakimiyyəti götürmür - SƏBƏB + İDDİA
Faiq Ağayev “Eurovision”da
Bakıda bu məktəb də koronavirusa görə BAĞLANDI
Qızılağac Milli Parkının əməkdaşları güllələndi
ABŞ əlavə doza vaksinlə bağlı tədqiqtlara başladı
{sape_links}{sape_article}